Düşmən təxribatı nəticəsində ziyan dəyən yaşayış məntəqələrində bərpa işləri aparılacaq
22.07.2020 [09:24]
Ekspertlərin fikrincə, Azərbaycan dövləti həmişə olduğu kimi, öz vətəndaşlarının problemlərinin həllinə həssaslıqla yanaşdığını, onların rifahının və təhlükəsizliyinin qayğısına qaldığını bir daha sübut etdi
Məlum olduğu kimi, Ermənistan silahlı qüvvələri iyul ayının 12-dən başlayaraq Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində təxribatlar törədib və layiqli cavabını alıb. Lakin bu təxribat zamanı təkcə Azərbaycan Ordusunun mövqeləri deyil, rayonun yaşayış məntəqələri də hədəfə alınıb. Belə ki, erməni silahlı qüvvələrinin qəsdən iriçaplı silahlardan və ağır artilleriya qurğularından Tovuz rayonunun bir neçə kəndini intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına və infrastruktur obyektlərinə ciddi ziyan dəyib. İyul ayının 20-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Ekspertlər düşmən təxribatı nəticəsində ziyan dəyən yaşayış məntəqələrində bərpa işləri aparılması üçün imzalanan bu Sərəncamı dövlət qayğısının növbəti nümunəsi kimi dəyərləndirirlər.
Məsələyə münasibət bildirən Milli Məclisin üzvü Rauf Əliyev deyib ki, işğalçı Ermənistan həmişə olduğu kimi, bu dəfə də beynəlxalq hüququn bütün norma və prinsiplərini pozaraq Azərbaycanın dinc sakinlərini hədəf alıb: “Təəssüf ki, açılmış artilleriya atəşi nəticəsində Tovuz rayonunun Ağdam kəndinin yaşlı sakini həlak olub. Eyni zamanda, Tovuz rayonunun Ağdam, Əlibəyli, Dondar Quşçu, Vahidli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərindəki evlərə, dövlət əmlakına ciddi ziyan dəyib. İlkin qiymətləndirmələrə əsasən, dinc əhaliyə məxsus 35 evin müxtəlif dərəcədə ziyan çəkdiyi müəyyən edilib”.
Deputatın sözlərinə görə, təxribatdan bir həftə keçməmiş həmin kəndlərə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər görülməsi üçün Azərbaycan Prezdenti İlham Əliyev tərəfindən Sərəncam imzalanması hər zaman olduğu kimi, bu dəfə də dövətimizin öz vətəndaşlarının yanında olmasının göstəricisidir: “Bununla da bir daha ölkə əhalisi, o cümlədən cəhbə bölgəsində yaşayan vətəndaşlarımız əmin oldu ki, Azərbaycan dövləti həmişə vətəndaşının yanındadır, onun bütün problemlərinə xüsisi həssaslıqla yanaşır, təhlükəsizliyinin təmin olunmasını, rifahının yükəslməsini öz ali vəzifəsi hesab edir”.
Milli Məclisin deputatı Sevinc Hüseynova da Azərbaycan Prezidentinin müvafiq Sərəncamına toxunaraq dəymiş ziyanın aradan qaldırılması məqsədilə atılan addımı yüksək qiymətləndirib: “İlik növbədə Ermənistan silahlı qüvvələrinin Tovuz rayonunu intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın həcmi qiymətləndiriləcək. Daha sonra təqdim edilmiş məlumatlara uyğun olaraq, dəymiş ziyanın aradan qaldırılması, zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işləri üçün tələb olunan maliyyə vəsaiti ayrılacaq”.
S.Hüseynovanın sözlərinə görə, Ermənistan hərbi birləşmələrinin dinc sakinlərə və onların əmlakına qarşı bəşəri cinayət hesab edilən təxribatları birinci dəfə baş vermir: “Düşmən vaxtaşırı şəhər və kəndlərimizə hücum etmək kimi məkrli üsula əl atır. Belə ki, 2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinin cəbhənin təmas xəttində törətdiyi təxribat nəticəsində də mülki obyektlərə, evlərə ciddi ziyan dəymiş, təkcə Ağdam rayonunda ümumilikdə 743 ev dağıdılmışdı. Həmin vaxt “Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” dövlət başçısının müvafiq Sərəncamına əsasən və Prezidentin ehtiyat fondundan ayrılan vəsait hesabına görülən tədbirlər nəticəsində bir çox ev yenidən tikildi, bir çoxunda bərpa və təmir işləri görüldü. 2016-cı ildə olduğu kimi, Azərbaycan dövlətinin zərər dəymiş yaşayış məntəqələrində bərpa işləri aparılması üçün tədbirlər görməsi onun vətəndaşın probelmlərinə diqqətlə yanaşdığını bir daha sübut edib”.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30

