“Gallup International”: Azərbaycanda əhali hökumətin pandemiyaya qarşı mübarizəsindən razıdır
02.02.2021 [09:45]
Azərbaycanda COVID-19 pandemiyası ilə mübarizə sahəsində atılan addımlar və əldə olunan nəticələr ölkə əhalisi tərəfindən məmnunluqla qarşılanır. Keçirilən sosioloji tədqiqatlar da sübut edir ki, vətəndaşlar onların təhlükəsizliyi və sağlamlığı istiqamətində görülən kompleks tədbirləri yüksək qiymətləndirirlər.
AZƏRTAC xəbər verir ki, nüfuzlu “Gallup International” təşkilatının dünyanın 47 ölkəsində keçirdiyi qlobal “İlin yekunları” tədqiqatının nəticələrinə görə, vətəndaşların hökumətin pandemiya ilə mübarizəsindən razılıq səviyyəsinə görə Azərbaycan liderlər sırasındadır. Belə ki, Azərbaycanda əhalinin böyük əksəriyyəti hökumətin koronavirusla bağlı yaranmış vəziyyətin öhdəsindən uğurla gəldiyi qənaətindədir.
Tədqiqata görə, ilk iki yerdə Vyetnam və Cənubi Koreya qərarlaşıb - bu ölkələrdə əhalinin 90-100 faizi hökumətin tədbirlərindən razıdır. Hindistan və Azərbaycanda isə rəyi soruşulanların 86 faizi bu məsələdə hökumətə dəstəklərini ifadə ediblər.
Qeyd edək ki, sorğuda 47 ölkədən 44 mindən artıq insan iştirak edib.
2010-cu ildən “Oxford” universitetinin nəzdində fəaliyyət göstərən “Blavatnik School of Government” da bu istiqamətdə sosioloji tədqiqat keçirib. Tədqiqat çərçivəsində 2020-ci ilin martından başlayaraq dünyanın 180-dən çox ölkəsinin COVID-19 ilə bağlı siyasətinə dair xüsusi indeks hazırlanır və gündəlik olaraq yenilənir.
Bu il yanvarın 1-nə olan nəticələrə görə, Azərbaycan bu indeks üzrə 84,26 bal toplayaraq Gürcüstan, Yunanıstan, Honduras, İtaliya, Liviya, Hollandiya və Venesuela ilə birlikdə 4-11-ci yerləri bölüşür. Ölkəmizin bu indeksdə ən yüksək reytinqi 2020-ci ilin avqustunda Honduras və Omandan sonra 93,52 bal ilə 3-cü yerdə qərarlaşması olub.
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21

