Bakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib
05.05.2021 [08:31]
Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) paytaxtdakı istirahət parkları, bağlar və “Abad məhəllə”lərin hazırkı vəziyyəti ilə bağlı videokonfrans formatında müşavirə keçirilib.
BŞİH-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov son illərdə Prezident İlham Əliyevin səyləri nəticəsində paytaxtın parklar şəhərinə çevrildiyini və bu prosesin davam etməkdə olduğunu diqqətə çatdırıb. Praktiki olaraq şəhərin bütün rayonlarında çoxsaylı park, bağ və istirahət guşələri yaradılıb. IDEA İctimai Birliyi və şəxsən təşkilatın rəhbəri Leyla Əliyevanın fəaliyyətinin nəticəsi olaraq məhəllələrarası parklar yaradılıb və bu proses inkişaf etməkdədir.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı qeyd edib ki, paytaxtda parkların sayı çoxaldıqca onlara göstərilən qulluğun səviyyəsi də artmalıdır. Lakin bəzən səhlənkarlıq hallarına da yol verilir. Məsələn Sabunçu rayonunda yerləşən EKO park yerli icra qurumlarının diqqətsizliyi nəticəsində baxımsız vəziyyətə düşmüşdü. Buna görə də Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevə iradlar tutulub. Hazırda mövcud nöqsanların aradan qaldırılması məqsədilə Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən həmin ərazidə müvafiq tədbirlər həyata keçirilir.
Müşavirədə dövlətimizin başçısının Bakı şəhərindəki park, bağ və istirahət guşələrində müvafiq şəraitin yaradılması ilə bağlı tələbləri rayon icra hakimiyyətləri başçılarının nəzərinə çatdırılıb. Qeyd edilib ki, hər bir rayon icra hakimiyyətinin başçısı ərazisindəki parkların vəziyyəti ilə bağlı məsuliyyət daşıyır. Əgər ərazidəki park şəhər və ya rayon icra hakimiyyətinin balansında deyilsə, o zaman rayon rəhbəri məsələdən kənarlaşmamalı, koordinator kimi çıxış edərək mövcud problemləri həll etməlidir. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı əlavə edib ki, son vaxtlar bəzi məmurlar problemləri həll etmək əvəzinə, bir sıra bəhanələr gətirirlər, bu isə yolverilməzdir.
Eldar Əzizov, həmçinin bildirib ki, dünyada mövcud iqtisadi vəziyyətə baxmayaraq, dövlətimizin başçısının həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanda iqtisadi inkişaf templəri nəinki qorunub saxlanılıb, həm də yeni imkanlar yaranıb. İşğaldan azad edilmiş Qarabağda genişmiqyaslı quruculuq işlərinə başlanılıb. Biz isə dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq, Bakı şəhərində abadlıq işlərinin templərini qorumağa və həm də əvvəl yaradılanların saxlanılmasına çalışmalı, həmçinin vətəndaşların müraciətlərinə diqqətli olmalıyıq.
Qeyd edilib ki, may ayının 20-dən sonra görülən işlərlə bağlı paytaxt rayonlarının icra hakimiyyətləri başçılarının hesabatları dinləniləcək.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

