Nərimanov rayonunda Vətən müharibəsinin iştirakçısı, qazi Amil Məmmədov ziyarət olunub
10.02.2021 [09:18]
19 saylı Nərimanov seçki dairəsindən Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu və Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, həmçinin rayon təşkilatının bir qrup üzvü Nərimanov rayonunun sakini, Vətən müharibəsinin iştirakçısı, qazi Amil Habil oğlu Məmmədovu ziyarət ediblər.
Görüş zamanı Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Ordumuzun 44 gün müddətində əzəli və əbədi torpaqlarımızı düşmən işğalından azad etməsi, həmçinin “Dəmir yumruq” əməliyyatı ilə xalqımızın qəlbindəki 30 illik nisgilə birdəfəlik son qoyulması barədə söhbət açıb. Hikmət Babaoğlu qeyd edib ki, Vətən müharibəsində əsgər və zabitlərimiz əsl qəhrəmanlıq nümunəsi göstəriblər.
Millət vəkili bildirib ki, müharibə dövründə dövlətimizin başçısının “Biz birlikdə güclüyük!” şüarını rəhbər tutan xalqımızın igid övladlarının ön cəbhədə, bütün Azərbaycan xalqının isə arxa cəbhədə səfərbər olması qürurvericidir. Müharibə gənclərimizin yüksək vətənpərvərlik ruhunu aydın şəkildə nümayiş etdirdi. Hikmət Babaoğlu qəhrəman əsgərlərimizin döyüş meydanlarında göstərdiyi şücaətin tarixin yaddaşına həkk olunduğunu diqqətə çatdırıb, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyib.
YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev də xalqımızın qəhrəman oğulları ilə qürur duyduğunu bildirib, onların torpaqlarımızı işğaldan azad etməklə tarix yazdıqlarını söyləyib. Bu müharibə həm də bütün dünyaya ölkəmizin gücünün və xalqımızın birliyinin nümayişi oldu.
Vətən müharibəsinin iştirakçısı, qazi Amil Məmmədov keçdiyi döyüş yolu barədə danışıb. O, Vətən müharibəsinin başlandığı ilk gündən döyüşlərdə olduğunu bildirib. Birinci dəfə Cəbrayılın azad edilməsi uğrunda gedən döyüşlərdə yaralanıb. O, 10 gün hərbi hospitalda müalicə olunduqdan sonra yenə ön cəbhəyə qayıdaraq döyüşlərə qatılıb.
Amil noyabrın 3-dək gedən döyüşlərdə də iştirak edərək bir çox ərazilərimizin düşməndən azad olunması uğrunda rəşadətlə vuruşub. Həmin gün isə Şuşa uğrunda gedən döyüşlərdə ikinci dəfə yaralanıb. Amil Məmmədov döyüşlər zamanı göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Prezidenti tərəfindən medallarla təltif olunub.
Görüş zamanı qazi və onun ailəsinin qayğıları dinlənilib, problemlərinin həlli istiqamətində müvafiq addımların atılacağı diqqətə çatdırılıb. Həmçinin ailəyə maddi yardım göstərilib.
Qazinin anası göstərilən diqqətə görə öz razılığını bildirib.
Xəbər lenti
Hamısına baxSosial
27 May 07:33
Siyasət
26 May 23:30
Sosial
26 May 23:19
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01
Hərbi
26 May 13:59
Xəbər lenti
26 May 13:58
Siyasət
26 May 13:56
YAP xəbərləri
26 May 13:55
Xəbər lenti
26 May 13:54
Sosial
26 May 13:53
Sosial
26 May 13:53
Sosial
26 May 13:52
Xəbər lenti
26 May 13:37
İdman
26 May 13:09

