Karantin rejimi ilə bağlı bəzi qadağaların yenidən tətbiqi zərurətdən yaranır
10.06.2020 [09:25]
Ekspertlərin fikrincə, əks təqdirdə, yeni növ koronavirus infeksiyasına yoluxanların sayı çoxala bilər
Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə bağlı ilkin hallar üzə çıxdığı andan etibarən ölkəmizdə atılan addımlar, reallaşdırılan sosial izolyasiya tədbirləri nəticəsində xüsusi karantin rejimi dövründə yoluxma hallarının sayının minimuma endirildiyi, ölkəmizdə ölüm hallarının çox aşağı səviyyədə olduğu, xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalanların sayının isə yeni yoluxma hallarının sayını kəskin üstələdiyi hər kəsə məlumdur. Lakin təəssüflə qeyd etməliyik ki, xüsusi karantin rejiminin yumşaldılmasının ardından ölkəmizdə bu infeksiyaya yoluxma halları yenidən artıb. Bunun başlıca səbəbi isə vətəndaşların məsələyə, necə deyərlər, loyal yanaşmasındadır. Daha doğrusu, əksər ekspertlərin vurğuladıqları kimi, hazırkı dövrdə pandemiya ilə səmərəli mübarizə bilavasitə vətəndaşların davranışı və məsələyə məsuliyyətlə yanaşmasından birbaşa asılıdır. Qeyd edək ki, son günlərdə yoluxma sayının artması yenidən bəzi qadağaların tətbiqi məsələsini gündəmə gətirib. Bundan başqa, sözügedən qadağalar növbəti həftədən hətta bütün ölkə üzrə tətbiq oluna bilər.
Ekspertlər qeyd edirlər ki, koronavirusa yoluxma riskinin azalması, cəmiyyətin sağlamlığının qorunması üçün hər kəs “evdə qal” çağırışına uyğun davranmalı, sosial məsafə tələbinə əməl etməli, qoruyucu vasitə olan maskadan istifadə olunmalıdır.
Məsələyə münasibət bildirən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev son 10 gündə dinamik olaraq yoluxanların sayının sağalanların sayını üstələdiyini və ölənlərin, ağır xəstələrin də sayının artdığını diqqətə şatdırıb. M.Quliyev deyib ki, bu şəkildə davam edərsə bir müddətdən sonra çox çətin tibbi və səhiyyə problemləri ilə üzləşə bilərik: “Bunları nəzərə alaraq karantin rejiminin gücləndirilməsi doğru addımdır. Karantin rejiminin həftə sonu ciddiləşməsi isə bununla əlaqədardır ki, həftə sonu insanlar sərbəstdilər, daha çox lazım olmayan hallarda müəyyən alış-veriş mərkəzlərində, mağazalarda, restoran və kafelərdə toplaşırlar ki, bu da koronavirusun yayılması üçün çox geniş baza yaratmış olur”.
Komitə sədri onu da bildirib ki, indiyə qədər Azərbaycanda bu təcrübənin tətbiq edilməsinə zərurət yox idi, amma görünür, indiki vəziyyət həftə sonu ciddi karatin rejiminin tətbiq edilməsini zəruri edir və gələcəkdə lazım olarsa tam karantin rejiminin də tətbiq edilməsi istisna edilmir.
Milli Məclisin deputatı Fatma Yıldırım da qaydalara əməl edildiyi təqdirdə qadağalara ehtiyac qalmayacağını deyib. Onun sözlərinə görə, əksər insanların koronavirusa hələ də inanmaması, öz sağlamlıqlarını düşünməməsi buna gətirib çıxarıb. Mİllət vəkili qeyd edib ki, xüsusi karantin rejiminin yumşaldılması, bəzi vətəndaşlarda arxayınlıq hissi yaradıb: “Düşünürəm ki, digər ölkələrin təcrübəsində olduğu kimi, küçəyə çıxma qadağasının tətbiqi nəticə verər. Yoluxma sayı minimuma enər. Artıq biz bunu qəbul etməliyik. COVID-19 pandemiyası ilə mübarizədə qalib gəlmək üçün məsuliyyətli olmağımız əsas şərtdir. Birmənalı olaraq hamı maska taxmalı, sosial məsafə saxlamalıdır. Mən bir daha hər kəsə, bölgələrimizdə yaşayan vətəndaşlarımıza da müraciət edərək bildirmək istəyirəm ki, biz birlikdə güclüyük cümləsinin mənasını tam dərk edək, bizim sağlamlığımızın qorunması istiqamətində verilən hər qərarda dövlətimizin yanında olaq. Metodik göstərişlərə riayət edərək, virusa birlikdə qalib gələk”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20

