/ / Qafqaz Müsəlmanları İdarəsinin sədri KAICIID-in Direktorlar Şurasının onlayn iclasında iştirak edib
Qafqaz Müsəlmanları İdarəsinin sədri KAICIID-in Direktorlar Şurasının onlayn iclasında iştirak edib
26.11.2020 [09:24]
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə noyabrın 25-də Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Direktorlar Şurasının (KAICIID) 24-cü sessiyasının videokonfrans formatında keçirilən iclasında iştirak edib.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dünyanın ən nüfuzlu beynəlxalq hökumətlərarası təşkilatlarından olan KAICID-in 9 nəfərlik Direktorlar Şurasında yer alan yeganə müsəlman dini lider Şeyxülislam Allahşükür Paşazadə videoiclasda çıxış edib, Azərbaycan, Qafqaz müsəlmanlarının səmimi salamlarını iştirakçıların diqqətinə çatdırıb.
KAICIID Təşkilatının Baş katibi Feysal bin Müəmmar videokonfransın gedişində pandemiyaya baxmayaraq, əvvəlcədən nəzərdə tutulan proqram üzrə layihə və təşəbbüslərin həyata keçirilməsi istiqamətində səylərin davam etdirildiyini vurğulayıb, BMT-nin Sivilizasiyalar Alyansı ilə imzaladıqları memorandum haqqında, habelə Mərkəz adından iştirak etdiyi virtual tədbirlər barədə məlumat verib.
Tədbir zamanı bir sıra önəmli məsələlər, o cümlədən mərkəzin idarəetmə sistemi, KAICIID-in inkişaf strategiyası ilə bağlı müzakirələr aparılıb. Toplantının proqramına dinlərarası dialoqa dair beynəlxalq dövlətlərarası koordinasiya məsələləri, həmçinin təşkilatın inkişaf perspektivləri, genişlənmə prosesi çərçivəsində yeni üzv dövlətlərin qəbulu, təşkilat məsələləri - yeni sədr müavininin seçilməsi kimi əhəmiyyətli məsələlər daxil idi.
Sonra sentyabrın 14-də keçirilmiş 23-cü sessiyanın qərarlarının yerinə yetirilməsi üzrə hesabat dinlənilib, Məşvərət Şurası və kommunikasiyalar üzrə yeniliklər barədə məlumat verilib. Məruzələrdə son dövrlərdə Vyanada, Nitsada baş verən terror hadisələrinin dinlə heç bir əlaqəsinin olmadığı, Qərb və İslam dünyaları arasında qarşıdurma yaratmaq istəyənlərin təxribatçı fikirlərinin qarşısının alınması üçün Beynəlxalq Mərkəz daxil olmaqla, bütün dinlərin nümayəndələrinin birgə hərəkət etmələrinin vacibliyi vurğulanıb.
Şeyxülislam A.Paşazadə ilə yanaşı, Direktorlar Şurasında təmsil olunan Konstantinopol Ekumenik Patriarxatının Ekzarxı Mitropolit Emmanuel, Livan Milli Xristian-Müsəlman Dialoq Komitəsinin Baş katibi Məhəmməd Sammak, Yaponiya Rizxo Kosey-Kay Buddist Təşkilatının prezidenti Koşo Nivano, Beynəlxalq Mərkəzin Baş katibinin müavini Alvaro Albasete, İmam Məhəmməd bin Saud Universitetinin təmsilçisi Hamad əl-Məcid, Amerika Yəhudi Komitəsinin Dinlərarası məsələlər üzrə beynəlxalq direktoru Baş ravvin David Rosen, Shanti Ashram təşkilatının direktoru Kezevino Aram və başqaları videokonfransda iştirak ediblər.
Sessiya iştirakçıları tərəfindən Azərbaycan dövlətinin dünyada dinlərarası dialoq və əməkdaşlığa verdiyi töhfələr məmnunluqla vurğulanıb.
Onlayn sessiya məhsuldar keçib.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

