Prokurorluq orqanlarında struktur islahatları davam etdirilir
13.06.2020 [10:13]
Baş Prokurorluğun yeni strukturu təsdiqlənib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin davamlı tərəqqisinin təmin olunması məqsədilə bütün sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sistemində də uğurla davam etdirilir. Dövlət orqanlarında idarəetmənin təkmilləşdirilməsi, işin səmərəliliyinin artırılması istiqamətində aparılan islahatlar bu sahədə dövlət siyasətinin həyata keçirilməsində çeviklik və dinamikliyin artmasına əlverişli imkanlar yaradıb. Həmin islahatların davamı kimi, dövlətimizin başçısının göstəriş və tövsiyələrinin icrası ilə bağlı prokurorluq orqanlarında əsaslı struktur və kadr islahatlarının həyata keçirilməsinə başlanılıb, şəffaf prosedurlara və ədalətli meyarlara əsaslanan islahatların reallaşdırılması istiqamətində mühüm işlər görülür.
Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, prokurorluq orqanlarının cəmiyyətdə formalaşan yeni çağırışlara adekvat uyğunlaşması və fəaliyyətində şəffaflığın təmin edilməsi, işin çevikliyinin və səmərəliliyinin artırılması, müasir dövrün tələblərinə cavab verən peşəkar formalaşdırılması məqsədilə Prezident İlham Əliyevin 2020-ci il 10 iyun tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun yeni strukturu təsdiqlənib.
Sərəncamla Baş Prokurorluğun strukturu mahiyyətcə tamamilə yenidən formalaşdırılaraq daha çevik, mobil və dinamik idarəetməyə malik idarələr yaradılıb, idarə və şöbələrin sayı 15-dən 18-ə çatdırılıb. Həmçinin idarəetmədə nəzarət mexanizminin optimallaşdırılması məqsədilə Baş prokurorun əlavə müavini vəzifəsi təsis edilib, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi ilə Bakı Şəhər Prokurorluğunun istintaq idarəsi birləşdirilərək Baş Prokurorluğun İstintaq idarəsi yaradılıb.
Bundan başqa, Baş Prokurorluğun bəzi idarələri ləğv edilərək onların bazasında Təşkilat və icraya nəzarət, Xidməti araşdırmalar, Beynəlxalq hüquqi əməkdaşlıq, Hüquqi təminat və insan hüquqları, Kriminalistika və informasiya texnologiyaları, Sənədlərlə və müraciətlərlə işin təşkili idarələri təsis edilib. Bundan başqa, mərkəzi aparatın yeni Cinayət təqibindən kənar icraatlar və Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarələri yaradılıb.
Dövlətimizin başçısının rəhbər göstərişlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi, müasir məzmunlu islahat tədbirlərinin eyni intensivliklə davam etdirilməsi, fəaliyyət istiqamətləri üzrə işin keyfiyyətinin yüksəldilməsi, müasir iş metodlarını tətbiq etməyə qadir olan kadr korpusunun formalaşdırılması, eləcə də prokurorluq orqanlarında funksional idarəetmənin səmərəliliyinin artırılması məqsədilə kadr korpusunun sağlam mənəviyyata və yüksək peşəkarlığa malik müasir dünyagörüşlü işçilərlə komplektləşdirilməsi istiqamətində işlər davam etdirilir.
Azərbaycan Prezidentinin imzaladığı Sərəncamla Heydər Məmmədov Baş prokurorun müavini vəzifəsinə təyin olunub. Baş prokurorun imzaladığı müvafiq əmrlərlə Nemət Əvəzova yeni yaradılmış Baş Prokurorluğun İstintaq idarəsinin rəisi vəzifəsinin icrası həvalə edilib. Natiq Abdullayev Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi, Elşən Abbasov Təşkilat və icraya nəzarət idarəsinin rəisi, Natiq Hüseynov Kadrlar idarəsinin rəisi, Kamal Qılıcov Xidməti araşdırmalar idarəsinin rəisi, Murad Dadaşov Kriminalistika və informasiya texnologiyaları idarəsinin rəisi, Anar Məmmədov Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini, Sərdar İmanov isə Xətai rayon prokuroru vəzifələrinə təyin olunublar.
Həmçinin uzun illər Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri işləmiş Eldar Sultanov tutduğu vəzifədən azad edilərək Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəisi vəzifəsinə təyin olunub. Günay Səlimzadəyə isə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri vəzifəsinin icrası həvalə edilib.
Prokurorluq orqanlarında struktur islahatlarının həyata keçirilməsi və kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə işçilərlə komplektləşdirilməsi istiqamətində işlər davam etdirilir.
Xəbər lenti
Hamısına baxGündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01
Hərbi
26 May 13:59
Xəbər lenti
26 May 13:58
Siyasət
26 May 13:56
YAP xəbərləri
26 May 13:55
Xəbər lenti
26 May 13:54
Sosial
26 May 13:53
Sosial
26 May 13:53
Sosial
26 May 13:52
Xəbər lenti
26 May 13:37
İdman
26 May 13:09
Sosial
26 May 12:55
YAP xəbərləri
26 May 12:53
Diaspor
26 May 12:30
YAP xəbərləri
26 May 12:27
Siyasət
26 May 12:27
Siyasət
26 May 12:26
Siyasət
26 May 12:01
YAP xəbərləri
26 May 11:52
Gündəm
26 May 11:51
Gündəm
26 May 11:26
Siyasət
26 May 11:12
Sosial
26 May 11:03
Sosial
26 May 11:02
Siyasət
26 May 10:42
Sosial
26 May 10:41
YAP xəbərləri
26 May 10:32
Gündəm
26 May 10:17
İqtisadiyyat
26 May 09:51
Analitik
26 May 09:35
Analitik
26 May 09:12
İqtisadiyyat
26 May 08:50
Sosial
26 May 08:36
Dünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45

