Çin portalı Azərbaycan multikulturalizmindən yazıb
26.08.2020 [08:46]
Çin Xalq Respublikasının nüfuzlu “The Caspian Times” xəbər portalında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov ilə müsahibə dərc edilib.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müsahibədə Azərbaycanın multikulturalizm modelinin üstünlüklərindən, mədəniyyətlərarası və dinlərarası dialoqda Prezident İlham Əliyevin yeni çağırışlarından, bu siyasətin regional və qlobal təhlükəsizliyə verdiyi töhfələrdən geniş bəhs olunub. Bildirilir ki, multikulturalizm Azərbaycanda özünün ən yüksək zirvəsinə çataraq dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir və uğurlu siyasi modeldir. Azərbaycanda müxtəlif mədəniyyətə sahib 30-dan çox azsaylı xalq tarixi keçmişdən bu günədək sülh şəraitində birgə yaşayır. Eyni zamanda, bütün dinlər cəmiyyətdə sərbəst şəkildə təmsil olunurlar. İndiyədək Azərbaycanda nə milli, nə də dini zəmində heç bir qarşıdurma və fikir ayrılığı yaşanmayıbdır. Əksinə, ən çətin zamanlarda bütün dinlərin nümayəndələri tərəfindən həmrəylik nümayiş etdirilib. Azərbaycan dünyəvi respublikadır. Azərbaycan Konstitusiyasına əsasən, din dövlətdən ayrıdır, təhsil sistemi isə dünyəvi xarakter daşıyır. Dini inanclar tamamilə sərbəstdir. Ölkədə onlarca məscid, kilsə və sinaqoq fəaliyyət göstərir.
Həmçinin diqqətə çatdırılır ki, multikulturalizm siyasəti ölkənin daxili vəziyyətindən başqa, onun beynəlxalq imicinə də müsbət təsir göstərir və Azərbaycanın hüquqi dövlət olmasına bariz sübutdur. Bu gün artıq Azərbaycan dünyada multikulturalizmin ünvanlarından biri kimi tanınır və bu model beynəlxalq miqyasda öyrənilir. Eyni zamanda, Azərbaycan dünyada mədəniyyətlərarası və dinlərarası dialoq mərkəzi kimi də tanınır. Göründüyü kimi, multikulturalizm siyasətinin təsiri çox böyük və həyati əhəmiyyətlidir.
Müsahibədə, eyni zamanda, vurğulanır ki, Azərbaycanın bütün ali təhsil məktəblərində bakalavriat və magistratura pillələrində multikulturalizm ayrıca fənn kimi tədris olunur. Müxtəlif etnosa, mədəniyyətə və dinə məxsus uşaqların eyni təhsil imkanlarına malik olması, onların eyni sinifdə təhsil almaları, hətta azsaylı xalqların öz dillərində də təhsil imkanlarının onlara verilməsi məsələsi kifayət qədər əhəmiyyətlidir. Azərbaycanda bu vəziyyət Konstitusiya və “Təhsil haqqında” Qanunla tənzimlənir, həm də praktikada uğurla tətbiq olunur. Bu məsələ hazırda demək olar ki, əksər dövlətlərdə müzakirə mövzusudur. Azsaylı xalqların dilində dərsliklərin olması, peşəkar pedaqoq bazasının formalaşdırılması vacib amillərdəndir. Əgər gələcəkdə tolerant və multikultural bir nəslə sahib olmaq istəyiriksə, mütləq təhsildə belə hallara həssas yanaşılmalıdır.
Xəbər lenti
Hamısına baxSiyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Xəbər lenti
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
Xəbər lenti
23 İyul 14:29
İqtisadiyyat
23 İyul 14:20
Xəbər lenti
23 İyul 13:32
Xəbər lenti
23 İyul 13:31
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53

