Ucuz eynək baha başa gələ bilər...
26.05.2026 [08:36]
Saxta günəş eynəkləri korluğa aparır
Günəş eynəkləri sadəcə dəb və ya aksesuar deyil, eyni zamanda göz sağlamlığımızı qorumaq üçün olduqca vacib vasitələrdən biridir. Günəşdən yayılan ultrabənövşəyi şüalar uzun müddət gözlə təmasda olduqda tor qişasına, buynuz qişaya, hətta görmə keyfiyyətinə mənfi təsirlər göstərə bilir. Buna görə də eynək seçərkən yalnız görünüşə və qiymətə deyil, ilk növbədə keyfiyyət göstəricilərinə diqqət yetirilməlidir.
Bu gün eynəkləri hər yerdən almaq olar - optik mağazalardan, istənilən supermarketdən, hətta adi ərzaq dükanlarından və təsadüfi ayaqüstü “alver” edənlərdən. Qiymətlər də keyfiyyətlər kimi müxtəlifdir. Pərakəndə şəkildə satılan eynəklərin əsas hissəsi xaricdən idxal olunur. Əsas amil isə bu eynəklərin göz üçün zərərli olub-olmamasıdır. Mütəxəssislər dəfələrlə qeyd edirlər ki, saxta eynəklər sözün əsl mənasında insanı kor edə bilər. Bu, ilk vaxtlar hiss edilməsə də, fəsadı bir müddət sonra özünü büruzə verməyə başlayır.
Katarakta yaranmasına səbəb olur
Oftalmoloq Gündüz Məmmədli “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, hər bir istehlakçının eynəyi optik mağazalardan alması yaxşı olardı. Onun sözlərinə görə, şüşə eynəklər daha məqsədəuyğundur. Plastik eynəklər isə göz üçün ziyanlıdır. Belə eynəklər günəş şüalarının qarşısını almır, əksinə, gözün bu şüaları daha çox qəbul etməsinə “şərait” yaradır: “Keyfiyyətsiz eynəklər, həmçinin torlu qişaya zədələyici təsir göstərir. Hətta uzun müddət bu cür eynəkdən istifadə gözdə kataraktanın yaranmasına gətirib çıxarır. Keyfiyyətsiz eynəklər gözdə xəstəliklərin yaranma prosesini daha da sürətləndirir”.
Gözdə yorğunluq, ağırlıq yaradır
Həkimin sözlərinə görə, əldə satılan gün eynəklərinin xam maddəsi, onun nədən hazırlandığı bəlli deyil: “Bu cür eynəkləri gözdə 1-2 dəqiqədən artıq saxlayanda adamın gözündə yorğunluq, ağırlıq yaranır, göz ağrıyır. Orta səviyyəli şüşənin hazırlanması, yəni, maya dəyəri 14-15 manata başa gəlir. Eynəyin digər hissələrini də bura əlavə etdikdə, maya dəyəri 40-60 manat arasında dəyişir. Amma 5-6 manatlıq eynəyin şüşəsinin nədən hazırlandığı bəlli deyil - plastikdən hazırlanan eynəklərin xeyirdən çox ziyanı var”.
İstehlakçıların çox vaxt şüşə eynəklərə üstünlük verdiyini deyən G.Məmmədli bildirib ki, orqanik şüşəli eynəklər də keyfiyyətlidir: “Optik mağazalarda satışda olan eynəklərin 90 faizi orqanik olur, yalnız bəzi markaların istehsalı olan eynəklərin cəmi 10 faizi şüşə olur”.
Şüşənin tündlüyü 60-70 faiz olmalıdır
Oftalmoloq qeyd edib ki, çimərlikdə, adi günlərdə, sükan arxasında ayrı-ayrı formalı və şüşəli eynəklər taxılmalıdır: “Məsələn, sürücülər üçün eynəyin “polaroid” olması önəmlidir. “Polaroid” eynəklər bir neçə saat ərzində yolda sükan arxasında olan adamın gözlərini yormur, yolu daha aydın görməsinə səbəb olur. Buna görə də sürücülər üçün “polaroid” şüşələr məsləhətdir”.
Alıcıların adətən daha tünd şüşəli eynəklərə üstünlük verməsinə gəlincə, həkim söyləyib ki, normalda şüşənin tündlüyü 60-70 faiz olmalıdır: “Daha tünd şüşəli gözlüklər gözə zərərlidir. Hətta bir az çox taxanda göz dibinin suyunu quruda bilər”.
Yeni eynək alanda gözdə 3-5 dəqiqə saxlanmalıdır
G.Məmmədli bildirib ki, böyük şüşəli, üzə yaxşı oturan və gözə yaxın yerləşən eynəklər almaq məsləhətdir: “Elə eynək almaq lazımdır ki, gözün yan tərəflərindən şüalar gözlə təmasa girməsin. Bundan başqa, eynək alarkən işığa doğru tutub aşağı-yuxarı doğru oynatmaq lazımdır. Dalğalanma varsa, demək şüşəsi keyfiyyətsizdir. Eynək alan zaman onu təxminən 3-5 dəqiqə gözdə saxlamaq məsləhətdir. Ağırlıq vermirsə, burnu və gicgahları sıxmırsa, gözdə ağırlaşmaya səbəb olmursa, bu zaman almaq olar.
Bundan başqa, eynəyi taxarkən fikir vermək lazımdır ki, ətrafdakıları öz rəngində göstərsin. Elə eynəklər var ki, ətrafdakıları olduğundan tamam fərqli rəngdə göstərir. Bu cür eynəklərin saxtalığına əmin ola bilərsiniz. Bəzi eynəklərin çərçivələri də əyri olur. Çəhrayı və narıncı rəngdə şüşəsi olan eynəklər almaq məsləhət deyil. Mavi rəngli şüşəsi olan eynəklər isə gözün Günəş şüalarını daha çox qəbul etməsinə səbəb olur”.
Keyfiyyətli eynəkdən istifadə vacibdir
Oftalmoloqun sözlərinə görə, keyfiyyətli gün eynəyindən istifadə gözümüzdə Günəşin yaratdığı zərərli şüalar nəticəsində erkən yaşlarda ortaya çıxa biləcək kataraktanın yaranma riskini azaldır: “Qlobal istiləşmə səbəbindən günəşli günlərin sayı və zərərli şüalar getdikcə artmaqdadır. Gözlə birbaşa təmasda olan günəş şüaları gözdə katarakta və görmə mərkəzində “sarı nöqtə” xəstəliyi kimi görməni pozan xəstəliklərə səbəb olur. Hətta bəzən korluğa da gətirib çıxara bilər. Günəş şüaları gözdə yanma, quruluq, sulanma, işıqdan narahat olma, göz qapaqlarını açmada çətinlik çəkmə kimi problemlərə də səbəb olur. Buna görə də keyfiyyətli gün eynəyindən istifadə vacibdir”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDaxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13

