Beynəlxalq aləmdə Azərbaycan multikulturalizm siyasətinin təbliğatı uğurla davam etdirilir
29.01.2020 [09:43]
17-19 yanvar tarixlərində Azərbaycanın Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi İctimai Birliyi, həmçinin Beynəlxalq Multikultural Şəbəkənin rəhbəri Xəyalə Məmmədovanın rəhbərlik etdiyi heyət Şimali Kiprə səfər edib. Dəvət proqramına əsasən heyət ilkin olaraq, On Beş Kasım Universitetinin təşkil etdiyi “Aralıq dənizi İpək yolu araşdırmaları” adlı Beynəlxalq Simpoziumda iştirak edib. Beynəlxalq Simpoziumda əsas spikerlər kimi Beynəlxalq Multikultural Şəbəkənin rəhbəri Xəyalə Məmmədova “İpək Yolu: İnsanların əlaqələndirilməsi və Azərbaycanda multikulturalizm siyasətinin formalaşması”, Beynəlxalq Multikultural Şəbəkənin Marketinq Meneceri Muhammad Umar “Pakistan və İpək Yolu vasitəsilə əlaqələndirilmənin çətinlikləri”, Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi İctimai Birliyinin Çin Elmi Araşdırmalar Mərkəzinin koordinatoru Ümid Məmmədzadə “Dünya Turizm Bazarında Böyük İpək yolunun tanıtımı”, Beynəlxalq Multikultural Şəbəkənin elmi araşdırıcısı Günay Məmmədli “Xəzərdə regional əməkdaşlığı şərtləndirən amillər” mövzusunda çıxış ediblər. Simpoziuma Azərbaycanla yanaşı, Türkiyə, Şimali Kipr, Gürcüstan, Qazaxıstan, Ukrayna, Portuqaliya, İspaniya, İran və digər ölkələrdən dəyərli elm adamları qatılıblar.
İkinci hissədə Beynəlxalq Multikultural Şəbəkənin rəhbəri Xəyalə Məmmədova “Azərbaycan multikulturalizm modeli” adlı məruzə edib. O qeyd edib ki, Azərbaycan Respublikası multikulturalizmi dövlət siyasəti kimi qəbul edən nadir dövlətlərdəndir. Bildirilib ki, Azərbaycanda multikulturalizm siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub: “Müasir dövrdə Azərbaycan Respublikasının multikulturalizm siyasətinin uğurla həyata keçirilməsi Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin adı ilə bağlıdır. Multikulturalizm Azərbaycanda dövlət siyasətidir, həyat tərzidir. Azərbaycan öz multikultural və tolerant yaşam tərzi ilə dünyaya nümunədir. Azərbaycan dövlətinin həyata keçirdiyi tolerantlıq siyasəti ölkəmizdə yaşayan etnik və dini icmalar arasında dostluğun və qardaşlığın daha da möhkəmlənməsinə zəmin yaradır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın qeyd etdiyi kimi, qədim İpək Yolunun mərkəzində yerləşən Azərbaycanın insanların dostluq mühitində bir araya gəldiyi məkan kimi qədim tarixi var və bu gün multikulturalizm Azərbaycanın dövlət siyasətidir”.
Onu da qeyd edək ki, Beynəlxalq Multikultural Şəbəkənin Şimali Kiprdəki təmsilçisi On Beş Kasım Universitetinin prorektoru Dr. Haktan Birsəldir. Simpoziumun sonunda iştirakçılar sertifikatlarla təltif olunublar.
Tədbirdən sonra Beynəlxalq Multikultural Şəbəkənin rəhbəri Xəyalə Məmmədova və Marketinq Meneceri Muhammad Umar Şimali Kiprin tanınmış telekanallarından olan GənçTV-nin “Xəbərlər” verlişinə müsahibə veriblər.
Daha sonra Beynəlxalq Multikultural Şəbəkənin heyəti On Beş Kasım Universitetinin rektoru ilə görüşüb. Görüşdə gələcəkdə bir sıra sahələrdə reallaşdırılacaq əməkdaşlıqlarla bağlı memorandum imzalanıb.
Eyni zamanda, Beynəlxalq Multikultural Şəbəkənin rəhbəri və heyəti Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri, Millətlərarası təhsil proqramları departamentinin direktoru Orxan Həsənoğlunun dəvəti ilə dünyanın tanınmış universitetlərindən olan, Şimali Kiprin ilk özəl universiteti sayılan Girnə Amerikan Universitetinin qonağı olublar. Girnə Amerikan Universitetinin Marketinq Koordinatoru Leyla Biçər, Marketinq mütəxəssisi Aida Buzqulova və digər rəsmi nümayəndələrin iştirakı ilə keçirilən görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı müzakirələr aparılıb, bir sıra layihələrin reallaşdırılmasına qərar verilib.
Görüşün sonunda Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri, Millətlərarası təhsil proqramları departamentinin direktoru Orxan Həsənoğluna Beynəlxalq Multikultural Şəbəkənin beynəlxalq sertifikatı təqdim edilib.
Xəbər lenti
Hamısına baxHadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20

