/ / “Virtual məktəb” layihəsi: interaktivliyi təmin etmək, məsafədən tədris imkanlarını genişləndirmək...
“Virtual məktəb” layihəsi: interaktivliyi təmin etmək, məsafədən tədris imkanlarını genişləndirmək...
25.04.2020 [20:39]
Layihə üzrə 370 min şagird və 20 min müəllim qeydiyyatdan keçib
Məlum olduğu kimi, yeni növ koronavirus infeksiyasının (COVİD-19) Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirilir. Eyni zamanda, bu kontekstdə ölkədə fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb.
Teledərslər bütün sinifləri və əksər fənləri əhatə edir
Heç şübhəsiz, karantin günlərində şagirdlərin dərsdən geri qalmaması üçün distant və evdə təhsil formatları məqsədəuyğun seçim kimi qəbul edilir. Məhz bunu nəzərə alaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə martın 11-dən “Mədəniyyət” və “ARB Günəş” kanallarında teledərslərin yayımına başlanılıb. Teledərslər bütün sinifləri və əksər fənləri əhatə etməklə həm Azərbaycan, həm də rus bölmələri üçün əvvəlcədən elan edilmiş cədvələ uyğun olaraq təqdim olunub.
Bununla yanaşı, aprelin 2-dən etibarən "Virtual məktəb" layihəsinə start verilib. Layihənin əsas məqsədi Təhsil Nazirliyi tərəfindən yayımlanan teledərslərin interaktivliyini təmin etmək və ümumilikdə, məsafədən tədris imkanlarını genişləndirməkdir.
Qeydiyyatdan keçənlərin sayında günbəgün artım müşahidə olunur
Təhsil Nazirliyindən "Yeni Azərbaycan" qəzetinə verilən məlumata əsasən hər bir şagird “virtual.edu.az” onlayn portalında qeydiyyatdan keçərək öz yaşına əsasən sinifə təyin olunur. Eləcə də “Virtual məktəb” portalında müəllimlər tərəfindən onlayn dərslərin keçirilməsi üçün imkan yaradılıb. Nazirlikdən əldə etdiyimiz məlumata görə, bu məqsədlə qeydiyyatdan keçənlərin sayında günbəgün artım müşahidə olunur. Belə ki, aprelin 2-dən 21-dək ölkənin 65 şəhər və rayonlarından 370 min şagird və 20 min müəllim "Virtual məktəb" portalında qeydiyyatdan keçib.
Portalın funksionallığı genişləndirilib
Nazirlik tərəfindən hazırlanmış elektron dərsliklər və əlavə video dərslər “Virtual məktəb” portalına inteqrasiya edilib. Beləliklə, portalın funksionallığı genişləndirilərək qeyd olunan imkanlarla bərabər görüntülü və audio dərslərin keçirilməsi, teledərslərin izlənilməsi, tədris cədvəlinin tutulması, şagird və müəllim qruplarının təşkili, sənədlərin üzərində birgə iş, həftəlik tapşırıqların həll edilməsi, o cümlədən şagird və müəllimlər arasında yazışma imkanları təqdim edilib.
Bir sözlə, şagirdlər karantin müddətində bu resurslardan faydalanmaqla yanaşı, məktəblərdə tədris prosesi başladıqdan sonra da öz şəxsi səhifələrinə daxil olaraq, mövcud imkanlardan yararlana bilərlər. Eyni zamanda, portalda qeydiyyatdan keçmiş müəllimlər bu resursları sinif otağında dərslərində tətbiq edə bilərlər.
Sualınız var? “Virtual bələdçi” xidmətindən istifadə edin...
Öz növbəsində, “Virtual məktəb” portalından daha rahat istifadəni təmin etmək və yaranan sualları cavablandırmaq məqsədilə “Virtual bələdçi” xidməti də istifadəyə verilib. Xidmətdən faydalanmaq üçün istifadəçilər portalda (www.virtual.edu.az) “Sualınız var?” bölməsinə keçid edib onları maraqlandıran sualları seçməklə cavablarla tanış ola bilərlər.
İki növ texniki dəstək...
Bununla yanaşı, portaldan istifadə üzrə iki növ texniki dəstək xidməti göstərilir. Vətəndaşlar müraciətlərində tələb olunan məlumatları (çətinlik haqqında qısa təsvir, şagirdin FİN kodu, şagirdin ad, soyadı və ata adı, sinif, məktəb, doğum tarixi, əlaqə nömrəsi) qeyd etməklə “teams@tsii.edu.az” elektron ünvanına və yaxud Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin "facebook" səhifəsində məktub bölməsinə göndərə bilərlər.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50

