Pandemiya ilə mübarizə sahəsində ölkəmizdə həyata keçirilən tədbirlər uğurlu nəticələr verir
26.08.2020 [08:47]
Mütəxəssislərin qənaətinə görə, yoluxma sayının bundan sonra artmaması üçün vətəndaş məsuliyyəti, həmrəyliyi və xüsusi karantin rejiminin qaydalarına əməl olunması vacib şərtlərdəndir
Məlum olduğu kimi Azərbaycan COVID-19 infeksiyası ilə mübarizədə uğurlu yol keçib. Belə ki, ölkəmizdə qabaqlayıcı tədbirlər görülərək xəstəlik daim nəzarətdə saxlanılır. Eyni zamanda, mövcud xəstəxanaların maddi-texniki bazasının gücləndirilməsi, COVID-19-la mübarizədə modul tipli xəstəxanaların tikilib istifadəyə verilməsi xəstələrin müalicəsi işinə böyük töhfə olub. Dünyanın ən inkişaf etmiş ölkələrinin bir çoxu pandemiya qarşısında böyük çətinliklərlə üzləşsələr də, ölkəmizdə belə bir problem yaşanmayıb. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanı pandemiya ilə səmərəli mübarizə aparan nümunəvi ölkə kimi səciyyələndirib.
Bununla yanaşı, artıq ölkəmizdə pandemiya ilə mübarizə strategiyasının tərkib hissəsi olan seroloji testlərlə bağlı layihə həyata keçirilir. Mütəxəssislərin fikrincə, testlərin aparılması əhali arasında COVID-19 xəstəliyinin keçirilməsi haqqında təsəvvürlərin əldə olunmasına, xəstəliyi keçirmiş şəxslərdə yaranmış immunitet səviyyəsinin öyrənilməsinə və pandemiya ilə mübarizə üçün daha doğru yanaşmalar seçməyə imkan verəcək. Bu testlər vasitəsilə son 3 ay ərzində xəstəlik keçirmiş, immunitet qazanmış insanların sayı müəyyənləşəcək. Bu zaman vətəndaşlar həm də səhhətləri barədə məlumat əldə etmək, özləri üçün koronavirus təhlükəsini qiymətləndirmək imkanı qazanacaqlar.
Onu da qeyd edək ki, Prezdent İlham Əliyevin göstəriş və tövsiyələri əsasında hazırda Nazirlər Kabineti yanında Operativ Qərargah xəstəliyin gedişini tam nəzarət altında saxlayır. Avqustun 31-ə qədər ölkənin 13 şəhər və rayonunda sərt karantin rejimi davam etsə də, hazırda həmin şəhər və rayonlarda karantin tədbirlərində bir sıra yumşalmalar həyata keçirilir. Bu halda isə vətəndaşların məsuliyyəti ön plana çıxır. Yəni, hər bir vətəndaş başa düşməlidir ki, xəstəliyin profilaktikasına əməl etmək, onun müalicəsindən daha əlverişlidir. Vətəndaşlardan tələb edilən isə qoruyucu maskadan istifadə, sosial məsafənin saxlanması və şəxsi gigiyena qaydalarına ciddi əməl olunmasıdır.
Beləliklə, pandemiya ilə mübarizə sahəsində ölkəmizdə həyata keçirilən tədbirlər uğurlu nəticələr verir. Mütəxəssislərin qənaətinə görə, yoluxma sayının bundan sonra artmaması üçün vətəndaş məsuliyyəti, həmrəyliyi və xüsusi karantin rejiminin qaydalarına əməl olunması vacib şərtlərdəndir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

