Fondun 2019-cu ildəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib
04.02.2020 [09:39]
Fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Fondun Müşahidə Şurasının sədri Həsən Həsənov iclası açıq elan edərək gündəlikdəki məsələlər barədə məlumat verib:
1. Fondun 2019-cu il üzrə fəaliyyətinin yekunlarına həsr olunmuş hesabatının müzakirəsi və təsdiqi;
2. 2020-ci ilin I yarısı üzrə qəzetlərə maliyyə yardımının ayrılması ilə bağlı müsabiqəyə təqdim edilmiş layihə sənədlərinin müzakirəsi və təsdiqi;
3. Fondun 2020-cı il üçün Tədbirlər Planının müzakirəsi və təsdiqi;
4. Fondun 2020-cı il üçün ekspertlər siyahısının müzakirəsi və təsdiqi.
Müşahidə Şurasının sədri Həsən Həsənov gündəlikdəki birinci məsələ barədə məlumat vermək üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib. İclasda hesabat məruzəsi ilə çıxış edən icraçı direktor 2019-cu ildə mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən çoxsaylı layihələr barədə məlumat verib. İcraçı direktor, Fondun ötən il gündəlik, günaşırı və həftəlik nəşr olunan 25 ictimai-siyasi qəzetə maliyyə dəstəyi göstərdiyini, həmin qəzetlərdə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nda nəzərdə tutulmuş 19 istiqamət üzrə 4.000 səhifədən çox yazının dərc edildiyini bildirib.
2019-cu ildə Fondun yaranmasının 10-cu ildönümünün tamam olduğunu xatırladan Vüqar Səfərli bu münasibətlə yubiley tədbirinin təşkil edildiyini, eyni zamanda qısametrajlı film və fotoalbomun hazırlandığını diqqətə çatdırıb.
Jurnalistlərin peşəkarlığının artırılması və sosial müdafiəsinin gücləndirilməsi məsələlərinə xüsusi diqqət ayrıldığını deyən Vüqar Səfərli Fond tərəfindən bu məqsədlə 3 dəfə - Novruz bayramı, Azərbaycan Milli Mətbuatının 144-cü ildönümü və 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə fərdi jurnalist yazıları müsabiqələrinin təşkil olunduğunu diqqətə çatdırıb. Bildirilib ki, Fond 2019-cu ildə Mədəniyyət Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (2 dəfə), “Azərenerji” ASC və Dövlət Statistika Komitəsi ilə birgə əlavə 5 yazı müsabiqəsi keçirib. Ümumilikdə, 8 müsabiqədə 596 nəfər iştirak edib, onlardan 403 nəfəri qalib olaraq mükafatlandırılıb.
İcraçı direktor, həmçinin bildirib ki, beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə ötən ilin iyun ayında aparıcı media qurumlarının rəhbərlərindən ibarət nümayəndə heyətinin Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə işgüzar səfəri təşkil edilib.
Fondun redaksiyalara metodiki, texniki-təşkilati, konsultativ və maliyyə dəstəyini davam etdirdiyini deyən V.Səfərli ötən il keçirilmiş digər layihə və tədbirlər barədə də ətraflı məlumat verib.
Hesabat ətrafında aparılan müzakirələr zamanı Müşahidə Şurasının sədri Həsən Həsənov, sədr müavini İlqar Hüseynov, üzvlərdən Cəmaləddin Quliyev, Bəhruz Quliyev, İntiqam Hümbətov, Əvəz Rüstəmov, Rasim Həsənov, Ramiz Əskər və Ayaz Mirzəyev çıxış edərək Fondun fəaliyyətini qənaətbəxş dəyərləndiriblər və hesabat yekdilliklə qəbul edilib.
İclasda ikinci məsələ kimi 2020-ci ilin I yarısı üçün qəzetlərə maliyyə yardımı müsabiqəsinə təqdim edilmiş layihə sənədləri müzakirə edilib. Vüqar Səfərli bildirib ki, sənədləri qaydasında olan ictimai-siyasi qəzetlərin 2019-cu ilin II yarısında olduğu kimi, yayım və tirajlarına görə 3 kateqoriya üzrə (gündəlik, günaşırı və həftəlik) maliyyələşdirilməsi təklif edilir.
Sonra Müşahidə Şurasının üzvləri yayım və tirajla bağlı təqdim edilmiş sənədlər əsasında geniş müzakirələr aparıblar. Müzakirələr nəticəsində ictimai-siyasi qəzetlərin təklif olunan 3 kateqoriya üzrə maliyyələşdirilməsi məqsədəuyğun sayılıb.
Müşahidə Şurasının iclasında üçüncü məsələ kimi Fondun 2020-ci il üzrə Tədbirlər Planı da müzakirə olunub. Cari ilin respublikamızda “Könüllülər ili” elan olunduğunu, eyni zamanda Milli Mətbuatın yaranmasının 145-ci ildönümünün qeyd ediləcəyini diqqətə çatdıran Vüqar Səfərli Tədbirlər Planında bunların nəzərə alındığını vurğulayıb. Tədbirlər Planı Müşahidə Şurasının üzvləri tərəfindən müsbət dəyərləndirilərək qəbul edilib.
İclasda, həmçinin Fondun 2020-ci il üzrə layihələrin qiymətləndirilməsini həyata keçirəcək ekspertlərinin siyahısı müzakirə olunaraq təsdiq edilib.
Xəbər lenti
Hamısına baxSosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19

