Azərbaycan pandemiya ilə mübarizə təcrübəsi nümunəvi xarakter daşıyır
08.09.2020 [09:37]
Ekspertlərin qeyd etdikləri kimi, ölkəmizdə pandemiya şəraitində həm əhalinin sağlamlığının qorunması, həm də sosial müdafiəsinin gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsi mühüm əhəmiyyətə malikdir
Ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə ardıcıl xarakter daşıyır. Zəruri resursları pandemiya ilə mübarizəyə səfərbər edən Azərbaycan dövləti həm əhalinin sağlamlığının qorunması, həm də sosial müdafiəsinin gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirləri davam etdirir. Eyni zamanda, vətəndaşlar məsuliyyət nümayiş etdirərək dövlətə bu istiqamətdə ictimai dəstək göstərirlər. Bunun nəticəsidir ki, son zamanlar yoluxma sayında azalma müşahidə olunur.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib ki, avqustun 5-dən etibarən yoluxma hallarının azalması, eyni zamanda, sağalan xəstələrin çoxluq təşkil etməsi bir sıra məsələlərdə mərhələli yumşalmanı şərtləndirdi. Onun sözlərinə görə, bu yumşalmalar həm iqtisadiyyatın davamlılığı, həm də insanların sosial vəziyyətini yaxşılaşdırmaq baxımdan vacib addımdır. M.Cəfərov deyib ki, indiki halda da insanlar mütləq şəkildə yoluxma sayının artmasına səbəb ola biləcək addımlar atmamalı, öz sağlamlıqlarının qeydinə qalmalı və karantin qaydalarına uyğun şəkildə davranışlar sərgiləməlidirlər: “Bütün hallarda yumşalmalar xəstəliyin yenidən artımına səbəb olmamalıdır. İnsanlarımız məsuliyyətli davranmalı və sanitar-gigiyenik qaydalara əvvəlki kimi ciddi riayət etməlidir. Əks halda, bir sıra xarici dövlətlərdə yumşalmalardan sonra müşahidə olunan mənfi tendensiya ölkəmizdə də təkrarlana bilər. Sərt karantin rejimnin tətbiqinə rəvac verəcək, xəstəliyin miqyasını artıracaq davranışlardan uzaq olmalıyıq. Nəticə etibarilə, hər şey vətəndaşlarımızın məsuliyyətli davranışından asılıdır”.
Milli Məclisin deputatı Vüqar Bayramov isə bildirib ki, mart ayından bu yana Azərbaycan dövləti pandemiyanın təsirlərinin minimumlaşdırılması, xüsusən də vətəndaşlarımızın sağlamlığına və iqtisadiyyatımıza təsirlərinin azaldılmasını prioritet hədəf kimi qarşıya qoymuşdu. Əldə olunan nəticələr isə onu deməyə əsas verir ki, ölkəmiz bu hədəfə çatıb.
Millət vəkili qeyd edib ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən siyasət birbaşa hər bir vətəndaşımızın sağlamlığının qorunmasına, yoluxma hallarının azalmasına şərait yaradıb. V.Bayramov onu da qeyd edib ki, pandemiyanın iqtisadi vəziyyətə təsirləri gözlənilən idi və bu təsirləri də azaltmaq üçün dövlətimiz mühüm addımları ilə seçildi. Azərbaycan hökuməti pandemiyanın iqtisadi təsirlərini də minimumlaşdırmağa nail oldu. Millət vəkili əlavə edib ki, növbəti dövrlər üçün də əsas hədəf isə postpandemiya dövründə yenidən iqtisadi aktivliyə mümkün qədər tez nail olmaqdır: “O baxımdan, növbəti aylarda da vətəndaşlarımızın məsuliyyətli davranışı, yoluxma sayının daha da da azalması kontekstində pandemiyanın iqtisadiyyata təsirlərinin minimumlaşdırılması ilə bağlı siyasət davam etdiriləcək. Məqsəd postpandemiya dövründə real sektorda iqtisadi aktivliyi daha qısa zamanda bərpa etməkdir”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

