Adil Əliyev: Şuşa şəhərinin mədəniyyət paytaxtı elan edilməsi Qarabağımıza yeni nəfəs verəcək
08.05.2021 [08:47]
Mayın 7-də Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev növbəti dəfə Vətən müharibəsində arxa cəbhədə xüsusilə fəallıq göstərmiş vətəndaşlarla, habelə ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edən idmançılarla görüş keçirib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Adil Əliyev Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin əsasını qoyduğunu və onun başladığı böyük işlərin dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Bildirib ki, aparılmış uğurlu daxili və xarici siyasətin nəticəsi olaraq ölkəmiz uzun illərdir ərazilərimizi işğal altında saxlayan Ermənistana layiqli dərs verdi.
Bildirilib ki, ötən illər ərzində Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməsinin icra edilməməsi Ermənistana öz işğalçı siyasətini davam etdirməyə imkan vermişdi. Təxribatlar törətməyə davam edən işğalçı ölkə hər addımda humanitar hüququn tələblərini kobud şəkildə pozaraq mülki əhalini hədəfə alırdı. Nəticədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən başladılan əks-hücum əməliyyatları nəticəsində düşmənə döyüş meydanında ardıcıl sarsıdıcı zərbələr vuruldu və düşmən geri çəkilməyə məcbur edilərək kapitulyasiya aktına imza atmağa məcbur oldu.
Bu gün isə bizi qarşıda daha böyük işlər - işğaldan azad edilmiş ərazilərimizin qısa müddət ərzində bərpası, məcburi köçkünlərimizin öz dədə-baba yurd-yuvalarına geri qayıtmasının təmin edilməsi kimi vacib məsələlər gözləyir. İşğaldan azad edilmiş ərazilərimizdə Ermənistanın bütün maddi-mədəni obyektləri məhv etməsinə, tarixi abidələri dağıtmasına toxunan sədr müavini baş verənlərin qəbuledilməz olduğunu bildirib.
Adil Əliyev dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə Şuşa şəhərinin mədəniyyət paytaxtı elan edilməsindən danışaraq, bunun Şuşanın tarixi kimliyinin özünə qaytarılması üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Şuşa şəhərinin tarixi əhəmiyyət kəsb etdiyini deyən Milli Məclis sədrinin müavini Ulu Öndər Heydər Əliyev tərəfindən 1977-ci ildə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edildiyini diqqətə çatdırıb. Bildirib ki, qəbul edilmiş bu qərarın nəticəsində Şuşa şəhərində olan tarixi abidələr qorunmuş, görkəmli şəxslərin abidələri abadlaşdırılıb. İndi isə Şuşa şəhərinin “Mədəniyyət paytaxtı” elan edilməsi ilə artıq Şuşa nəinki Qafqazın, eləcə də dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək. Uzun illər düşmən tapdağı altında qalmış Şuşanın və işğaldan azad edilmiş ərazilərin yenidən dirçəlməsi ilə Qarabağımıza yeni nəfəs gələcək.
Söhbət zamanı görüş iştirakçıları Vətən müharibəsində qazanılmış qələbənin hər kəsin qəlbində böyük sevinc yaratdığını və bu tarixi qələbədən xalqımızın fərəhləndiyini qeyd ediblər. Görüş iştirakçıları dövlətimizin daha da inkişafı üçün bundan sonra da hər zaman üzərilərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəklərini diqqətə çatdırıblar.
Sonda görüş iştirakçılarına Vətən müharibəsində arxa cəbhədə göstərdikləri xidmətlərə görə Milli Məclisin Gənclər və idman komitəsinin Fəxri fərmanları təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20

