/ / “Uşaq Səfirlər Məclisi”nin üzvləri Azərbaycan uşaqları adından dünya ictimaiyyətinə müraciət ünvanlayıb
“Uşaq Səfirlər Məclisi”nin üzvləri Azərbaycan uşaqları adından dünya ictimaiyyətinə müraciət ünvanlayıb
02.06.2020 [09:35]
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə onlayn konfrans keçirilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın konfransda uşaqlara ünvanladığı tövsiyələrin, eləcə də uşaqların qeyd etdikləri fikirlərin nəticəsi olaraq, “Uşaq Səfirlər Məclisi”nin üzvləri adından dünya ictimaiyyətinə müraciət hazırlanıb.
Bu barədə AZƏRTAC-a Dövlət Komitəsindən məlumat verilib. Müraciətdə deyilir: “Sevgi, həmrəylik və sülh dolu bir Dünya - bu mümkündür!
Uşaqlar insanlığın ən kövrək və həssas varlıqlarıdır. Onlar bu günün sabahı, sabahın ümidləridir. Onların dünyaya gəlmək, təhlükəsiz yaşamaq, sağlam ailə və sosial mühitdə böyümək hüquqları var.
Bu məsələlərə dünya dövlətlərinin və cəmiyyətlərin diqqətini yönəltmək məqsədilə artıq 70 ildir ki, 1 İyun Beynəlxalq Uşaqların Müdafiəsi Günü kimi qeyd edilir. Hər il bu hüquqlar barədə ən yüksək tribunalardan çağırışlar səslənir, uşaqlar üçün müxtəlif səviyyəli tədbirlər keçirilir, maraqlı əyləncələr təşkil edilir.
Bəs bunun nəticəsində dünyanın bütün uşaqları gələcəyə eyni arzularla baxa bilirmi? Yer planetinin hər bir balaca sakini ailəsi ilə keçirdiyi gözəl bir günün təəssüratı ilə isti yatağında yuxuya gedə bilirmi? Bu gün hər uşağınmı arzusu yalnız oyuncaqdır?
Susuruq, bu sualların hər birini cavablandırmaq mümkünsüzdür. Çünki 70 ildir ki, dünya uşaq hüquqlarından danışdıqca minlərlə uşaq minaların, silahların səsinə oyanır, öz evində, yaxud küçədə güllələnir, əlində oyuncaq əvəzinə silah gəzdirir, evsiz, ailəsiz, yarı ac, pərişan halda sərgərdan həyat sürür. Suriya, Liviya, Yəmən, Əfqanıstan... Dünyanın haqq-ədalət anlayışının fərqli məna kəsb etdiyi ərazilərə çevrilməkdədir.
Təəssüflər olsun ki, Azərbaycanda da bir qisim uşaqlar Ermənistanın Azərbaycana təcavüzü nəticəsində eyni təhlükələrlə üz-üzə qalmış, ev-eşiklərindən didərgin düşmüş, doğma torpaqlarında azad və sərbəst yaşamaq üçün bütün hüquqları pozulmuşdur.
Qarabağ müharibəsi dövründə 175 uşaq faciəli şəkildə həyatını itirmiş, yüzlərlə uşaq yaralanmış, 66 uşaq itkin düşmüş, 29 uşaq isə girovluqdadır. Atəşkəs dönəmində 34 uşaq erməni terrorunun qurbanı olmuş, onlardan 14-ü həlak olmuş, 20-si isə yaralanmışdır. Ümumilikdə, bu illər ərzində 350 minə yaxın uşaq ədalətsiz müharibədən zərər çəkmişdir.
Bu gün bütün dünyanın insan və uşaq hüquqlarının müdafiəsini ali məqsəd kimi qəbul etməsinə baxmayaraq, Ermənistan dünyada sülhə, bəşəri dəyərlərə zidd siyasət yeritməkdə davam edir.
Biz Azərbaycan “Uşaq Səfirlər Məclisi”nin üzvləri olaraq dünya dövlətlərinin rəsmilərinə, beynəlxalq təşkilatlara səslənirik! Uşaq hüquqlarını kobud şəkildə pozan, onlara qarşı zorakılıq, təcavüz, qətliam törədən dövlətlərlə diplomatik münasibətlər qurmayın, iki və çoxtərəfli müqavilələr imzalamayın, təcavüzkar siyasət yeridən dövlət başçıları ilə bir masada əyləşməyin!
Biz Azərbaycan uşaqları olaraq dünyada yaşayan həmyaşıdlarımıza müraciət edirik! Gəlin biliyimiz və potensialımızla bütün dünyada sülhün bərqərar olmasına birgə töhfə verək! Hədəfimiz inkişaf və humanist ideyalar olsun!
Nəhayət, biz bu gün Azərbaycan uşaqları, gəncliyi olaraq bütün insanlara səslənirik! Bu dünya hamımızın evidir və onun hər bir sakini sülh, əmin-amanlıq şəraitində yaşamaq haqqına sahibdir.
Gəlin həmrəylik, sevgi dolu bir Dünya üçün birləşək!
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günümüz mübarək olsun!”.
Xəbər lenti
Hamısına baxDünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37

