AHİK-in İcraiyyə Komitəsinin onlayn iclası keçirilib
14.08.2020 [11:47]
Avqustun 13-də AHİK-in İcraiyyə Komitəsinin onlayn iclası keçirilib.
AHİK-dən AZƏRTAC-a bildiriblər ki, iclası açan qurumun sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev gündəliyə daxil edilmiş məsələlər barədə məlumat verib.
S.Möhbalıyev bildirib ki, erməni təcavüzünə və terrorizminə qarşı mübarizədə minlərlə vətən övladları qəhrəmancasına şəhid olub. Azərbaycanın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ailə üzvlərinin sosial problemlərinin həlli istiqamətində ölkə Prezidenti İlham Əliyev və Mehriban xanım Əliyeva başda olmaqla Heydər Əliyev Fondu önəmli addımlar atır. Azərbaycan həmkarlar ittifaqları da şəhid olmuş əsgər və zabitlərin ailələrinin sosial problemlərinin həlli məqsədilə hələ Qarabağ savaşının ilk illərində xeyli şəhid ailəsini himayəyə götürüb və onlara vaxtaşırı maddi və mənəvi yardımlar göstərib. Məlumdur ki, 2016-cı ilin Aprel döyüşlərində və bu ilin iyul ayında Tovuz rayonunun sərhəd ərazisində erməni qəsbkarlarının hücumlarının qarşısının qəhrəmancasına alınmasında onlarla vətən övladı şəhid olub. Bu şəhid ailələrinin sosial problemlərinə yardımçı olmaq məqsədilə AHİK-in İcraiyyə Komitəsi qərara alıb ki, 2016-cı il 2-5 aprel və 2020-ci il 12-14 iyul tarixlərində şəhid olmuş 23 hərbi qulluqçunun 41 azyaşlı uşağı himayəyə götürülsün. Şəhid ailələrinin hər bir uşağına 18 yaşına çatana kimi ayda 150 (yüz əlli) manat məbləğində yardım edilsin. Ödənişlər 2020-ci ilin 1 sentyabr tarixindən həyata keçirilsin.
İcraiyyə Komitəsinin iclasında koronavirusla (COVID-19) mübarizədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən həyata keçirilən tədbirlər haqqında danışan AHİK sədri qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə vətəndaşların sağlamlığının qorunması məqsədilə kompleks tədbirlər həyata keçirilib, pandemiyanın iqtisadiyyata və sosial rifaha mənfi təsirlərinin azaldılması sahəsində uğurlu iş təcrübəsi qazanılıb. Dövlətimizin başçısı və Birinci vitse-prezident Mehriban Əliyevanın bu sınaq günlərində xalqa müraciətləri koronavirusa qarşı mübarizədə öz müsbət rolunu oynayıb.
Azərbaycan həmkarlar ittifaqları koronavirus infeksiyasının aradan qaldırılmasına yardımçı olmaq üçün bütün imkanlarını səfərbər edib, qlobal pandemiya infeksiyasının qarşısının alınması ilə bağlı Prezident İlham Əliyevin atdığı qətiyyətli addımları dəstəkləyiblər.
AHİK Koronavirusla Mübarizəyə Dəstək Fonduna 250 min manat və Naxçıvan Muxtar Respublikasına 200 min manat, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin hesabına 205 min manat, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasına 10 min manat vəsait köçürüb.
Bütün bunlarla yanaşı, AHİK-in üzv təşkilatları Koronavirusla Mübarizəyə Dəstək Fonduna maddi vəsaitlər köçürməklə, yaradılan mobil qrupların köməyilə respublikanın rayonlarında yaşayan 24.188 aztəminatlı ailəyə bir milyon manatadək maddi yardım göstərib, karantin rejimində istifadə edilməsi üçün həmkarlar ittifaqı üzvlərinə isə 351 min 056 manatlıq qoruyucu vasitələr paylayıblar. Ümumiyyətlə, Azərbaycan həmkarlar ittifaqı təşkilatları koronavirusla mübarizəyə və dövlət tərəfindən həyata keçirilən tədbirlərə 4.204.445 manatdan çox vəsait xərcləyiblər. Bu qəbildən olan maddi və mənəvi yardımlar bu gün də davam etdirilir.
İcraiyyə Komitəsinin iclasında AHİK-in üzv təşkilatlarına koronavirusla (COVID-19) mübarizədə həyata keçirilən tədbirlərin davam etdirilməsi, pandemiya dövründə işçilərin məşğulluğunun və sosial müdafiəsinin təmin edilməsi üçün işəgötürənlərlə aparılan işin səmərəliliyinin təmin edilməsi tövsiyə olunub.
İclasda, həmçinin Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasına 10 min manat məbləğində maliyyə yardımının ayrılması haqqında qərar qəbul edilib.
İclasda AHİK-in İcraiyyə Komitəsinin və aparatının 2020-ci ilin ikinci yarımilliyi üçün iş planı təsdiq edilib və cari məsələlər müzakirə olunub.
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25

