Tədrisin təşkilində yeni normalara dair brifinq keçirilib
01.10.2020 [09:25]
Sentyabrın 30-da ümumi təhsil müəssisələrində tədrisin təşkili ilə bağlı yeni normalara dair brifinq keçirilib.
AZƏRTAC xəbər verir ki, Təhsil naziri Emin Əmrullayev əvvəlcə Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində bölgələrdə məktəblərə və ümumən təhsilə vurulan zərbədən danışıb, erməni vəhşiliyinin qurbanı olan iki məktəblinin - Fidan və Şəhriyar Qurbanovların vəfatını dərin təəssüf hissi ilə qeyd edib.
Nazir diqqətə çatdırıb ki, cəbhəyanı ərazilərdə yerləşən 400-dən çox ümumi təhsil müəssisəsinin həftəlik dərs cədvəllərində dəyişiklik olunub.
Cari dərs ilinin pandemiya şəraitində təşkili məsələləri barədə danışan Təhsil naziri bildirib ki, məktəblərdə görülən tədbirlər - şagird sıxlığına nəzarət, dərslərin tədrisi formalarının dəyişdirilməsi, sanitariya-gigiyena qaydalarına riayət öz nəticələrini verməkdədir. Ötən dövr ərzində həm ölkə üzrə ümumi yoluxmaların azalması, həm də məktəbdə yoluxma hallarının olmaması nikbin qərarlar qəbul etməyə əsas verib. Belə ki, “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə” Nazirlər Kabinetinin 2020-ci il 29 avqust tarixli 312 nömrəli Qərarına uyğun olaraq, oktyabrın 1-dən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda məktəbəqədər təhsil müəssisələri fəaliyyətə başlayacaq. Məktəbəhazırlıq qruplarında sabahdan yarımqruplar şəkilində tədris prosesinə start veriləcək. Həmçinin oktyabrın 1-dən V-IX sinif şagirdləri məktəbə həftədə 3 dəfə getməklə 15 saat əyani dərs ala biləcəklər.
Brifinqdə qeyd olunub ki, növbəti həftədən etibarən ibtidai sinif şagirdləri Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda həftədə 3 dəfə əyani təhsilə cəlb ediləcək. Bununla da onların əyani formada dərs saatları 8-dən 10 və ya 11 saata (həftəaşırı) qədər artacaq. Bu, siniflər 2 yarımqrupa bölündüyü halda hər yarımqrupa düşən əyani dərslərin sayıdır. Sinifdə sosial məsafəni qorumaq mümkündürsə, şagirdlər yarımqruplara bölünmür, bu zaman 12 və ya 13 saat əyani dərs alırlar. Ölkənin digər regionlarında yerləşən və şagird sayı 200-dən az olan məktəblər ibtidai təhsil səviyyəsində ənənəvi formada, yəni həftədə 5 dəfə olmaqla bütöv sinif komplektində oxuya bilərlər. Bu zaman məktəb rəhbərliyi sinifdə sosial məsafənin gözlənilməsini əsas meyar götürərək qərar verməlidir. Bu meyara cavab vermək mümkün olmadığı halda, həmin məktəblərdə də əyani formada dərslər həftədə 3 dəfə keçiriləcək. Hazırda ölkədə şagird sayı 200-dən az olan məktəblərin sayı 2307-dir. Oktyabrın 15-dən isə tam orta təhsil səviyyəsi üzrə təhsil alan şagirdlər məktəbə gələ biləcəklər.
Diqqətə çatdırılıb ki, xüsusi, internat tipli xüsusi, inteqrasiya təlimli internat tipli məktəblərdə, valideyn himayəsindən məhrum uşaqlar üçün internat məktəblərində təhsil əyani formada davam etdirilir.
Brifinqdə teledərslərin əhəmiyyəti və onların izlənmə faizinin artırılması mühüm məsələ kimi vurğulanıb.
Həmçinin bildirilib ki, hərbi vəziyyətin tələblərindən irəli gələn internet xidmətlərindəki məhdudiyyət səbəbindən ali təhsil müəssisələrində tədris müvəqqəti dayandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

