/ / ABŞ yəhudiləri: Azərbaycanın multikultural ənənələrin qorunmasına yönəlmiş siyasəti təqdirəlayiqdir
ABŞ yəhudiləri: Azərbaycanın multikultural ənənələrin qorunmasına yönəlmiş siyasəti təqdirəlayiqdir
06.02.2020 [09:57]
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı fevralın 5-də yəhudilərdən ibarət ABŞ nümayəndə heyətinin üzvləri ilə görüşüb.
Komitədən AZƏRTAC-a bildiriblər ki, qonaqları salamlayan DQİDK sədri bildirib ki, Azərbaycan dünyəvi dövlət olmasına baxmayaraq, din hər zaman dövlətin xüsusi diqqət yetirdiyi sahələrdən biridir.
Mübariz Qurbanlı bildirib ki, ölkəmizdə insanların dini etiqad azadlığının təmin olunması, qorunması üçün hüquqi baza var və hər bir vətəndaşın etiqad azadlığı dövlətin təminatı altındadır. Azərbaycanda multikultural və tolerant mühitin dərin tarixi köklərə malik olduğunu diqqətə çatdıran Komitə sədri yəhudilərin Azərbaycanda məskunlaşma tarixi və yəhudi icmalarının ölkəmizdəki fəaliyyətindən danışıb. Qeyd edib ki, dövlət tərəfindən qeydiyyata alınan qeyri-İslam dini qurumlarından 8-i yəhudi dini icmasıdır, eyni zamanda, ölkəmizdə 7 sinaqoq və bir sıra yəhudi məktəbləri fəaliyyət göstərir. Konfessiyalar hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunur, məscidlərlə yanaşı, kilsələr və sinaqoqlar da dövlət tərəfindən təmir və bərpa edilir, yeniləri inşa olunur. Dini konfessiyaların fəaliyyətlərinin dəstəklənməsi məqsədilə dövlətimizin başçısı tərəfindən hər il maliyyə vəsaiti ayrılır.
Qonaqlara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın ölkəmizin işğal olunmuş ərazilərində maddi-mədəni, dini irsin talan və məhv edilməsi siyasəti haqqında da ətraflı məlumat verilib.
Görüş və əhatəli məlumat üçün təşəkkürlərini bildirən qonaqlar Azərbaycanın həmişə müxtəlif konfessiyaların, xalqların birgə yaşadığı, tolerantlığın yüksək səviyyədə qorunduğu ölkələr sırasında olmasını yüksək qiymətləndiriblər. Ölkəmizin multikulturalizm ənənələrinin qorunmasına yönəlmiş çoxşaxəli siyasətinin təqdirəlayiq hal olduğunu vurğulayıblar.
Sonda Komitə sədri qonaqların suallarını cavablandırıb.
Qeyd edək ki, nümayəndə heyətinə San-Dieqo Universitetinin professoru Martin Kruminq, Yəhudi Respublikaçılar Alyansının təsisçisi Miç Silberman, “Newsblaze” portalının müxbiri Nurit Qrinqer, jurnalistlər Leon Veynşteyn və Raul Kontreras daxildirlər.
Xəbər lenti
Hamısına baxSosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Gündəm
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26

