/ / Dövlət Proqramı çərçivəsində xaricdə doktorantura təhsili və ikili diplom proqramlarının icrası məsələləri müzakirə edilib
Dövlət Proqramı çərçivəsində xaricdə doktorantura təhsili və ikili diplom proqramlarının icrası məsələləri müzakirə edilib
02.07.2020 [09:37]
İyulun 1-də Təhsil Nazirliyində onlayn mətbuat konfransı keçirilib. Konfransın mövzusu “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili və ikili diplom proqramlarının icrasına həsr olunub.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, mətbuat konfransında xaricdə doktorantura təhsili üzrə cari vəziyyətə toxunulub. Dövlət Proqramı çərçivəsində 2020-ci ilin yaz semestri üçün xaricdə doktorantura təhsili üzrə müraciət edən namizədlərin müsabiqə nəticələri açıqlanıb. Ümumilikdə elektron ərizə sistemi vasitəsilə müraciətini təsdiq edən 67 nəfərdən 45-i müsahibə mərhələsinə buraxılıb. Müsabiqə nəticəsində 36 nəfər Azərbaycan vətəndaşı müvafiq proqram çərçivəsində 11 ölkənin 22 nüfuzlu ali təhsil müəssisəsində doktorantura səviyyəsində təhsil almaq hüququ qazanıb. Onlar təhsillərini başa vurduqdan sonra ölkəmizə qayıdaraq müqavilə tərəfdaşı olan yerli ali təhsil müəssisəsində pedaqoji fəaliyyətə cəlb ediləcəklər. Bu prosesdə 9 yerli ali təhsil müəssisəsi tərəfdaş kimi iştirak edir.
Qeyd edilib ki, 2020-ci ilin payız semestrindən xaricdə doktorantura təhsili üçün növbəti sənəd qəbulu açıq elan edilib və son müraciət tarixi avqustun 2-dir.
Konfrans çərçivəsində media nümayəndələrinə, həmçinin ikili diplom proqramlarının icrasına dair cari vəziyyətlə bağlı məlumat verilib. Bildirilib ki, Azərbaycanda ali təhsil standartlarının müasirləşdirilməsi məqsədilə ilkin mərhələdə Dövlət Proqramı çərçivəsində beş beynəlxalq ikili diplom proqramının təsis olunması nəzərdə tutulur. Bu məqsədlə aşağıda göstərilən dörd ikili diplom proqramından ilk ikisi üzrə işlər yekunlaşdırılıb, digərləri üzrə isə yekunlaşmaq üzrədir. Həmin proqramlar üzrə növbəti tədris ili üçün tələbə qəbulu həyata keçiriləcək:
- ABŞ-ın Corc Vaşinqton Universiteti (CVU) ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) “Təhsil” ixtisası istiqaməti üzrə magistratura səviyyəsində beynəlxalq ikili diplom proqramı;
- ABŞ-ın Corc Vaşinqton Universiteti (CVU) ilə ADA Universitetinin “İnformasiya texnologiyaları” ixtisası istiqaməti üzrə magistratura səviyyəsində beynəlxalq ikili diplom proqramı;
- Koreya Respublikasının “INHA” ali təhsil müəssisəsi ilə Bakı Mühəndislik Universitetinin (BMU) “Mühəndislik” ixtisasları istiqaməti üzrə bakalavriat səviyyəsində beynəlxalq ikili diplom proqramı;
- Türkiyənin Ege Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universitetinin “Aqrar elmlər” ixtisasları istiqaməti üzrə bakalavriat səviyyəsində beynəlxalq ikili diplom proqramı.
Media nümayəndələrinin diqqətinə çatdırılıb ki, ADPU və CVU-nin “Təhsil” ixtisası üzrə magistratura proqramına növbəti sənəd qəbulu barədə elan verilib. 2020-ci il fevralın 23-də keçirilən magistraturaya qəbul imtahanında iştirak etməyən cari və əvvəlki illərin məzunları üçün Dövlət İmtahan Mərkəzi tərəfindən iyul ayı ərzində ayrıca imtahan təşkil ediləcək. İmtahanda bakalavriat səviyyəsinin “Təhsil”, “Humanitar və sosial”, “İqtisadiyyat və idarəetmə”, həmçinin “Təbiət” ixtisasları qruplarında yer alan ixtisaslardan birini bitirən şəxslərin iştirakına icazə verilib.
Daha sonra UFAZ-da ilk dəfə magistratura səviyyəsi üzrə keçirilən qəbul imtahanlarının nəticələrindən söz açılıb. Bildirilib ki, imtahanda uğurlu nəticə əldə edən 80 nəfər 2020-2021-ci tədris ili üçün bu ali təhsil müəssisəsinin magistratura səviyyəsində ödənişsiz əsaslarla təhsil almaq hüququ əldə edib.
Sonda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili ilə bağlı I müsabiqənin nəticələrinə dair geniş statistika və göstərilən ikili diplom proqramları haqqında ətraflı məlumatla Təhsil Nazirliyinin saytında yerləşdirilmiş müvafiq keçidlər vasitəsilə tanış olmaq mümkündür.
Xəbər lenti
Hamısına baxİdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01
Hərbi
26 May 13:59
Xəbər lenti
26 May 13:58
Siyasət
26 May 13:56
YAP xəbərləri
26 May 13:55
Xəbər lenti
26 May 13:54
Sosial
26 May 13:53
Sosial
26 May 13:53
Sosial
26 May 13:52
İdman
26 May 13:09
Sosial
26 May 12:55
YAP xəbərləri
26 May 12:53
Diaspor
26 May 12:30
YAP xəbərləri
26 May 12:27
Siyasət
26 May 12:27
Siyasət
26 May 12:26
Siyasət
26 May 12:01
YAP xəbərləri
26 May 11:52
Gündəm
26 May 11:51
Gündəm
26 May 11:26
Siyasət
26 May 11:12
Sosial
26 May 11:03
Sosial
26 May 11:02
Siyasət
26 May 10:42
Sosial
26 May 10:41
YAP xəbərləri
26 May 10:32
Gündəm
26 May 10:17
İqtisadiyyat
26 May 09:51
Analitik
26 May 09:35
Analitik
26 May 09:12
İqtisadiyyat
26 May 08:50
Sosial
26 May 08:36
Dünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Siyasət
25 May 22:31
Siyasət
25 May 22:31
Siyasət
25 May 22:30
Siyasət
25 May 22:29
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Siyasət
25 May 21:28
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Siyasət
25 May 20:36
Müsahibə
25 May 20:31
Siyasət
25 May 20:27
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Siyasət
25 May 19:56
Siyasət
25 May 19:45
Siyasət
25 May 19:35
Siyasət
25 May 19:34
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Gündəm
25 May 18:39
Gündəm
25 May 18:32
Dünya
25 May 18:30
Gündəm
25 May 17:37
Dünya
25 May 17:25

