/ / Dilqəm Əsgərovun və Şahbaz Quliyevin girovluqdan azad edilməsi daim Prezident İlham Əliyevin diqqət mərkəzində olub
Dilqəm Əsgərovun və Şahbaz Quliyevin girovluqdan azad edilməsi daim Prezident İlham Əliyevin diqqət mərkəzində olub
08.01.2021 [09:11]
Yanvarın 7-də Əsir və itkin düşmüş, girov vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə Azərbaycan Ordusunun Vətən müharibəsi zamanı ermənilərin əsir götürdüyü hərbi qulluqçusu Amin Musayev və girovluqdan azad edilmiş Dilqəm Əsgərov və Şahbaz Quliyevin iştirakı ilə mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən mətbuat konfransında Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov 2014-cü ilin iyulunda yaxın qohumlarının məzarlarını ziyarət etmək məqsədilə işğal olunmuş Kəlbəcər rayonunun ərazisinə getmiş Əsgərov Dilqəm Qardaşxan oğlunun və Quliyev Şahbaz Cəlal oğlunun işğalçı dövlətin hərbçiləri tərəfindən girov götürüldüklərini deyib. İşçi qrupunun rəhbəri bu məsələnin ilk andan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət mərkəzində olduğunu vurğulayıb.
İ.Axundov qeyd edib ki, Prezident İlham Əliyev 2019-cu il dekabrın 6-da MDB dövlət başçılarının Sankt-Peterburqda keçirilən qeyri-rəsmi Zirvə toplantısında Ermənistanın baş naziri, həmçinin ötən il fevralın 14-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurer ilə görüşləri zamanı Azərbaycanın bu məsələdə mövqeyini vurğulayaraq, gündəmdə olan “hamının-hamıya” prinsipi əsasında dəyişdirmə prosesinin tam həyata keçirilməsinin, o cümlədən Dilqəm Əsgərovun və Şahbaz Quliyevin də azad edilənlər arasında yer almasının vacibliyini bildirib. Ermənistan hadisənin ilk günlərindən etibarən məsələyə humanitar mövqedən deyil, siyasi-hərbi aspektdən yanaşıb, separatçı “Dağlıq Qarabağ rejimi”nin vasitəsilə məhkəmə şousu təşkil edilib, “Dövlət sərhədini pozma”, “casusluq” və s. kimi qondarma ittihamlarla 2014-cü il dekabrın 29-da Dilqəm Əsgərova ömürlük, Şahbaz Quliyevə isə 22 il müddətinə azadlıqdan məhrumetmə “cəzası” verilib.
Dövlət Komissiyasının katibi deyib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin humanitar atəşkəsə riayət olunması ilə bağlı 2020-ci il 10 oktyabr tarixli Moskva bəyannaməsindən, həmçinin Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidentinin və Ermənistan Respublikasının baş nazirinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatından sonra Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev BQXK-nın Azərbaycandakı nümayəndəliyinin başçısı ilə keçirdiyi görüşlərdə Azərbaycan Respublikasının vətəndaşları, o cümlədən Dilqəm Əsgərovun və Şahbaz Quliyevin azad olunması məsələsini təxirəsalmadan müzakirə edib. Komissiya sədri Dilqəm Əsgərovun və Şahbaz Quliyevin azad olunması müqabilində konkret təklif irəli sürüb və bu təklifin qarşı tərəfə çatdırılmasını BQXK-dan xahiş edib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən 44 gün ərzində işğalçı Ermənistan ordusu üzərində qazanılmış tarixi Qələbə müqəddəs Vətən torpaqlarının azad edilməsi ilə yanaşı, altı il yarım qeyri-qanuni girovluqda saxlanılmış soydaşlarımız - Dilqəm Əsgərovun və Şahbaz Quliyevin də azadlığa qovuşmasına imkan yaradıb.
Mətbuat konfransında Dilqəm Əsgərov və Şahbaz Quliyev, eləcə də erməni əsirliyindən azad edilmiş hərbi qulluqçumuz Amin Musayev girov və əsirlikdə olduqları müddətdə beynəlxalq humanitar hüquq normalarının pozulması faktlarından, erməni hərbçilər, xüsusilə tibb işçiləri tərəfindən məruz qaldıqları işgəncələr, qeyri-insani davranışlarından danışıblar. Onlar əsirlikdən azad olunaraq doğma Azərbaycana, ailələrinin yanına qayıtdıqları üçün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlıqlarını bildirib, Vətən müharibəsində Qələbəmiz münasibətilə xalqımızı təbrik ediblər.
Sonda jurnalistlərin sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51

