“Yüksəliş” müsabiqəsinin Onlayn mərhələsi başlayır
08.02.2020 [10:40]
“Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi başa çatıb. Sabah müsabiqənin ilk sınaq imtahanı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən Gənclər və İdman nazirinin müavini, “Yüksəliş” müsabiqəsi üzrə işçi qrupunun rəhbəri Fərhad Hacıyev 2019-cu il dekabrın 27-dən başlayan mərhələnin 2020-ci il fevralın 2-də tamamlandığını bildirib. Qeyd edib ki, bu müddətdə 11 min 760 nəfər qeydiyyatdan keçib. Onlardan 9775 nəfər müsabiqəyə qəbul edilib.
Müsabiqəyə qəbul edilənlərin 2339 nəfəri qadın, 7436 nəfəri isə kişidir. Onların 40 faizi 21-30 yaş (3910 nəfər), 46,95 faizi (4589 nəfər) 31-40 yaş, 13,05 faizi (1276) 41-51 yaş qruplarına daxildir. Müsabiqəyə qatılanların 28-i 1999-cu il, 622-si 1990-cı il, 12-si isə 1968-ci il təvəllüdlüdür. Bundan əlavə, 1000 dövlət qulluqçusu da iştirak üçün müraciət edib.
Qeydiyyat mərhələsi ərzində müsabiqə ilə bağlı əhalini məlumatlandırmaq, bölgələrdəki şəxslərin müsabiqədə qeydiyyatdan keçmələrinə dəstək olmaq məqsədilə yanvarın 21-dən 31-dək “Yüksəliş” müsabiqəsinin səyyar qeydiyyat avtobusları bölgələrə səfər edib. 778 şəxs müsabiqəyə səyyar qeydiyyat vasitəsilə qatılıb. Ümumilikdə qeydiyyatdan keçənlərin ərazi üzrə bölgüsündə Bakı, Sumqayıt, Gəncə şəhərləri, Lənkəran və Şəki rayonlarından olan namizədlər üstünlük təşkil edir.
Fevralın 8-də müsabiqənin növbəti - Onlayn mərhələsinin ümumi biliklər üzrə ilk sınaq imtahanı keçiriləcək. Fevralın 16-da müsabiqənin Onlayn mərhələsinin Ümumi bilik üzrə əsas imtahanı təşkil ediləcək. İmtahanda Azərbaycan dili və ədəbiyyatı, tarix, coğrafiya, mədəniyyət, hüquq və iqtisadiyyat olmaqla hər fənn üzrə 21 sual təqdim olunacaq.
Onlayn mərhələnin ikinci hissəsi olan qabiliyyət imtahanının testlərinin demo variantı fevralın 23-də təqdim ediləcək. Testlərin demo variantı tanışlıq xarakteri daşıdığından onların cavablandırılması tələb olunmur. Onlayn mərhələnin qabiliyyət imtahanı isə martın 1-də keçiriləcək. Qabiliyyət imtahanı üzrə testlər 3 blok - abstrakt (mücərrəd) düşüncənin, rəqəmsal və verbal məlumatlarla işləmək bacarığının yoxlanılması üzrə aparılacaq.
Fərhad Hacıyev bildirib ki, “Yüksəliş” müsabiqəsinin hər bir qalibinə ayrılacaq 20 min manat qrantın 10 min manatı müsabiqə bitəndən sonra 1 il ərzində mütləq təhsilə xərclənməlidir. Bundan əlavə, müsabiqənin qalibləri dövlət qulluğuna imtahansız qəbul ediləcəklər.
Müsabiqənin qaliblərinin adlarının kadr bankına daxil ediləcəyini diqqətə çatdıran F.Hacıyev deyib: “Həmin şəxslərin hansı müddətdə kadr bankında qalacağına gəlincə deyə bilərəm ki, onların burada uzun müddət qalacağına inanmıram. Bu gün ölkədə aparılan islahatları da nəzərə alsaq, yəqin ki, həmin şəxslər qısa müddətlə müvafiq işlə təmin olunacaqlar. Hətta bəzi qurumlar var ki, nəinki qaliblər, hətta finala çıxacaq namizədlərlə də işləmək niyyətindədir. Müsabiqənin qalibləri dövlət qulluğuna imtahansız qəbul ediləcəklər. Biz bu barədə Dövlət İmtahan Mərkəzi ilə razılıq əldə etmişik. Yəqin ki, bununla əlaqədar dövlət qulluğuna qəbul qaydalarında dəyişiklik də ediləcək”, - deyə o vurğulayıb.
İşçi qrupunun rəhbəri qeyd edib ki, “Yüksəliş” müsabiqəsində imtahan suallarının kənara sızması, o cümlədən Onlayn mərhələdə müsabiqə iştirakçısının kənar yardımdan, digər vasitələrdən hansı dərəcədə sui-istifadə etmək imkanlarının olduğu və bunun hansı nəticələrə yol aça biləcəyinə aydınlıq gətirilib. Diqqətə çatdırıb ki, müsabiqədə imtahanların suallarının kənara sızması imkanı tam aradan qaldırılıb. Həmin suallar Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanacaq. Onları hazırlayan müəllimlər bunkerdə olacaq və mərhələ başa çatanadək orada qalacaqlar.
Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Natiq Əliyev çıxışında qeyd edib ki, Onlayn mərhələdə imtahan zamanı bir sual üçün ayrılan 30 saniyə ərzində hansısa namizəd sualı cavablandırmırsa, sistem növbəti suala keçir. “Əgər namizəd 30 saniyə ərzində qeyri-adi bacarığa malik olub həmin suala cavab tapmaq üçün başqa vasitədən istifadə etsə, həmin suala uyğun suallar müsabiqənin əyani mərhələsində də veriləcək. Beləliklə, biz əyani mərhələdə iştirakçının Onlayn mərhələdə kənar yardımdan istifadə etdiyini müəyyənləşdirəcəyik və onu müsabiqədən kənarlaşdıracağıq”, - deyə N.Əliyev əlavə edib.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin iyulun 26-da imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47

