Qafqaz Müsəlmanları İdarəsinin sədri KAICIID-in birgə sessiyasında iştirak edib
02.04.2021 [08:52]
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə martın 31-də KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Tərəflər Şurası və Direktorlar Şurasının videokonfrans formatında keçirilən birgə sessiyasında iştirak edib.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, birgə sessiyada KAICIID Təşkilatının Baş katibi Feysal bin Müəmmar, Direktorlar Şurasının və Mərkəzin təsisçi dövlətlərini təmsil edən Tərəflər Şurasının üzvləri - Səudiyyə Ərəbistanı Krallığının Avstriya Respublikasındakı səfiri, şahzadə əlahəzrət Abdullah bin Xalid bin Sultan bin Əbdüləziz Al Səud, Avstriyanın Avropa və Beynəlxalq Məsələlər üzrə Federal Nazirliyinin siyasi direktoru səfir Qreqor Kössler, İspaniya Krallığının Avstriya Respublikasındakı səfirinin müavini Migel Alonso Berrio və Vatikanın Dinlərarası Dialoq üzrə Pontifik Şurasının sədri Kardinal Migel Ayuso iştirak ediblər.
Şeyxülislam A.Paşazadə ilə bərabər, Direktorlar Şurasında təmsil olunan Konstantinopol Ekumenik Patriarxatının Ekzarxı Mitropolit Emmanuel, “Shanti Ashram” təşkilatının direktoru Kezevino Aram, Livan Milli Xristian-Müsəlman Dialoq Komitəsinin Baş katibi Məhəmməd Sammak, Yaponiya Rizxo Kosey-Kay Buddist Təşkilatının prezidenti Koşo Nivano, Beynəlxalq Mərkəzin Baş katibinin müavini Alvaro Albacete, İmam Məhəmməd bin Saud Universitetinin təmsilçisi Hamad əl-Məcid, Amerika Yəhudi Komitəsinin Dinlərarası məsələlər üzrə beynəlxalq direktoru baş ravvin David Rosen də birgə sessiyada iştirak ediblər.
Tədbirdə bir sıra önəmli məsələlər, o cümlədən mərkəzin idarəetmə sistemi ilə bağlı, KAICIID-in inkişaf strategiyası ətrafında müzakirələr aparılıb. Toplantının proqramına dinlərarası dialoqa dair beynəlxalq dövlətlərarası koordinasiya məsələləri, həmçinin təşkilatın inkişaf perspektivləri, genişlənmə prosesi çərçivəsində yeni üzv dövlətlərin qəbulu, təşkilati məsələlər və sair daxil idi. Beynəlxalq Mərkəzin qərargahının yeni ünvanı məsələsi də müzakirə edilib. Bildirilib ki, bir neçə Avropa ölkəsi öz namizədliyini verib. Namizəd dövlətlər arasında Portuqaliyanın adı xüsusi qeyd olunub və qərara gəlinib ki, yaxın günlərdə seçimin nəticələrinə dair rəsmi açıqlama veriləcək.
Həmçinin Beynəlxalq Mərkəzin Tərəflər Şurasının sıralarının genişlənməsi də gündəmdə olub.
Məlumat üçün bildirək ki, KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi Səudiyyə Ərəbistanı, İspaniya, Avstriya tərəfindən təsis olunmuş və Vatikan dövlətinin baş müşahidəçi kimi çıxış etdiyi beynəlxalq hökumətlərarası təşkilatdır. Qərargahı Vyana şəhərində yerləşir. Hazırda Tərəflər Şurasının üzvləri məhz bu təsisçi dövlətlərdir.
Dünyanın ən nüfuzlu beynəlxalq hökumətlərarası təşkilatlarından olan KAICIID-in 9 nəfərlik Direktorlar Şurasında yer alan müsəlman dini lider şeyxülislam Allahşükür Paşazadə yekdilliklə yenidən növbəti 4 il üçün Direktorlar Şurasının üzvü seçilib.
Şeyxülislam Allahşükür Paşazadə videosessiyada Azərbaycan, Qafqaz müsəlmanlarının səmimi salamlarını və xeyir-dualarını iştirakçıların diqqətinə çatdırıb. Direktorlar Şurasının üzvü kimi A.Paşazadə pandemiya şəraitinə baxmayaraq, KAICIID təşkilatının proqram üzrə layihə və təşəbbüslərin həyata keçirilməsi yönündə səylərinin davam etdirildiyini rəğbətlə vurğulayıb və Azərbaycanda bu istiqamətdə görülən işlərdən bəhs edib. Birgə sessiya iştirakçıları tərəfindən Azərbaycan dövlətinin dünyada dinlərarası dialoq və əməkdaşlığa verdiyi töhfələr qeyd olunub.
Onlayn sessiya məhsuldar keçib.
Xəbər lenti
Hamısına baxSosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19

