Azərbaycanda koronavirus aşkarlanmayıb
28.02.2020 [09:23]
Əlaqədar qurumlar infeksiyanın ölkəyə keçməməsi və onun yayılmasının qarşısının alınması ilə bağlı müvafiq qabaqlayıcı tədbirlər həyata keçirir
Son bir neçə ayda Çində geniş yayılan koronavirusdan ölüm hallarının baş verməsi və bu xəstəliyə tutulanların bizə qonşu ölkələrdə də aşkarlanması dünya ölkələri ilə inteqrasiyada olan Azərbaycanda da bu epidemiyanın qarşısını almaq üçün tədbirlər görülməsinə, o cümlədən əhalinin bu xəstəlikdən qorunmasına və maarifləndirmə xarakterli məlumatlarla təmin edilməsinə ehtiyacı üzə çıxarıb.
Məhz bu zərurətdən çıxış edən Azərbaycan dövləti infeksiyanın ölkəyə keçməməsi, onun yayılmasının qarşısının alınması ilə bağlı müvafiq qabaqlayıcı tədbirlər həyata keçirir, koronavirus və onunla mübarizə metodları haqqında əhali arasında maarifləndirmə işləri aparılır, Azərbaycanın bütün sərhəd-keçid məntəqələrində, hava limanlarında profilaktik tədbirlər görülür.
Bu tədbirlər sırasında koronavirusun geniş yayıldığı ölkələrdə, o cümlədən hazırda İranda, Çində və digər ölkələrdə olan Azərbaycan vətəndaşlarının qayıtması zamanı göstərilən diqqət və qayğını da qeyd etmək lazımdır. Bununla da Azərbaycan dövləti həmişə olduğu kimi, indi də öz vətəndaşlarının yanında olduğunu sübut edib. Təbii ki, Çin, İran və digər ölkələrdən qayıdan Azərbaycan vətəndaşları, habelə ölkəmizə gələn digər sərnişinlər ciddi yoxlanılırlar.
Bu sahəyə cavabdeh olan şəxslər və digər həkim-mütəxəssislər də qeyd edirlər ki, koronavirus qripin bir növüdür, təqdim olunduğu kimi, həyat üçün təhlükəli deyil. Məsələn, psixoterapevt, klinik psixoloq Əli Nağıyev vətəndaşlara müraciət edərək deyib ki, koronavirus SARS adı verilən qripin bir növüdür ki, onun ağciyəri zədələmək ehtimalı var: “Bu isə o demək deyil ki, hər kəsin ağciyərini zədələyə bilər. Koronavirusdan ölənlərin faizi dünyada adi qripdən ölənlərin faizindən çox deyil”.
Onun sözlərinə görə, bəzilərinin təqdim etdiyi kimi, bu virus o qədər də təhlükəli deyil: “Dünyada hepatitlərdən və digər xəstəliklərdən, hətta qəzalardan ölənlərin sayı daha çoxdur”.
Mütəxəssislərin sözlərinə görə, koronavirusdan ölüm hallarının faizinə nəzər yetirəndə adi qripdən, müxtəlif xəstəliklərdən, qəza hallarından ölənlərin sayı ilə müqayisə aparıla bilər. Bu zaman koronavirusa yoluxanların arasında ölüm hallarının faiz nisbəti digər xəstəliklərə görə ölənlərdən heç də üstün olmadığı ortaya çıxır.
Digər bir məqam odur ki, koronavirus adətən yaşlı və immuniteti zəif insanlara daha çox təsir edə bilər. Buna görə də Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyir ki, yaşlı insanlar daha diqqətli olmalıdırlar: “Həmin şəxslərdə istənilən respirator infeksiyası ağır formada keçir. Çünki yaşlı insanların həyat boyu qazandıqları müəyyən xroniki xəstəliklər orqanizmlərinin immun sistemini zəiflətmiş olur”.
Dövlətimiz tərəfindən görülən tədbirlərə əlavə olaraq, mütəxəssislər məsləhət görürlər ki, vətəndaşların özləri də fərdi qaydada profilaktik tədbirlər görməli, gigiyenik qaydalara riayət etməlidirlər. C.İsayev deyir ki, virusdan qorunmaq üçün əllər müntəzəm şəkildə yuyulmalı, düzgün və sağlam qidalanmaya üstünlük verilməli, qoruyucu vasitələrdən istifadə edilməlidir. Baş infeksionist Azərbaycan vətəndaşlarına müraciət edərək bildirib ki, hər respirator virus infeksiyası əlaməti olan şəxsə “koronavirusa yoluxub” demək olmaz.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı da mətbuata açıqlamasında bildirib ki, ən əsas qoruyucu tədbir sanitar-gigiyena qaydalarına əməl etməkdir. Koronavirusun əlamətlərinin qripə bənzədiyini deyən H.Harmancı əlavə edib ki, bəzi şəxslərdə bu virusun əlamətləri daha ağır formada özünü göstərir. Onun sözlərinə görə, bu virusa yoluxma zamanı antibiotikdən yalnız xəstəxana şəraitində xəstənin vəziyyəti ağırlaşdıqda istifadə edilə bilər. Koronavirusla bağlı informasiyaları etibarlı mənbələrdən almağı da tövsiyə edən ÜST rəsmisi bildirib ki, vətəndaşlar rəsmi dövlət orqanlarının məlumatlarına inanmalıdırlar.
Sonda bir daha qeyd edək ki, Azərbaycanda koronavirus aşkarlanmayıb. Lakin Azərbaycan dünyadan təcrid deyil və beynəlxalq problem olan epidemiyanın təsirinə məruz qala bilər. Ən azı ona görə ki, Çin, İran, İtaliya və s. ölkələrin təcrübəsi göstərir ki, hətta dünyanın nəhəng, inkişaf etmiş ölkələri belə hallardan sığortalanmayıb. Buna görə də yuxarıda qeyd edildiyi kimi, dövlətin müvafiq qurumları tərəfindən infeksiyanın ölkəyə keçməməsi, onun yayılmasının qarşısının alınması ilə bağlı müvafiq qabaqlayıcı tədbirlər həyata keçirilir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

