Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Magistratura üzrə respublika birincisi: Müəllimlərim mənə çox inanırdılar

Magistratura üzrə respublika birincisi: Müəllimlərim mənə çox inanırdılar

28.02.2020 [09:25]

Xəbər verdiyimiz kimi, fevralın 23-də magistraturaya qəbul üzrə keçirilən imtahanların nəticələri elan olunub. İmtahanlarda ölkə birincisi ən yüksək nəticə - 95 balla Seymur Rəhimov olub. O, Bakı Ali Neft Məktəbinin Neft-qaz mühəndisliyi ixtisasının V kurs tələbəsidir. Məlumat üçün bildirək ki, Rəhimov Seymur Hüseyn oğlu 1998-ci ildə Sumqayıt şəhərində anadan olub. 2015-ci ildə Sumqayıt şəhərinin 24 saylı tam orta məktəbindən məzun olub. Həmin il 678 balla Bakı Ali Neft Məktəbinin Neft-qaz mühəndisliyi ixtisasına qəbul olub. Hazırda sonuncu kursda oxuyur.
Ölkə birincisi “Yeni Azərbaycan” qəzetinə açıqlamasında bildirib ki, bu nəticə onun üçün gözlənilməz olub: “Birincilik barəsində onu deyə bilərəm ki, düzü, birinci yeri gözləmirdim. Ona görə də sürpriz oldu. Təbii ki, çox sevindim. İmtahana hazırlaşmağımda əməyi keçən müəllimlərimə təşəkkür edirəm. Mənə məndən çox inanırdılar. Gələcəkdə imtahan verəcək namizədlərə onu demək istəyərdim ki, əsas zəif tərəflərinə fokuslansınlar”.
MÜŞFİQƏ

Paylaş:
Baxılıb: 486 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31