COVID-19 ilə fəal mübarizə haqq işimizə ən böyük dəstəkdir
15.10.2020 [08:47]
Ekspertlərin fikrincə, indiki məqamda xüsusi karantin rejiminin qaydalarına riayət etmək həm də cəbhədə döyüşən əsgərlər və zabitlərimizin sağlamlığı üçün vacibdir
Məlum olduğu kimi, sentyabr ayı başlayandan dünyanın bir çox ölkəsində yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxma sayında kəskin artım qeydə alınıb. Ötən iki ay ərzində ölkəmizdə vəziyyət stabil olsa da, son günlər Azərbaycanda da koronavirusa yoluxanların sayında artım müşahidə edilir. Belə ki, yoluxma və sağalma halları arasında əldə olunmuş müsbət dinamika dəyişib, sanitar-epidemioloji vəziyyət getdikcə pisləşir. Ölkədə sanitar-epidemioloji vəziyyətin dəyişməsinin nəticəsidir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetini 13 oktyabr 2020-ci il tarixli qərarı ilə Sabirabad şəhərinə, Sabirabad rayonunun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndlərinə, Şəki şəhərinə və Kiş kəndinə giriş-çıxışa qadağa qoyulub.
Vurğulamaq yerinə düşər ki, ölkəmizdə pandemiya ilə bağlı vəziyyətin dəyişməsi bir neçə səbəblə bağlıdır. Əvvəla, koronavirusla mübarizədə son vaxtlar əldə olunan uğurlar cəmiyyətdə vaxtından əvvəl arxayınlıq yaradıb, sosial məsafənin gözlənilməməsi, maskadan və dezinfeksiyaedici vasitələrdən istifadə edilməməsi halları kütləviləşib. Eyni zamanda, ticarət və iaşə obyektlərində, ictimai nəqliyyatda ciddi qayda pozuntuları artıq insanları narahat etmir. Digər tərəfdən, Ermənistanın növbəti təxribatı nəticəsində başlanmış müharibə bütün cəmiyyətimiz üçün ciddi təhlükə olan koronavirus pandemiyasını arxa plana keçirib. Ekspertlər bildirirlər ki, indiki məqamda koronavirusla mübarizədə fəal olmaq, xüsusi karantin rejiminin qaydalarına riayət etmək həm də cəbhədə döyüşən əsgərlərimizin sağlamlığı üçün vacibdir.
Məsələ ilə bağlı açıqlama verən “Azərbaycan Diabet Liqası” İctimai Birliyinin sədri, Səhiyyə Nazirliyi nəzdində İctimai Şuranın üzvü Yeganə Sultanova deyib ki, Vətən müharibəsi şəraitində koronavirusla mübarizə və əhalinin sağlamlığının qorunması da vacibdir: “Unutmaq lazım deyil ki, həm də güclü əsgər, güclü vətəndaş deməkdir. Düzdür, ölkəmiz Qarabağ cəbhəsində olduğu kimi koronavirus cəbhəsində də ləyaqətlə və ağılla mübarizə aparır. Lakin bu mübarizədə hər birimiz iştirak etməliyik. Biz anlamalıyıq ki, vətənimizin bu ağır dövründə özümüzü xəstəliklərdən qorumaqla arxa cəbhəni zəifləməkdən və ön cəbhədə döyüşən hərbçiləri xəstəliklərdən müdafiə etmiş olarıq. Bu gün xəstəliyin geniş yayılması çox təhlükəlidir. Xəstəxanaların, tibb işçilərinin diqqəti cəbhəyə yönəldiyi bir dövrdə onları bu vacib missiyadan ayırmaq olmaz. Ona görə də, özümüzü və döyüşən qüvvəmizi qorumalıyıq. Bunun üçün isə vacib şərt şəxsi gigiyena qaydalarını gözləmək, maskadan istifadə etmək, kütləvi toplantılara mümkün qədər şərait yaratmamaq, sosial məsafəni saxlamaqdır”.
Y.Sultanovanın sözlərinə görə, indiki məqamda hərbçilərimizin sıravi vətəndaşlarla bu və ya digər səbəbdən təmasda olduğunu nəzərə alaraq, əminliklə demək olar ki, hər bir koronavirus xəstəsi bu virusu cəbhəyə ötürə, hərbçilərimiz arasında xəstəliyin yayılmasına səbəb ola və bu isə ordumuzun ardıcıl uğurlarına ciddi zərbə vura bilər.
“Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva isə deyib ki, bu gün hər kəs üzərinə düşən məsuliyyəti dərk etməlidir: “Hazırda biz çox çətin və məsuliyyətli bir dövrdən keçirik. Çünki mübarizəmiz tək bir cəbhədə getmir. Bütün dünyada, o cümlədən ölkəmizdə yeni növ koronavirus (COVID-19) pandemiyasının bitmədiyini unutmamalıyıq. Digər ölkələrlə müqayisədə Azərbaycanda sanitar-epidemioloji vəziyyət nəzarət altında olsa da, son zamanlar yoluxma saylarındakı artım bizi daha dərindən düşünməyə və ikiqat məsuliyyətli olmağa vadar edir”.
Y.Abdıyeva deyib ki, ki, bu gün Azərbaycan Ordusuna dəstək vermək istəyən hər bir vətəndaş ilk növbədə əsgər və zabitlərimizin sağlamlığı haqqında düşünməli, özünü və yaxınlarını xəstəlikdən qorumaqla haqq işimizə layiqli töhfəsini verməlidir: “Bilməliyik ki, ön xətdə savaşan qəhrəman Vətən övladlarına dəstək olmaq üçün arxa cəbhənin öz sağlamlığının qeydinə qalması olduqca vacibdir. Çünki biz qaydalara əməl etməməklə hərbçilərimizin də sağlamlığına təhlükə yarada bilərik. Ordumuza daha yaxşı dəstək göstərmək, əsgərlərimizin sağlamlığına təhlükə törətməmək üçün hər kəsi vətəndaş məsuliyyəti nümayiş etdirməyə çağırıram. Ümid edirəm ki, bu dəfə də Azərbaycan vətəndaşları məsuliyyətli davranacaq, hər iki cəbhədə, hər iki səngərdə düşmənə fürsət verməyəklər”.
Qaşqay RAMAZANOV
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

