Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / ASAN könüllüləri Mingəçevirdə ahıl və tənha yaşayan xəstələrə dərman paylayıblar

ASAN könüllüləri Mingəçevirdə ahıl və tənha yaşayan xəstələrə dərman paylayıblar

29.04.2020 [11:39]

Mingəçevir regional “ASAN xidmət” mərkəzinin könüllüləri karantin rejimi ilə əlaqədar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının tibbi heyəti ilə birlikdə ahıl və tənha yaşayan şəkərli diabet xəstələrinə dərmanlar paylayıblar.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, könüllülər tibb işçiləri ilə birlikdə şəkərli diabet xəstələrinin vahid elektron registrinin və məlumat bazasının təkmilləşdirilməsi, onların dərman preparatları, özünənəzarət vasitələri ilə təmin edilməsi və s. kömək göstəriblər.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilmiş xüsusi karantin rejimi dövründə 65 yaşdan yuxarı şəxslərin evdən çıxması qadağan olunub və onlar üçün sosial xidmətlərin təşkili həyata keçirilir.

Paylaş:
Baxılıb: 431 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Bir tarixin izi ilə...

22 İyul 13:39  

Analitik

103-cü hökumət...

22 İyul 12:38

Analitik

Sosial

YAP xəbərləri

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31