/ / İnsanların qapalı və açıq məkanlarda kütləvi şəkildə toplaşması COVID-19 infeksiyasının yayılmasına təkan verən əsas amildir
İnsanların qapalı və açıq məkanlarda kütləvi şəkildə toplaşması COVID-19 infeksiyasının yayılmasına təkan verən əsas amildir
19.08.2020 [09:15]
Ekspertlər qeyd edirlər ki, xəstəliyin yayılma sürətini artıra və ikinci dalğaya səbəb ola biləcəyi üçün kütləvi tədbirlərin keçirilməsi yolverilməzdir
Pandemiya şəraitində dünya miqyasında görülən profilaktik xarakterli mühüm tədbirlərdən biri də məhz insanların kütləvi şəkildə bir məkanda toplanmasının qarşısının alınmasıdır. Mütəxəssislər qeyd edirlər ki, insanların kütləvi şəkildə bir məkana toplaşması yoluxma ehtimalını artırır və buna görə də yolverilməzdir. Yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı effektiv mübarizə aparan, ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirən Azərbaycanda da bu istiqamətdə təxirəsalınmaz addımlar atılır. Belə ki, böyük ticarət mərkəzləri, şadlıq evləri, yas mərasimlərinin keçirildiyi məkanlar insanların daha sıx və kütləvi toplandığı ərazilər sayıldığı üçün onların fəaliyyəti müəyyən müddət üçün dayandırılıb. O cümlədən hazırda pandemiya şəraitində məscidlər dini ayinlərə bağlıdır. Bütün bunlar isə, heç şübhəsiz, insanların sağlamlığının qorunmasına xidmət edir.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Cavid Osmanov bildirib ki, bu gün dünyada koronavirus pandemiyası hələ də davam edir. Onun sözlərinə görə, virusun sürətlə yayılma çoğrafiyası zaman zaman yerini dəyişir və bu baxımdan karantin qaydalarına ciddi əməl olunmalıdır. Millət vəkili əlavə edib ki, hazırkı vəziyyətdə insanların bir yerə toplaşması, kütləvi tədbirlərin keçirilməsi yolverilməzdir: “Virusa qarşı mübarizə çərçivəsində müəyyən olunmuş qaydalara ciddi əməl olunmalıdır. Belə bir vəziyyətdə tanınmış din alimləri dini ayinlərində kütləvi şəkildə keçirilməsini tövsiyə etmirlər. Bu gün mövcud epidemioloji vəziyyət səbəbindən hər kəsin dini ayinləri öz evində keçirməsi məqsədəuyğun hesab olunur. Xüsusilə də, Məhərrəm ayında keçirilən dini ayinlərin Ramazan ayında olduğu kimi keçirilməsi tövsiyə edilir. Hesab edirəm ki, bu, doğru bir qiymətləndirmədir, çünki kütləvi dini ayinlərin keçirilməsi virusa yoluxma halını genişləndirə bilər və insanlar öz həyatını itirə bilər. Ona görə də hər kəs Məhərrəm ayında da bu məsələyə anlayışla yanaşmalı, din xadimlərinin müvafiq tövsiyələrinə əməl etməli və dini ayinləri fərdi qaydada öz evində icra etməlidir”.
Milli Məclisin deputatı İlham Məmmədov isə koronavirus pandemiyasından qorunmaq üçün karantin rejiminin qaydalarına mütləq şəkildə riayət olunmasının vacibliyini vurğulayıb. Millət vəkili bildirib ki, dövlətimiz insanların sağlamlığını hər şeydən üstün tutur və vətəndaşlarımızın qorunması üçün bütün lazımi tədbirləri həyata keçirir: “Karantin qaydalarının yumşaldılmasından sonra arxayınlaşma yolverilməzdir. Görülən işlər nəticəsində sağalanlar və yoluxanların sayında müsbət dinamika əldə olunub. Bu göstəricinin saxlanması və ikinci dalğanın baş verməməsi üçün vətəndaş, cəmiyyət olaraq sanitar-gigiyena normalarına, tibbi maska taxmaq və sosial məsafənin gözlənilməsi qaydalarına ciddi riayət etməliyik. Bu gün hər bir vətəndaş öz məsuliyyətini dərk etməli, dövlətimizin, həkimlərimizin səylərini boşa çıxarmamalıdır. Bu bəlaya qarşı birlikdə apardığımız mübarizədən birlikdə də qalib çıxmalıyıq”.
“Ən mühüm məsələlərdən biri kütləvi toplaşmaya yol verməməkdir. Çünki bu, yoluxma riskini artıran ciddi amildir. Ona görə də COVID-19-a qarşı mübarizənin effektiv olması üçün kütləvi mərasimlər keçirilməməli, sıx toplaşmaya yol verilməməlidir”, - deyə millət vəkili əlavə edib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

