/ / Ermənistanın Füzuli və Zəngilan rayonları üzrə mina xəritələrini təqdim etməsi Azərbaycanın növbəti diplomatik uğurudur
Ermənistanın Füzuli və Zəngilan rayonları üzrə mina xəritələrini təqdim etməsi Azərbaycanın növbəti diplomatik uğurudur
06.07.2021 [09:37]
Məlum olduğu kimi, Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı tank və piyada əleyhinə təqribən 92 min minaya dair xəritələri iyulun 3-də Rusiya Federasiyasının təşəbbüsü ilə Azərbaycan tərəfinə təqdim edib.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Fatma Yıldırım bildirib ki, Ağdamdan sonra Füzuli və Zəngilan ərazisindəki mina xəritələrinin Ermənistan tərəfindən ölkəmizə verilməsi Azərbaycan diplomatiyasının növbəti uğuru kimi dəyərləndirilməlidir: “İndiyə qədər erməni tərəfi onlarda mina xəritələrinin olmamasını iddia edirdi və müxtəlif bəhanələrlə xəritələri Azərbaycana vermək istəmirdi. Ermənistanın məqsədi mina qurbanı olan insanların sayının daha çox olması və azərbaycanlıların öz doğma yurdlarına qayıtmasını maksimum dərəcədə əngəlləmək idi. Amma Azərbaycan Prezidentinin diplomatik məharəti erməni tərəfinin bu çirkin, insanlıqdan uzaq olan niyyətini puç etdi. Əvvəlcə, Gürcüstanın vasitəçiliyi ilə Ağdamda basdırılmış 97 min minanın xəritələri, indi isə Füzuli və Zəngilanda basdırılmış 92 min minanın olduğu razinin xəritələri bizə qaytarıldı. Hansı ki, Ağdamdan sonra ən çox minalanmış bölgələr Füzuli və Zəngilan rayonlarıdır. Mina xəritələrinin əldə edilməsi insan itkisinin qarşısının alınmasında əhəmiyyətli rol oynayır”.
Millət vəkilinin sözlərinə görə, xəritələrin əldə edilməsi işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işlərinin sürətlə aparılmasına şərait yaradacaq: “İşğaldan azad olunmuş Qarabağda bərpa-quruculuq işləri həyata keçirilir. Bu işlərin daha sürətlə aparılmasına ən böyük maneə ərazilərin minalanmasıdır. Məlumdur ki, Ağdamdan sonra ən böyük infrastruk layihələri Füzuli rayonunda həyata keçirilir. Belə ki, bu rayondan Şuşaya Zəfər yolu, digər önəmli avtomobil yolları keçir, eləcə də Zəngəzur dəhlizinin tərkib hissəsi olan dəmir yolu xətti, beynəlxalq hava limanı və s. infrastruktur layihələri icra olunur. Bütün bunlar Füzuli rayonunun strateji əhəmiyyətinin göstəricisidir. Eyni zamanda, Zəngilan rayonunda da cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə böyük qayıdışın müjdələrindən olan “Ağıllı kənd” layihəsinin təməli atılıb. Beləliklə, inanırıq ki, Azərbaycanın uğurlu diplomatiyası, cənab Prezidentin qətiyyətli mövqeyi nəticəsində digər bölgələrdə də basdırılmış minaların xəritələri ölkəmizə veriləcək”.
“Ötən il 44 günlük Vətən müharibəsində tarixi Zəfər əldə edən Azərbaycan postmüharibə dövründə də diplomatiya sahəsində uğurlar qazanmaqdadır. Bunu son günlər cərəyan edən proseslər də təsdiq edir”. Bu fikirləri isə Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputat bildirib ki, iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri təqdim etməsindən üç həftə sonra Füzuli və Zəngilan rayonlarındakı minalanmış ərazilərin xəritələrini də Azərbaycan tərəfinə təhvil verməsi ölkəmizin növbəti diplomatik uğurudur: “Birmənalı şəkildə bildirmək yerinə düşər ki, Ağdamdan sonra Füzuli və Zəngilan ərazisində mina xəritələrinin əldə edilməsi Prezident İlham Əliyevin diplomatik məharəti və Azərbaycan diplomatiyasının növbəti uğurudur. Göründüyü kimi, işğalçı Ermənistan bütün cəbhələrdə Azərbaycana məğlub olur, ölkəmiz qarşısında geri çəkilir. Müharibədən bir qədər sonra revanşist xəyallarla yaşayan, belə demək mümkünsə, böyük iddialarda olan Ermənistan tərəfi bu gün artıq reallığı dərk etməkdədir. Məhz bunun nəticəsidir ki, Ermənistan son 21 gün ərzində üç rayondakı minalı ərazilərin xəritələrini bizə təhvil verdi”.
V.İskəndərov bildirib ki, xəritələrin verilməsi bir çox məqamlara görə xüsusi əhəmiyyət kəsb edir: “Əvvəla, Ağdamdan sonra ən çox minalanmış ərazilərin Füzuli və Zəngilanda olmasını unutmamalıyıq. Yəni xəritələrin qaytarılması gələcəkdə mina partlaması nəticəsində ola biləcək insan itkisinin qarşısını alacaq. Digər tərəfdən, bu addım işğaldan azad edilmiş ərazilərdə, indiki halda Ağdam, Füzuli və Zəngilanda quruculuq-bərpa işlərinin görülməsini sürətləndirəcək. Bütün bu sadalananlar minalanmış ərazilərin xəritələrinin alınmasına nail olan Azərbaycanın postmüharibə dövründə necə böyük bir uğura imza atdığını ortaya qoyur”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35

