Bahar Muradovanın İranın Qadın və Ailə Məsələləri üzrə vitse-prezidenti ilə onlayn görüşü olub
18.06.2020 [09:20]
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və İran İslam Respublikasının Qadın və Ailə Məsələləri üzrə vitse-prezidenti Məsumə Ebtekar arasında onlayn görüş keçirilib.
Komitədən AZƏRTAC-a bildiriblər ki, Bahar Muradova Azərbaycan və İran arasındakı münasibətlərin hər zaman qarşılıqlı faydalı əməkdaşlığa və möhkəm dostluğa əsaslandığını, ölkələrimizin və xalqlarımızın mənafeyinə xidmət etdiyini vurğulayıb.
Daha sonra Komitə sədri Azərbaycanda qadınların dövlət idarəçiliyində təmsilçiliyinə böyük önəm verildiyini, onların dövlət və cəmiyyət həyatına verdikləri töhfələrin çox yüksək dəyərləndirildiyini bildirib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu sahəyə çox böyük diqqət yetirdiyini qeyd edərək əlavə edib ki, qadınların yüksək vəzifələrdə təmsil olunması onların dövlət və ictimai həyatda iştirakçılığının artırılmasına şərait yaradır.
Görüşdə pandemiya dövründə komitə tərəfindən həssas qruplardan olan ailələrlə aparılan sosial-psixoloji iş və maddi yardımların göstərilməsinə dair fəaliyyət haqqında məlumat verilib. Komitə sədri, həmçinin qeyd edib ki, bu müddət ərzində ölkə Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün strategiyası”nı təsdiq edib.
2016-cı il 23 fevral tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə İran İslam Respublikasının Qadın və Ailə Məsələləri üzrə Vitse-Prezidentliyi arasında imzalanmış əməkdaşlıq haqqında Anlaşma Memorandumunun icrası ilə bağlı məsələlər də görüşdə müzakirə edilib.
İran İslam Respublikasının Qadın və Ailə Məsələləri üzrə vitse-prezidenti Məsumə Ebtekar sıx əməkdaşlığa görə öz minnətdarlığını ifadə etməklə, birgə fəaliyyət nəticəsində görülmüş işlərin əhəmiyyətini vurğulayıb. Rəhbərlik etdiyi sahədə əldə edilən müsbət təcrübələr haqqında ətraflı məlumat verərək bu barədə azərbaycanlı həmkarları ilə bölüşmək niyyətini də açıqlayıb.
Həmçinin COVID-19 pandemiyası ilə əlaqədar, hər iki dövlət tərəfindən görülmüş işlərlə bağlı fikirlərini bölüşən xanım Ebtekar Azərbaycanın COVID-19 ilə bağlı atdığı addımların vacibliyinə toxunaraq, digər ölkələrlə yanaşı, onun ölkəsinə də maddi yardım göstərildiyini minnətdarlıq hissi ilə qeyd edib.
Söhbət zamanı Bahar Muradova Azərbaycanın koronavirus pandemiyası ilə mübarizədə uğurlu fəaliyyət göstərən ölkələr siyahısında olduğunu qeyd etməklə fəaliyyətimizin ilk növbədə insanların qorunmasına yönəldiyini vurğulayıb.
Həmçinin bildirilib ki, karantin rejiminin tətbiqi səbəbindən bütün dünyada olduğu kimi ölkələrimizdə də ailədaxili zorakılıq hallarının artması faktı nəzərə alınaraq risk qrupundan olan ailələrlə iş gücləndirilib. Eyni zamanda, qeyd olunub ki, pandemiya dövrü ailədaxili münasibətlərə müsbət təsirini də göstərib.
Görüş çərçivəsində məişət zorakılığının, qadın və uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması, bütün sahələrdə gender bərabərliyinin təmin edilməsi, qadınların iqtisadi cəhətdən gücləndirilməsi, ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxSiyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28

