Azərbaycan əlyazması UNESCO-nun Dünya yaddaşı beynəlxalq reyestrinə daxil ediləcək
25.08.2020 [08:47]
Azərbaycana aid daha bir əlyazmanın UNESCO-nun Dünya yaddaşı (Memory of the World) beynəlxalq reyestrinə daxil edilməsi üzrə AMEA-nın Əlyazmalar İnstitutu ilə sözügedən təşkilat arasında iyulun 27-dən başlanmış onlayn işçi görüşləri və təqdimat prosesi yekunlaşıb.
Əlyazmalar İnstitutundan AZƏRTAC-a bildirilib ki, UNESCO Baş Qərargahının və Cənubi Koreyanın UNESCO üzrə Milli Komissiyasının təşəbbüsü ilə keçirilmiş çoxsaylı görüşlərə Dünya yaddaşı proqramının Qeydiyyat altkomitəsinin rəhbəri professor Jan Bos (Niderland) sədrlik edib. Qiymətləndirmə üzrə ekspertlər qismində isə UNESCO rəsmiləri, professorlar Joy Şpringer (Niderland), Kyunq-ho Suh (Cənubi Koreya), Rey Edmondson (Avstraliya) və Roslin Rassel (Avstraliya) çıxış ediblər.
UNESCO-nun Dünya Yaddaşı Proqramı üzrə Azərbaycan Milli Komitəsinin sədri, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlinin sədrliyi ilə elmi müəssisədə yaradılmış komissiya (üzvlər: Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimov, elmi katib, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nigar Babaxanova) prosedur qaydalarına uyğun olaraq, institutda mühafizə olunan, XIX əsrə aid unikal əlyazma kitabının UNESCO ekspertləri üçün təqdimatını həyata keçirib.
On dörd onlayn işçi görüşdə institutu təmsil edən komissiya üzvü, tarix üzrə fəlsəfə doktoru Nigar Babaxanova reyestrə daxil edilmək üçün təqdim olunmuş əlyazma haqqında həm əsas, həm də plenar iclaslarda çıxışlar edib, namizəd əlyazmanın unikallığı, elmi, tarixi, bədii əhəmiyyəti ilə bağlı elmi müəssisənin mövqeyini və obyektiv qiymətləndirməyə yardım edəcək mötəbər arxiv sənədlərini UNESCO ekspertlərinin diqqətinə çatdırıb, proses zamanı meydana çıxmış əlavə sualların cavablandırılması məqsədilə komissiya üzvlərini UNESCO Qeydiyyat altkomitəsi ilə əlaqələndirib.
UNESCO tərəfindən elmi qiymətləndirmə və ekspertiza fəaliyyəti uğurla yekunlaşacağı təqdirdə, Azərbaycana aid daha bir əlyazmanın yaxın bir neçə ay ərzində nüfuzlu Dünya yaddaşı reyestrinə daxil ediləcəyi gözlənilir.
Xatırladaq ki, indiyədək Əlyazmalar İnstitutunda saxlanılan 4 unikal əlyazma - Rüstəm Cürcaninin “Zəxireyi-Nizamşahi”, Əbülqasim Zəhravinin “Əl-məqələtus-səlasim”, Əbu Əli ibn Sinanın “Əl-qanun fit-tibb” və Məhəmməd Füzulinin anadilli “Divan”ı Dünya yaddaşı reyestrinə daxil edilib.
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06

