QHT-lərə Dövlət Dəstəyi Şurasının illik hesabat konfransı keçirilib
28.02.2020 [09:43]
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının 2019-cu ildəki fəaliyyətinin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, QHT-lərə Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov təşkilatın 2019-cu ildəki fəaliyyəti ilə bağlı geniş təqdimatla çıxış edib.
İcraçı direktor ötən ilin QHT-lərə Dövlət Dəstəyi Şurası üçün uğurlu olduğunu bildirib və xüsusilə, elektron xidmətlərin tətbiqi ilə yadda qaldığını diqqətə çatdırıb. Qeyd edib ki, “SƏLİS” Sürətli Əlaqələndirmə və Layihələri İdarəetmə Sisteminin tətbiqi, 26 qurumla birgə qrant müsabiqəsinin keçirilməsi 2019-cu ilin ən böyük nailiyyətlərindəndir.
Şuranın icraçı direktoru “e-vətəndaş” elektron xidmət çərçivəsində 2020-ci il üçün qrant müsabiqəsinə təqdim olunan layihələrin qiymətləndirilməsində 15 minə yaxın vətəndaşın iştirak etdiyini və qırx mindən çox rəyin verildiyini deyib.
Ötən il Şuranın maliyyələşdirdiyi və icrası başa çatmış bütün layihələr üzrə QHT-lərdən hesabatların qəbul edildiyini diqqətə çatdıran F.Qurbanov deyib: “Şura 2019-cu ildə müxtəlif sahələr üzrə ictimai aktuallıq kəsb edən 568 QHT layihəsini maliyyələşdirib. Bu layihələrin icrasına 688 nəfər daimi, 1251 nəfər müvəqqəti işçi olmaqla, ümumilikdə, 1939 nəfər cəlb olunub. Ötən il Şura 459 təlim və 1264 müxtəlif formatlı tədbir keçirib. Bundan başqa, 38 adda kitab, 30 adda kitabça nəşr olunub, eləcə də 55 televiziya verilişi, 62 sosial çarx, 38 film və 18 sayt hazırlanıb”.
Bu il Şuranın qarşısında duran vəzifə və məqsədlərdən danışan icraçı direktor 2020-ci ildə bir sıra dövlət qurumları ilə birgə Qrant müsabiqələrinin keçiriləcəyini diqqətə çatdırıb. Şura rəsmisi könüllülük fəaliyyətinin təbliği məqsədilə ayrıca Qrant müsabiqəsinin keçiriləcəyini də vurğulayıb. O, 26 dövlət və digər qurumlarla birgə keçiriləcək müsabiqənin nəticələrinin mart ayında açıqlanacağını deyib.
Şura Katibliyinin məsləhətçisi Sima Cabbarova 2020-ci ilin “Könüllülər ili” elan olunması ilə bağlı təşkilatın qarşısında duran vəzifələrdən danışıb. O, Şuranın təşəbbüsü ilə “SƏLİS Könüllü” İctimai Birliyinin yaradıldığını bildirib. Şura Katibliyinin əməkdaşı birliyə üzv olmaq istəyənləri innobank.az saytında qeydiyyatdan keçməyə dəvət edib. O, həmçinin “İnnobank” ideya və elektron resurslar xidmətinə daxil olan Ekspert və kadr, Təlim, İdeya və Hesabat bankları barədə ətraflı məlumat verib.
Şura Katibliyinin elektron xidmətlər bölməsinin rəhbəri Nədimə Rəhimli 2020-ci ildə QHT-lərin istifadəsinə veriləcək yeni proqram təminatları barədə geniş məruzə edib. O, elektron resurslarla bağlı qarşıda duran vəzifələr, cari ildə təkmilləşdiriləcək elektron xidmətlər, keçiriləcək təlim və digər tədbirlərlə bağlı ətraflı danışıb.
Xəbər lenti
Hamısına baxDünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07

