2019-cu ildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 3809 vətəndaş müraciəti daxil olub
11.01.2020 [10:50]
2019-cu il ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ümumilikdə 3809 müraciət daxil olub. Onların 1393-ü ərizə, şikayət və təklif xarakterli olmaqla məktub, 2416-sı telefon vasitəsilə edilib. Agentlikdən verilən məlumata görə, müraciətlərin əksəriyyəti icbari tibbi sığortanın pilot layihə olaraq həyata keçirildiyi Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarının sakinləri tərəfindən edilib.
Agentliyə daxil olan müraciətlərin 1055-i müayinə, müalicə və cərrahi əməliyyatlar, 466-sı əlillik məsələləri, 316-sı işə qəbul və əmək münasibətləri, 201-i ambulator dərman təminatı, 259-u tibbi xidmətlərlə bağlı ödənişlər, 181-i göndərişlərin verilməsi və 537-si isə digər məsələlər üzrə mövzuları əhatə edib. Telefon vasitəsilə edilən sorğu xarakterli müraciətlərin 794-ü icbari tibbi sığortanın ölkə üzrə tətbiqi, icbari tibbi sığorta haqqı, bu sahəni tənzimləyən qanunvericiliklə bağlı olub və əsasən digər regionların sakinləri tərəfindən ünvanlanıb.
2018-ci il (96 müraciət) ilə müqayisədə sorğu xarakterli müraciətlərin sayında 25 dəfə artım müşahidə olunub. Həmçinin Agentliyin sosial şəbəkələrdəki səhifələrinə 2019-cu il ərzində 1931 sorğu daxil olub. Bütün müraciətlərə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxılıb.
Qəbul qrafikinə uyğun olaraq ötən il ərzində Agentliyin rəhbərliyi və vəzifəli şəxsləri tərəfindən 283 vətəndaş qəbul edilib. Qəbula gələn vətəndaşlar əsasən dərman təminatı, tibbi sərfin qarşılanması, əlillik dərəcəsinin təyin edilməsi, müayinə-müalicə, cərrahi əməliyyatlar, işlə təminat və s. məsələlər ilə bağlı müraciət ediblər. Vətəndaşların müraciətləri qanunvericiliyin tələblərinə uyğun şəkildə cavablandırılıb və onların həlli istiqamətində zəruri tapşırıqlar verilib.
Qeyd edək ki, ötən il vətəndaşların müraciət etmək imkanlarını artırmaq məqsədilə Agentliyin rəsmi internet səhifəsində (www.its.gov.az) onlar üçün xüsusi bölmə yaradılıb. Bölmədə vətəndaşların qəbulu cədvəli, vətəndaşların müraciətlərinə dair qanunvericilik aktları yerləşdirilib, habelə onların elektron qaydada müraciət göndərmələri və aidiyyəti vəzifəli şəxsin qəbuluna yazılmaları təmin edilib.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17

