Dünyada COVID-19-a yoluxanların sayı artır
18.09.2020 [23:21]
Ekspertlərin fikrincə, müəyyən olunmuş qaydalara qarşı laqeydlik, vətəndaş məsuliyyətsizliyi ölkəmizdə də yoluxma sayının artmasına səbəb ola bilər
Ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən çevik, təxirəsalınmaz və zəruri qabaqlayıcı tədbirlər pandemiyaya qarşı mübarizədə Azərbaycan modelini nümunə olaraq bir daha ortaya qoymuş oldu. Bununla belə qlobal bəlaya çevrilmiş koronavirusa pandemiyası hələ də davam edir və payızda dünya miqyasında infeksiyanın yenidən aktivləşəcəyi barədə səslənən proqnozlar artıq özünü doğrultmaqdadır. Verilən məlumatlara görə, dünyada COVID-19-a yoluxanların sayı yenidən artır. Belə ki, hətta indiyə qədər yoluxmanın az olduğu ölkələrdə belə statistik rəqəmlər artır və bu da həmin dövlətlərin COVID-19 infeksiyası ilə mübarizə çərçivəsində yeni sərt tədbirlər görməsinə yol açır. Bu vəziyyəti nəzərə alan bir sıra tibbi ekspertlər bildirirlər ki, ölkəmizdə də Nazirlər Kabinetinin yenidən bir sıra yumşalmalarla bağlı verdiyi qərar arxayınlıq yaratmamalıdır. Vətəndaşlar sanitar-gigiyenik qaydalara daha çox riayət etməlidir.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib ki, ölkəmizdə pandemiya ilə əlaqədar məsələləri ciddi nəzarətdə saxlamaq, virusun geniş yayılmasının qarşısını almaq və insanların həyatını maksimum şəkildə qorumaq üçün zəruri və effektiv tədbirlər davam etdirilir. Millət vəkili qeyd edib ki, payızda koronavirus pandemiyasının yenidən aktivləşəcəyi haqda səslənən proqnozlar, təəssüf ki, təsdiqlənir. Onun sözlərinə görə, təhlükəli virusun ram edilməsi, lokallaşdırılması, nəzarət altına alınması elə də asan məsələ deyil: “Laqeydlik, məsuliyyətsizlik çəkilən bu qədər zəhmətin hədər getməsinə, yoluxma sayının daha da artmasına səbəb ola bilər. İndiki halda insanlar mütləq şəkildə yoluxma sayının artmasına səbəb ola biləcək addımlar atmamalı, öz sağlamlıqlarının qeydinə qalmalı və karantin qaydalarına uyğun şəkildə davranışlar sərgiləməlidirlər. Bütün hallarda yumşalmalar xəstəliyin yenidən artımına səbəb olmamalıdır. Əks halda bir sıra xarici dövlətlərdə yumşalmalardan sonra müşahidə olunan mənfi tendensiya ölkəmizdə də təkrarlana bilər”.
“Psixososial Reabilitasiya və İnkişaf” İctimai Birliyini sədri Lamiyə Kərimov da bildirib ki, Operativ Qərargahın çoxsaylı yumuşalma qərarlarının fonunda vətəndaslarımızın daha çox məhsuliyyətli olması zərurətə çevrilib. L.Kərimova qeyd edib ki, payız aylarına doğru digər respirator xəstəliklərin çoxalması və onların COVID-19 virusu ilə bərabər daha da təhlükəli olması yoluxma sayının artımına səbəb ola bilər: “Dünya ölkələrinə nəzər salsaq hazırda COVID-19 virusunun artma dinamikası müşahidə edilir. Məsələn, qonşu Gürcüstanda pandemiyanın “ikinci dalğası” elan olunub. İsraildə, Avstriyada, Çexiyada COVİD-19 infeksiyasına yoluxmaların artımı hökumətləri yeni qadağaların tətbiqinə sövq edib. Türkiyə, Rusiya və digər ölkələrdə isə yoluxma hallarının artması yeni məhdudiyyətlərin tətbiqini qaçılmaz edib. Bu mənada, yeni yoluxmalara yol açmamaq üçün mütləq şəkildə məsuliyyətli davranış nümayiş etdirilməlidir. Qoyulan qaydalara şərtsiz əməl edilməlidir və yalnız bundan sonra yoluxma sayı minimuma endikdə, normal həyata tam olaraq qayıda biləcəyik. Unutmayaq ki, dövlət tərəfindən atılan bütün lazımi addımlar vətəndaşların təhlükəsizliyinin təmin edilməsinə, hər bir sakinin sağlamlığının qorunmasına hesablanıb”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

