“Qorunma tədbirlərinin davam etdirilməsi ilə yanaşı, vaksinasiyada aktiv iştirak da vacibdir”
22.04.2021 [08:29]
Bu gün bəşəriyyəti cənginə alan koronavirus pandemiyası çox təhlükəli bəlaya çevrilib. Dövlətimiz pandemiyaya qarşı mübarizədə olduqca önəmli tədbirlər həyata keçirir. Əhalinin peyvənd olunması prosesi də kifayət qədər effektiv təşkil olunub. Yeri gəlmişkən, TƏBİB bu məsələdə əsas hədəfin ölkəmizdə əhalinin 80 faizinin vaksinasiya edilməsindən ibarət olduğunu bəyan edib.
Öz növbəsində TƏBİB-in İdarə Heyəti yanında Tibbi-elmi Komitənin sədri, professor Akif Qurbanov qəzetimizə açıqlamasında deyib ki, görülən tədbirlər yaxın zamanlarda yoluxma saylarının kəskin artımının qarşısını ala bilər. Bu, rahatlıq versə də, arxayınlaşmaq olmaz, qorunma tədbirlərinin davam etdirilməsi ilə yanaşı, vaksinasiyada aktiv iştirak da vacibdir. Vaksinasiya yüksək templə aparılır və peyvəndlərin gətirilməsi davam edir.
Onun sözlərinə görə, artıq 40 yaşdan yuxarı vətəndaşların peyvəndlənməsi aparılır ki, bu da bizi çox böyük fəsadlardan qoruyacaq: “Vaksin COVID-19-dan xilas olmaq üçün yeganə vasitədir. Vaksinin əhəmiyyəti odur ki, peyvəndlənən vətəndaşlar yoluxsalar, xəstəliyi yüngül keçirəcəklər, ağırlaşmalar, demək olar ki, olmayacaq. Əksəriyyətdə isə ümumiyyətlə yoluxma olmayacaq. Hazırda istifadə edilən vaksinin ikinci dozasının vurulmasından iki həftə keçdikdən sonra peyvənd tam qorumağa başlayır. Vaksinin birinci dozasından sonra arxayınlaşıb qorunma tədbirlərinə əməl etməmək düzgün deyil. Ona görə də pandemiya dövründə istər peyvənd olunsun, istərsə də yox, hər kəsin qorunması zəruridir”.
Həkim-pulmonoloq Ayşə Əliyeva isə bildirib ki, yeni nov koronavirus (COVID-19) infeksiyasından güclü immunitet və gigiyenik qaydalara düzgün əməl etməklə qorunmaq mümkündür. Onun sözlərinə görə, virusla mübarizədə istifadə olunan tibbi maska və əlcəklər ən vacib qoruyucu vasitələrdən biridir: “Lakin onların qoruyucu gücü fərqli olduğundan seçim edərkən yanılmamaq lazımdır. Viruslar tibbi maska və əlcəklərdə toplandığı üçün onların təkrar istifadə edilməsi tövsiyə olunmur. Bəzən sterilizasiya ediləndən sonra qoruyucu maskalar qurudub təkrar istifadə olunsa da, mütəxəssislər bunu düzgün saymırlar. Əlcəklərin də təkrar istifadəsi yolverilməzdir. Onları soyunarkən tərs üzünə çevirərək çıxarmaq və atmaq lazımdır”.
Mütəxəssis, xüsusilə müqəddəs Ramazan ayında insanları daha da diqqətli olmağa və kollektiv toplaşmamağa səsləyib: “Virusun geniş yayılmaması üçün, o cümlədən xalqımızın sağlamlığı naminə kütləvi toplaşmaq olmaz. Hamı bir nəfər kimi xəstəlikdən qorunmaq üçün əlindən gələni etməlidir. Düşünürəm ki, hər bir kəs özünü təcrid etməyi bacarsa, yoluxma halı tezliklə aradan qalxar, hamımız əvvəlki xoşbəxt, firavan həyatımıza qayıdarıq. Gəlin, koronavirus infeksiyasına qarşı mübarizədə birləşək, özümüzü, xalqımızı və dövlətimizi qoruyaq”.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxSosial
10 Avqust 12:08
İqtisadiyyat
10 Avqust 12:06
Elm
10 Avqust 11:53
Sosial
10 Avqust 11:50
İdman
10 Avqust 11:50
Dünya
10 Avqust 11:30
Dünya
10 Avqust 10:53
Dünya
10 Avqust 10:20
Dünya
10 Avqust 09:50
Dünya
10 Avqust 09:30
Dünya
10 Avqust 08:55
Sosial
10 Avqust 08:30
Dünya
10 Avqust 08:15
Dünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00

