Ağdam rayonunda “Din və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirə keçirilib
28.11.2019 [09:21]
Noyabrın 27-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Ağdam Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Din və ideoloji təhlükəsizlik” mövzusunda konfrans keçirilib.
Quzanlı qəsəbəsindəki Heydər Əliyev Mərkəzində keçirilən konfransda DQİDK-nın sədr müavini Səyavuş Heydərov, rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov, Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin səlahiyyətli nümayəndələri, həmçinin ziyalılar, din xadimləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, dahi rəhbərin xatirəsinə dərin ehtiramlarını bildiriblər. Tədbirin əvvəlində DQİDK-nın tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi əsasında çəkilmiş “Heydər Əliyev: dəyərlərimizin xilaskarı” adlı sənədli film nümayiş olunub. Sonra din sahəsində mövcud olan problemlər, dini radikalizmə və ekstremizmə qarşı mübarizə sahəsində görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov çıxışında bildirib ki, əsası Ulu Öndər tərəfindən qoyulan dövlət-din siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycanda milli-mənəvi dəyərlərin qorunub-saxlanılmasına dövlət səviyyəsində qayğı göstərilir. Tarixən yüksək tolerantlıq mədəniyyətinin formalaşdığı Azərbaycan dünyada multikultural ölkə kimi tanınır.
DQİDK-nın sədr müavini Səyavuş Heydərov bildirib ki, “Din və ideoloji təhlükəsizlik” mövzusunda keçirilən seminar-müşavirə maarifləndirici xarakterli olmaqla, respublikamızın bütün bölgələrində təşkil edilir. Seminar-müşavirənin keçirilməsində məqsəd vətəndaşları dünyada, regionda, ölkəmizdə dini mühitdə cərəyan edən proseslər, tendensiyalar, təhdidlər barədə məlumatlandırmaqdır.
S.Heydərov qeyd edib ki, dünyada ictimai-siyasi proseslərdə gərginliyin artdığı bir zamanda din, dini təhlükəsizlik amili daha da aktuallaşır. Aparıcı güc mərkəzləri öz geosiyasi, geoiqtisadi maraqlarını həyata keçirmək üçün din, insan hüquqları, dini etiqad azadlığı anlayışlarından bir vasitə kimi istifadə edirlər. Din öz mənəvi dəyər çərçivəsindən çıxarılaraq, siyasi vasitəyə çevrilib. Biz bunun acı nəticələrini Yaxın Şərqdə görürük. Nəinki Yaxın Şərqdə, eləcə də Avropada da artıq tolerantlığın zəifləməsi, islamofobiya, ksenofobiya, antisemitizmin güclənməsi müşahidə olunur. Multikulturalizm, tolerantlıq zəiflədikcə onun yerini radikallıq tutur.
Diqqətə çatdırılıb ki, Azərbaycan isə dünyada sülhün, dinlərarası, mədəniyyətlərarası, sivilizasiyalararası dialoqun, əməkdaşlığın, tərəfdaşlığın bərqərar olunması istiqamətində öz missiyasını uğurla davam etdirir. Bu istiqamətdə bir mərkəzə çevrilən Azərbaycan öz multikultural, tolerant birgəyaşayış modeli ilə dünyada sülhün bərqərar olmasına töhfələr verməkdədir. Ölkəmiz dünyada beynəlxalq təhlükəsizliyə yaranmış təhdidlərin qarşısının alınmasında çox unikal bir strategiya ilə çıxış edir. Artıq dünya birliyi Azərbaycanın bu strategiyasına dəyər verir, öyrənir, təbliğ olunması istiqamətində çağırışlar edir.
Səyavuş Heydərov Aşura mərasimləri ərəfəsində bölgələrdə keçirilmiş qanvermə aksiyalarını gözəl nümunə kimi dəyərləndirib. Vurğulanıb ki, məhz bu cür təşəbbüslər İslam dininin ümumi fəlsəfəsini, onun humanist prinsiplərini əks etdirən ənənəyə çevrilib. Həmçinin bölgələrdə vəhdət namazlarının qılınması da İslam dinində birliyin yaradılması, məzhəbçiliyin aradan qaldırılması baxımından müsbət təşəbbüs və ənənə kimi qiymətləndirilib.
Qeyd olunub ki, bəzi qüvvələr gəncləri istər siyasi, istərsə də dini müstəvidə yad ideologiyaların təsirinə məruz qoymağa çalışırlar. Odur ki, hamı bu sahədə diqqətli olmalı, gənclər məlumatlandırılmalıdırlar. Bu sahədə hamının, xüsusən də müəllimlərin, valideynlərin, din xadimlərinin üzərinə böyük məsuliyyət düşür.
Seminar-müşavirədə Daxili İşlər Nazirliyinin nümayəndəsi Oktay Tağıyev, Baş Prokurorluğun əməkdaşı Bəhruz Kərimov, Qafqaz Müsəlmanları İdarəsinin Ağdam rayonu üzrə qazisi Barat Bağırov çıxışlarında milli təhlükəsizliyə əsas təhdidlər, dini radikalizmə qarşı mübarizənin hüquqi əsasları, eləcə də bu istiqamətdə aparılan maarifləndirmə tədbirlərinin önəmindən danışıblar.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48

