Bakıda İslam ölkələri könüllülərinin beynəlxalq forumu keçirilib
28.02.2020 [09:44]
“Könüllülər ili” çərçivəsində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə fevralın 27-də Bakıda İslam ölkələri könüllülərinin beynəlxalq forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, forumun məqsədi gənclər arasında könüllülük fəaliyyətinin təşviq olunması, bu hərəkatın inkişaf etdirilməsi və gənclərin beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsidir.
Qırx iki ölkədən 80-dək nümayəndənin qatıldığı tədbirdə əvvəlcə iştirakçıların Azərbaycan və forum haqqında təəssüratlarını əks etdirən videoçarx nümayiş olunub.
Gənclər və İdman naziri Azad Rəhimov forumda çıxış edərək bildirib ki, könüllülük hərəkatının yüz ildən çox tarixi var. İlk vaxtlar könüllülər əsasən hərbçilərdən ibarət idilər və onlar xilasetmə, dəstək işlərinə cəlb olunurdular. Bu gün isə artıq könüllülük prinsipləri dəyişib. Könüllülər sosial məsələlərə, idman, mədəniyyət, ətraf mühit və digər sahələrə fəal cəlb edilirlər.
Nazir vurğulayıb ki, Azərbaycan könüllülük fəaliyyətini yüksək səviyyədə dəstəkləyən ölkələrdən biridir. 2009-cu ildə ölkəmizdə “Könüllülük haqqında” qanun qəbul olunub. Bu gün Azərbaycanda könüllülərin sayı sürətlə artır və onlar müxtəlif beynəlxalq tədbirlərdə fəal iştirak edirlər. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan olunması respublikamızda könüllülük hərəkatının inkişafına göstərilən yüksək diqqət və qayğının bariz nümunəsidir.
Azad Rəhimov Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı (İƏT), İslam Əməkdaşlığı Gənclər Forumu (İƏGF) və İƏGF-in Avrasiya Regional Mərkəzi ilə birgə təşkil edilən bu forumun könüllülük hərəkatının inkişafı və bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətindən danışıb. Nazir ölkəmizdə könüllülərin cəmiyyətin davamlı inkişafına mühüm töhfə verdiklərini, bu hərəkatın təkcə Azərbaycanda deyil, digər müsəlman ölkələrində də inkişaf etdiyini bildirib. Xüsusi vurğulanıb ki, son illər Azərbaycanın yüksək səviyyədə ev sahibliyi etdiyi mötəbər beynəlxalq tədbirlərin - “Bakı-2015” I Avropa, IV İslam Həmrəyliyi oyunlarının (2017), eləcə də 2016-cı ildən başlayaraq hər il Bakıda keçirilən Formula 1 yarışlarının təşkilində könüllülər mühüm rol oynayıblar.
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) mədəni, sosial və ailə məsələləri üzrə baş direktoru xanım Mehla Ahmed Talebna müxtəlif mədəniyyətlərə, dinlərə və etiqadlara məxsus nümayəndələrin qarşılıqlı hörmət, tolerantlıq və sülh şəraitində birgə yaşadıqları Azərbaycanda belə mötəbər beynəlxalq tədbirdə iştirak etməkdən məmnunluğunu bildirib. Azərbaycanı könüllülər və harmoniya diyarı adlandıran xanım Talebna İslam ölkələrinin gənclərini bir araya gətirən tədbirin təşkilini yüksək qiymətləndirib.
BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassetti çıxışında dünyada 1,8 milyard gəncin yaşadığı bir dövrdə gənc könüllülərin yüksək fəallığı ilə təşkil edilən bu Forumun əhəmiyyətini vurğulayıb. O, daha sülhsevər, davamlı və dayanıqlı cəmiyyətin inkişafı baxımından könüllülər hərəkatının önəmini qeyd edib. A.Frakassetti Azərbaycanın Gənclər və İdman Nazirliyi ilə könüllülük platformasının inkişafı istiqamətində sıx əməkdaşlıq etdiklərini və bir çox ortaq layihələr həyata keçirdiklərini bildirib. BMT rəsmisi Azərbaycan ilə bu sahədə mövcud əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edib.
İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) baş katibi Mohammed Saleh Al-Qarnas könüllüklə bağlı bu Forumun təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib. Qonaq tədbirin səmərəli keçəcəyinə ümidvar olduğunu qeyd edib.
İƏT Gənclər Forumunun prezidenti Taha Ayhan təmsil etdiyi qurumun fəaliyyətindən danışıb. O, bu tədbirin İslam ölkələrinin gəncləri arasında dialoq və şəbəkələşmənin inkişafına təkan verəcəyini bildirib. Könüllülük hərəkatının İslam ölkələrinin cəmiyyətlərinin inkişafında rolundan danışan T.Ayhan bu sahədə işin təşviqi baxımından forumun önəmini xüsusi vurğulayıb.
Açılış çıxışlarından sonra forum işini müzakirələrlə davam etdirib. Müzakirələrdə iştirakçılar təmsil etdikləri ölkələrdə könüllülük hərəkatının inkişafı, eləcə də beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlərdən, qarşıda duran hədəf və vəzifələrdən danışıblar.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03

