Azərbaycan polisinin fəaliyyəti dövlətə və xalqa sədaqət nümunəsidir
03.07.2021 [09:55]
Azərbaycan Polisinin yaranmasının 103-cü ildönümü münasibətilə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov başda olmaqla nazirliyin rəhbər heyəti Fəxri xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin abidə kompleksi önünə tər çiçək dəstələri düzüblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb.
Sonra respublikanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş mərd mübarizlərin uyuduğu Şəhidlər xiyabanı ziyarət olunub.
İyulun 2-də Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Azərbaycan Polisi Gününə və 2020-2021-ci tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.
Respublikanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tədbirdə iştirak edib.
Tədbir iştirakçıları xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış, xidməti borcu yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Əlamətdar gün münasibətilə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin təbriklərini və ən xoş arzularını şəxsi heyətə çatdıran nazir general-polkovnik Vilayət Eyvazov Azərbaycan Polisinin keçdiyi şərəfli inkişaf yolu, xüsusən Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlərdə daxili işlər orqanlarının fəaliyyətinin təşkili, peşəkar kadr özəyinin yaradılması, Prezident İlham Əliyevin başçılığı ilə daxili işlər orqanlarında həyata keçirilən islahatlardan, struktur dəyişikliklərindən, xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb.
Müasir maddi-texniki bazaya, infrastruktura və qabaqcıl texnologiyaya malik mobil daxili işlər orqanlarında yaradılmış elektron xidmətlərin, veb-saytların, qaynar xətlərin, həmçinin “ASAN xidmət” mərkəzlərində fəaliyyətin vətəndaş məmnunluğunun təmin edilməsinə yönəldiyini vurğulayan general-polkovnik Vilayət Eyvazov şəxsi heyətin peşə hazırlığının zamanın yeni təhdid və çağırışlarına cavab verən səviyyəyə yüksəldilməsi üçün ardıcıl iş aparıldığını da qeyd edib.
Nazir bildirib ki, son 18 ildə 22 mindən çox cinayətkar qrup və dəstə zərərsizləşdirilib, əllərdə qanunsuz saxlanılan 17 minə yaxın odlu silah yığılıb və onun tətbiqi ilə törədilən hüquqazidd əməllərin sayı xeyli azalıb. Cinayətlərin orta hesabla 84 faizinin açılması təmin olunub, axtarışda olan 58 mindən çox təqsirləndirilən şəxs tutulub, qanunsuz dövriyyədən 13 tona yaxın narkotik vasitə çıxarılıb. Respublikada əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı bu gün də əksər dünya ölkələri ilə müqayisədə xeyli azdır.
Hazırda dünyanın, o cümlədən Azərbaycanın, son yüz ilin ən böyük qlobal çağırışlarından biri ilə üzləşdiyini, bəşəriyyətin COVID-19 virusuna qarşı mübarizə apardığını, bir ildən artıq müddətdə xüsusi karantin rejimində yaşadığımızı bildirən general-polkovnik Vilayət Eyvazov bu müddətdə polis əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçularının gücləndirilmiş iş variantında xidmət apardığını, insanların həyati problemlərinin həllinə kömək etdiyini vurğulayıb. Qeyd olunub ki, aidiyyəti dövlət orqanları ilə qarşılıqlı əlaqədə ölkəmizdə keçirilən beynəlxalq əhəmiyyətli bütün kütləvi tədbirlərdə ictimai qayda və təhlükəsizlik yüksək səviyyədə təmin edilib.
Polis və Daxili Qoşunların milli maraqların, sabitliyin və asayişin keşiyində mətinliklə dayandığını, insan hüquq və azadlıqlarının müdafiəsi üçün böyük bir fəaliyyət ortaya qoyduğunu, bunun bariz nümunələrindən birinin də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm qələbəmizlə nəticələnmiş Vətən müharibəsi günlərində şəxsi heyətin ölkədə hərbi vəziyyət rejimini etibarlı təmin etməsini, bu gün isə işğaldan azad olunmuş ərazilərdə öz şərəfli xidmətini böyük əzm və peşəkarlıqla davam etdirməsini xüsusi vurğulayan nazir Vilayət Eyvazov bu peşə bayramı ərəfəsində dövlətimizin başçısının sərəncamları ilə 26 əməkdaşın dövlət mükafatları ilə təltif edildiyini, 4 rəhbər vəzifəli əməkdaşa ali xüsusi rütbə verildiyini xatırladaraq, bunun Azərbaycan Prezidentinin şəxsi heyətə göstərdiyi ali diqqət və qayğının növbəti əyani ifadəsi olduğunu bildirib. Nazir, eyni zamanda, dövlət başçısının daxili işlər orqanlarının və Daxili Qoşunların asayişin və təhlükəsizliyin təmini üzrə fəaliyyətini yüksək qiymətləndirdiyini, eləcə də respublika ictimaiyyəti tərəfindən təqdir olunduğunu məmnunluq hissi ilə vurğulayıb.
Daha sonra Vilayət Eyvazov qazanılan uğurlarda Azərbaycan polisinin müasir dünyagörüşlü yeni nəslini yetirən Polis Akademiyasının xüsusi rolunu qeyd edərək məzunları təhsili başa vurmaları münasibətilə təbrik edib.
Daxili işlər naziri Vilayət Eyvazov təntənəli mərasimin iştirakçıları adından əminliklə bildirib ki, polis asayişin və daxili təhlükəsizliyin qorunması işinə bundan sonra da layiqli töhfələr verəsək, qanunla müəyyən edilmiş vəzifələri və qarşıya qoyulmuş tapşırıqları tam yerinə yetirəsək.
Nazir, eyni zamanda, xidməti vəzifələrin icrasında daxili işlər orqanlarına hər zaman yardımçı olan, polisin peşə bayramının sevincini bölüşən vətəndaşlara, daxili işlər orqanlarının veteranlarına, dövlət qurumlarının rəhbərlərinə və əməkdaşlarına, kütləvi informasiya vasitələrinin nümayəndələrinə təşəkkürünü bildirib.
Polis Akademiyasının rəisi, polis polkovniki Canpolad Daanov ali polis təhsil ocağında təlim-tədris prosesinin təkmilləşdirilməsi və maddi-texniki bazanın daha da möhkəmləndirilməsi istiqamətində görülən işlər barədə məruzə ilə çıxış edib.
O, daxili işlər naziri Vilayət Eyvazovu əmin edib ki, Akademiyanın kollektivi təlim-tədris prosesinin daha da təkmilləşdirilməsi, müasir dövrün çağırış və təhdidlərinə cavab verən ixtisaslı kadr hazırlığının həyata keçirilməsi barədə qarşıya qoyulan tələblərin, əmr və göstərişlərin tam və yüksək səviyyədə yerinə yetirilməsi üçün daim əzmlə çalışacaq, bilik və bacarıqlarını əsirgəməyəcək.
Tədbirin sonunda daxili işlər naziri Polis Akademiyasını fərqlənmə ilə bitirmiş dörd məzuna diplom və “polis baş leytenantı” xüsusi rütbələrinin paqonlarını təqdim edib.
Daha sonra döyüş bayrağı dördüncü kurs müdavimlərinə təhvil verilib. Müdavimlər “Azərbaycan Polisi” marşını ifa ediblər.
Sonda şəxsi heyət mətin addımlarla tribunanın qarşısından keçib.
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21

