Vaksinasiya əhalinin sağlamlığının qorunmasına xidmət edir
10.03.2021 [08:42]
“Pandemiyanın nə qədər davam edəcəyini təxmin etmək qeyri-mümkündür. Tarixboyu pandemiyaların bitməsinin üç yolu olub: vaksinasiya, virusun mutasiyaya uğrayaraq özünü məhv etməsi, kollektiv immunitetin formalaşması. Hazırkı vəziyyət üçün real olan vaksinasiyadır”. Bu fikirləri həkim-infeksionist Səid Qəribov deyib.
Ölkəmizdə aparılan vaksinasiya prosesindən danışan mütəxəssis söyləyib ki, bu günədək aparılan peyvəndləmə prosesi zamanı ciddi yan təsir görülməyib: “Mahiyyət etibarilə koronavirusa qarşı peyvənd virusun zəifləmiş və ya “ölü” formasının bədənə daxil olunmasıdır. Sevindirici haldır ki, ölkəmizdə COVID-19 əleyhinə vaksinasiya olunanların sayı 400 min nəfəri ötüb. Peyvəndin heç bir mənfi təsiri yoxdur. Vaksinasiya COVID-19-dan ölüm səviyyəsinin azalmasına, statistik göstəricilərin yaxşılaşmasına və nəticədə, pandemiyanın sona çatmasına səbəb olacaq. Ona görə də insanları daha məntiqli olmağa, medianı isə ictimaiyyəti maarifləndirməyə çağırıram ki, vətəndaşlarımız düzgün seçim edə bilsinlər. Unutmasınlar ki, vaksinasiya ancaq onların sağlamlığın qorunmasına hesablanıb”.
Vurğulanıb ki, peyvəndlə yanaşı, bütün lazımi sanitar və gigiyenik qaydalara riayət edilməsi son dərəcə vacibdir: “Pandemiya bir nəfərdən başladı, onunla mübarizə isə hər kəsin məsuliyyətidir. Buna görə də hər kəs öz məsuliyyətini dərk etməlidir. Nəzərə alsaq ki qarşıdan Novruz gəlir. Bayram günlərində yenə də kütləvi toplaşmalar, bayramlaşmalar olacaqsa, insanlar bir-birinin evinə qonaq gedəcəksə, əlbəttə sosial məsafə, əl gigiyenası kimi vacib amillər unudulacaq. Ona görə də bayram günlərində bu qaydalara əməl edilməsə, yoluxanların sayında artım müşahidə edəcəyik, bu, qaçılmazdır. İnsanlar məsuliyyət hissini itirməməlidir - tibbi maska, məsafə və vaksinasiya yaddan çıxarılmasın!”.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03

