Virus daşıyıcısı olan şəxs özündən çox ətrafına zərər verir
06.01.2021 [09:13]
Dünyada COVID-19 virusuna yoluxanların sayı 85 milyon nəfəri ötüb. Mütəxəssislərin sözlərinə görə, kütləvi peyvənd olunmayana və ya kollektiv immunitetin formalaşmasına qədər COVID-19-a qarşı tam effektiv olan heç nə yoxdur. Hələ ki, effektiv olan tibbi maska taxmaq, məsafə saxlamaq, əl gigiyenasına diqqət etmək, asqırma və öskürmə zamanı ağızı bağlamaq, təmasları minimuma endirməkdir.
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Fərrux Sədirov bildirib ki, koronavirusun dünyada geniş vüsət almasını, respirator xəstəliklərin baş qaldırdığı dövrdə olduğumuzu nəzərə alsaq, daha da diqqətli olmağımız vacibdir: “Təəssüf ki, hər gün adı portala düşən koronavirus xəstələrinin daxili işlər orqanlarının əməkdaşları tərəfindən ictimai yerlərdə aşkar edilərək yaşadıqları evlərə qaytarılması və ya barələrində cinayət işinə başlanılması haqqında xəbərlər oxuyuruq. Hələ virusa yoluxub test verməyən aramızda dolaşanlar da az deyil. Buna nəzarət etmək çox çətindir. Lakin burada vətəndaşın düşüncə tərzi böyük rol oynayır. Virus daşıyıcısı olan şəxs özündən çox ətrafına zərər verir. Müalicə metodları nə qədər inkişaf etsə də, ən effektiv yol xəstəliyə yoluxmamaqdır”.
Həkim-infeksionist evdə müalicə alan və özbaşına dərman qəbul edən koronavirus xəstələrindən də bəhs edib: “Evdə müalicə ciddi nəzarət altında olmalıdır. Əfsuslar olsun ki, son zamanlarda pandemiya xəstəxanalarına müraciət edən xəstələrin əksəriyyəti xəstəliyin ilk günlərindən etibarən antibakterial, hormonal, steroid kimi preparatların kütləvi istifadəsi nəticəsində ağırlaşıb gələn xəstələrdir. Bu, qətiyyən yolverilməzdir. Xəstəliyin ilk bir həftəsi və on günü virusun çoxaldığı replikativ mərhələsidir. Bu mərhələdə heç bir şəkildə immun sisteminə müdaxilə etmək olmaz. Çünki bizim immun sistemi ilk bir həftədə maksimum dərəcədə virusu uzaqlaşdırmağa və onu neytrallaşdırmağa çalışır. Antibakterial preparatların, xüsusilə steroidlərin istifadəsi immun sisteminin cavabını susdurur və beləliklə, biz virusun bədənimizdən çıxmasını gecikdiririk. Bu da daha çox zərər və ölümə gətirib çıxarır. Mütləq şəkildə xəstəliyin ilk həftəsində xəstəyə, sadəcə maye və vitaminoterapiya ilə müalicə təyin olunmalıdır”.
Həkim-infeksionist bildirib ki, ehtiyac yarandığı halda xəstələrə sırf həkim nəzarəti ilə əlavə müalicələr təyin oluna bilər: “Antibiotiklər adından da bəllidir ki, antibakterial preparatlardır. Bu xəstəliyin törədicisi isə virusdur. Antibakterial preparatların virusa heç bir şəkildə, heç bir dozada təsiri yoxdur. Statistik araşdırmalara görə, koronavirus xəstələri arasında ikincili bakterial infeksiyadan ağırlaşma ehtimalı 9 faizdir. Yəni xəstələrin 91 faizinin antibiotikə ehtiyacı yoxdur”.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

