Məsuliyyətsizliyə qarşı güclü ictimai qınaq və ciddi dövlət nəzarəti olmalıdır
30.06.2020 [09:32]
Ekspertlər hesab edirlər ki, ictimaiyyət koronavirusla mübarizədə dövlətin həyata keçirdiyi tədbirlərə ciddi dəstək verməlidir
Məlum olduğu kimi, son günlər dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı yenidən artmaqdadır. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatlarında əksini tapan məlumatlar dünya üzrə yoluxma sayının artan templə davam etdiyini göstərir. Təəssüf ki, bu xoşagəlməz tendensiya ölkəmizdə də özünü ifadə edir. May ayının əvvəlindən karantin rejiminin yumşaldılmasından sonra bir çox vətəndaşların sosial məsuliyyətini dərk etməməsi səbəbindən infeksiyaya yoluxma halları yenidən artmağa başlayıb.
Yeri gəlmişkən, iyunun 24-də 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışı zamanı bir qrup tibb işçisi ilə görüşündə Prezident İlham Əliyev hazırkı vəziyyətlə bağlı fikirlərini bildirib. Dövlətimizin başçısı qeyd edib ki, məsuliyyətsizliyə qarşı güclü ictimai qınaq və ciddi dövlət nəzarəti olmalıdır.
Məsələ ilə bağlı Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib ki, yeni növ koronavirus infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşısını almaq üçün dövlət bütün addımları atır. Onun sözlərinə görə, pandemiya şəraitində ölkə əhalisinin birlik və həmrəylik göstərməsi vacib şərtdir: “Ona görə də qarşıdakı müddətdə virusun geniş yayılmaması, insanlar arasında daha təhlükəli fəsadlar yaratmaması üçün hər bir vətəndaşın karantin rejiminin qaydalarına ciddi şəkildə əməl etməsi olduqca vacibdir. 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında Prezident İlham Əliyevin qeyd etdiyi kimi, dövlət tərəfindən atılmış addımlar kütləvi surətdə ictimaiyyət tərəfindən dəstəklənməsə, bunun xeyri olmayacaq. Əslində, burada problemli məsələ yoxdur. Koronavirusla mübarizədə həmrəylik, birlik göstərildiyi kimi, məsuliyyət, nizam-intizam da göstərilməlidir. Təəssüf ki, bəzi vətəndaşlarımız bu məsələdə məsuliyyətsiz edirlər. Belə məsuliyyətsiz adamlara qarşı isə ictimai qınaq olmalıdır. Dövlət başçısı qeyd edib ki, qapalı yerlərdə maska taxmayana qarşı cərimə tətbiq edilməlidir. Amma, eyni zamanda, bunu görən başqa vətəndaş onu tənbeh etməli, başa salmalıdır. Yəni insanlar arasında izahat, maarifləndirmə işlərinin aparılması bu işdə öz müsbət təsirini göstərə bilər”.
Prezident İlham Əliyevin Azərbaycan polisinin fəaliyyətinin də yüksək qiymətləndirdiyini deyən komitə sədri diqqətə çatdırıb ki, polislərimiz pandemiya şəraitində fasiləsiz işləyir, insanları qorumaq üçün gecə-gündüz xidmətdədirlər: “Cənab Prezident çıxışında, həmçinin həkimlərimizin fəaliyyətinə də toxunub. “Bir xəstənin müalicəsi üçün nə qədər həkim çalışır, nə qədər həkim gecə-gündüz o ağır vəziyyətdə, o kombinezonda, eynəkdə, maskada əziyyət çəkir”-deyən dövlətimizin başçısı tibb işçilərinin fədakarlığını hər zaman vurğulayır. Qeyd edim ki, infeksiynın geniş yayılmasının qarşısını almaq üçün tibbi maskalardan istifadə edilməsi şərtdir. Əgər Prezident maska taxırsa, niyə başqası bunu etməməlidir? Bütün vətəndaşlar, o cümlədən gənclər qaydalara əməl etməlidirlər. Bəlkə də, gənc nəslin nümayəndələri üçün bu xəstəlik o qədər də təhlükəli deyil və onlar hesab edir ki, xəstələnsə də, sağalacaqlar. Ancaq nəzərə almalıdırlar ki, yaşlı insanları da yoluxdurub onların həyatını təhlükə altına atırlar. Hesab edirəm ki, bütün vətəndaşlarımız cənab Prezidentin çağırışlarına əməl etməlidirlər”.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı isə bildirib ki, əgər insanlar səhlənkarlıq edərlərsə, infeksiyanın geniş şəkildə yayılmasının qarşısının alınması mümkün olmayacaq. Ona görə də vətəndaşlar öz məsuliyyətlərini dərk etməlidirlər.
M.İbrahimqızı qeyd edib ki, 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında bir qrup tibb işçisi ilə görüşü zamanı Prezident İlham Əliyev çox vacib məsələlərə toxunub: “Dövlət başçısı qeyd edib ki, hazırkı vəziyyətlə əlaqədar çox ciddi dövlət nəzarəti olmalıdır. Belə olan halda biz bütün tədbirləri daha operativ şəkildə görə bilərik və bu vəziyyətdən az itkilərlə çıxmaq mümkündür. Həqiqətən də, mövcud reallıq bu addımları atmağı tələb edir. Cənab Prezidentin dediyi kimi, sabah bu pandemiya daha geniş vüsət alsa, yoluxan insanlar harada yerləşdiriləcək? Yerləşdirilsə belə, həkimlərin sayı necə artırılacaq? Ona görə də vətəndaşlar bu təhlükəni dərk etməli və öz məsuliyyətlərini başa düşməlidirlər”.
Millət vəkili söyləyib ki, hazırkı vəziyyət dövlət başçısı tərəfindən milli təhlükəsizlik məsələsi kimi dəyərləndirilib: “Cənab Prezidentin dediyi kimi, dövlət, yerli icra, hüquq mühafizə orqanları tərəfindən bu məsələyə daha ciddi nəzarət olmalıdır. Nizam-intizam bundan sonra da pozulduğu halda, daha təsirli tədbirlər görüləcək. Vətəndaşlar infeksiyanın yayılmamasının qarşısının alınması naminə qaydalara əməl etməlidirlər”.
Nardar
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15

