“Türküstan” 14 yaşında: “dəstək olarsa, qəzetin dövriliyini artırmağı düşünürük”
12.06.2020 [09:13]
“Türküstan” qəzetinin nəşrə başlamasından 14 il ötdü. Qəzetin ilk sayı 2006-ci ilin 11 iyununda işıq üzü görüb. O vaxtdan davamlı olaraq həftədə bir dəfə “Adımız məfkurəmizdir” şüarı ilə köşklərə çıxır.
“Türküstan” qəzetinin baş redaktoru Aqil Camal Modern.az-a bildirib ki, qəzet milli mətbuat ənənələrinin, maarifçilik missiyasının davam etdirilməsini, milli maraqların müdafiəsini hər zaman fəaliyyətində əsas prinsiplər olaraq qəbul edib: “Həftədə 1 dəfə rəngli, 24 səhifədə nəşr olunan “Türküstan” kommersiya məqsədli qəzet deyil, daha çox milli və hərbi vətənpərvərlik, milli ideologiyanın təbliği, dünya azərbaycanlılarının həmrəyliyi, Türk ölkələri arasında əməkdaşlıq və inteqrasiya, Azərbaycan dövlətinin bu sahədəki təşəbbüskar rolunun təbliği istiqamətində fəaliyyət göstərir. “Türküstan” qəzeti ölkəmizdə milli dəyərlərin, Azərbaycan və ümumtürk tarixi və mədəniyyətinin təbliği ilə məşğul olan yeganə ixtisaslaşmış çap media orqanıdır”.
“Türküstan” qəzeti milli, ideoloji fəaliyyətinə görə çoxsaylı yerli və beynəlxalq təltif və mükafatlara layiq görülüb. Bu sırada, Türkiyədə mədəniyyət nazirlərinin toplantısında TÜRKSOY-un xüsusi media ödülü (2012), Qazaxıstanda Beynəlxalq Türk Akademiyasının xüsusi media mükafatı (2018) və digərlərini göstərmək olar.
Qəzet 2013-cü ildən indiyədək Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə nəşrini davam etdirir.
Baş redaktor bildirib ki, qəzet kommersiya məqsədli olmadığı üçün KİVDF-dən alınan maliyyə dəstəyi, həmçinin satışından əldə edilən maliyyə vəsaiti “Türküstan”ın normal fəaliyyəti üçün yetərli deyil: “Türküstan” özünəməxsus oxucu çevrəsi olan bir qəzetdir. Ətrafında milli düşüncəli aydınları, gəncləri birləşdirən qəzetimiz öz fəaliyyətində maarifləndirmə işini başlıca funksiyası hesab edir. 145 yaşlı Azərbaycan mətbuatının təməl prinsipi də elə budur. Ona görə də, ümid edirik ki, “Türküstan” qəzetinin bu spesifik fəaliyyəti, media ilə bağlı müvafiq dövlət qurumları və ictimai institutlar tərəfindən nəzərə alınacaq. Əgər KİVDF tərəfindən növbəti dövrdə maliyyə dəstəyi artırılarsa, “Türküstan” qəzetinin dövriliyini həftədə 2-3 dəfəyə yüksəltməyi düşünürük”.
Xəbər lenti
Hamısına baxSosial
26 May 23:19
Dünya
26 May 22:56
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
YAP xəbərləri
26 May 19:28
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01
Hərbi
26 May 13:59
Xəbər lenti
26 May 13:58
Siyasət
26 May 13:56
YAP xəbərləri
26 May 13:55
Xəbər lenti
26 May 13:54
Sosial
26 May 13:53
Sosial
26 May 13:53
Sosial
26 May 13:52
Xəbər lenti
26 May 13:37
İdman
26 May 13:09
Sosial
26 May 12:55
YAP xəbərləri
26 May 12:53
Diaspor
26 May 12:30
YAP xəbərləri
26 May 12:27
Siyasət
26 May 12:27
Siyasət
26 May 12:26
Siyasət
26 May 12:01
YAP xəbərləri
26 May 11:52
Gündəm
26 May 11:51
Gündəm
26 May 11:26
Siyasət
26 May 11:12
Sosial
26 May 11:03
Sosial
26 May 11:02

