/ / Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının idarə heyəti ilin yekunları ilə bağlı hesabat verib
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının idarə heyəti ilin yekunları ilə bağlı hesabat verib
28.12.2019 [09:57]
Dekabrın 27-də “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin idarə heyətinin ilin yekunları ilə bağlı iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Dağlıq Qarabağın Azərbaycan icmasının sədri Tural Gəncəliyev rəhbərlik etdiyi qurumun 2019-cu ildəki fəaliyyəti və həyata keçirilən layihələrlə bağlı geniş məlumat verib.
İcma sədri ötən müddət ərzində görülən işlərin səmərəli olduğunu diqqətə çatdırıb. “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin yeni idarə heyətinin yaranmasından bir il ötdüyünü xatırladan T.Gəncəliyev bildirib ki, icma beynəlxalq əlaqələri, analitik-informasiya sahəsini, ictimaiyyətlə və media qurumları ilə əlaqələri, sosial şəbəkələrdə fəaliyyəti, ölkədaxili tədbirlərdə iştirakı və digər bu kimi vacib məsələləri diqqətdə saxlayıb.
Qeyd edib ki, beynəlxalq təşkilatların nümayəndələri ilə mütəmadi görüşlərin keçirilməsi, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının müxtəlif məsələlərlə bağlı mövqeyinin bu qurumların təmsilçilərinin diqqətinə çatdırılması əsas məqsədlərdən olub. Bu baxımdan, ATƏT-in sədri Miroslav Layçakın rəhbərlik etdiyi nümayəndə heyəti, ATƏT-in Minsk qrupunun həmsədrləri, üzvü olan digər ölkələrin, Azərbaycanda fəaliyyət göstərən səfirləri ilə, həmçinin Avropa İttifaqının, Avropa Şurası, BMT, Qızıl Aypara Komitəsinin Bakı ofislərində keçirilən görüşlər xüsusi əhəmiyyətə malikdir.
“Ölkə rəhbərinin icmanın qarşısına qoyduğu tapşırıqları yerinə yetirməyə çalışdıq. İcma olaraq istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə fəaliyyətimizi genişləndirdik. Düşünürəm ki, icmamızın işini Prezident İlham Əliyevin ermənilərin iç üzünün ifşa olunması, onların əsil simalarının dünyaya çatdırılması siyasətinə uyğun qura bilmişik. Bir sıra xarici ölkələrdə keçirdiyimiz tədbirlərdə dünya ictimaiyyətinə Dağlıq Qarabağın Azərbaycan icmasının güclü olduğunu göstərdik, Ermənistanın danışıqlar formatının dəyişilməsinə yönəldilmiş təxribat xarakterli addımlarının qarşısını aldıq”, - deyə icma sədri vurğulayıb.
Tural Gəncəliyev bildirib ki, gənclərin və könüllülərin icmanın işinə cəlb olunması sayəsində “Qarabağ Azərbaycandır” mövzusunda videoçarxların sosial şəbəkələrdə yayılması ermənilərin narazılığına səbəb olub. Bu da göstərir ki, onlar bizim icmanın fəaliyyət göstərməsini istəmir və ona mane olmağa çalışırlar. Biz isə öz gücümüzü göstərdik və əminik ki, öz əzəli torpaqlarımıza qayıdacağıq.
Tural Gəncəliyev sosial şəbəkələrdə fəaliyyətin, ictimaiyyət, xüsusilə gənclər və media qurumları ilə əlaqələrin qurulmasının vacibliyini qeyd edib.
Sonra idarə heyətinin üzvü Fərhad Bədəlbəyli Qarabağın əzəli və əbədi Azərbaycan torpağı olduğunu diqqətə çatdırıb və hamını bir nəfər kimi işğal edilmiş torpaqlarımız uğrunda mübarizədə həmrəy olmağa səsləyib. Bildirib ki, erməni vandalizminə qarşı mübarizədə dövlətimizin başçısının ətrafında sıx birləşməli, eyni hədəfə vurmalıyıq. Bu, hamımızın işidir və hər bir vətəndaş, ictimaiyyət, media orqanları səfərbər olmalıdır. Fərhad Bədəlbəyli, həmçinin Qarabağ Fondunun yaradılmasını təklif edib.
Daha sonra çıxış edən idarə heyətinin üzvü Əli Həsənov bildirib ki, Azərbaycan tərəfi hər zaman Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır. Prezident İlham Əliyevin müdrik siyasəti sayəsində ölkəmizdə sabitlik hökm sürür. “Vətən doğulduğun torpaqdan başlayır”, - deyən Əli Həsənov hər bir Azərbaycan vətəndaşını Qarabağ uğrunda mübarizədə fəal olmağa çağırıb. O, torpaqlarımızın işğaldan azad olacaq günün yaxında olduğuna əminliyini bildirib.
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42

