Şəhidlərin xatirəsini əbədiləşdirən muzey
23.11.2019 [10:43]
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarımızın xatirəsi əbədi yaşadılır
“Mərd oğullar - mərdliyilə öyünməzlər, torpaq altda ölümlüyə gömülməzlər”. Xalq şairi Məmməd Arazın müəllifi olduğu bu sətirlər Azərbaycanın hünərli oğullarının şəninə deyilib. O oğullar ki, torpağın bağrına azadlıq toxumlarını öz qanlarıyla əkiblər. Qəhrəmanlıq yalnız səngərlərdə, döyüş meydanlarında göstərilmir. Əgər ürəkdə Vətən, xalq sevgisi varsa, qəhrəmanlar onu hüdud tanımadan nümayiş etdirirlər. Öz növbəsində xalqımız da şücaət göstərmiş qəhrəman övladlarını heç vaxt unutmur, onların xatirələrini daim əziz tutur. Onların xatirələrini unudulmaz etmək üçün dövlət səviyyəsində lazımi tədbirlər görülür. Onu da xüsusi vurğulayaq ki, təkcə dövlət tərəfindən deyil, sadə insanlar tərəfindən də qəhrəmanlarımızın xatirələri əbədi yaşadılır. Bunlardan biri də Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarının iştirakçısı, “Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyinin sədri Əlövsət Qasımovdur. Qeyd edək ki, Əlövsət Qasımov Bakının Nəsimi rayonu, 20 Yanvar küçəsi, 2/51, mənzil 18-də “Şəhidlər muzeyi”ni yaradıb. 110 kvadratmetrlik zirzəmini öz əlləri ilə təmizləyərək indiki vəziyyətə gətirib.
“Yeni Azərbaycan” qəzeti olaraq biz də “Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyinin təsis etdiyi “Şəhidlər muzeyi”nə baş çəkdik. Sərgilənən şəkillərlə tanış olduq, hər şəklin tarixçəsi barədə ətraflı məlumat aldıq.
Ə.Qasımov muzey haqqında məlumat verərək bildirib ki, bu unikal muzey 6 ildir ki, fəaliyyət göstərir və bu illər ərzində 28 min nəfər ziyarətçisi olub.
O deyib ki, muzeyin yaradılmasında əsas məqsəd erməni quldurlarının xalqımıza qarşı törətdikləri terroru, misli görünməmiş dəhşətli vəhşilikləri tariximizin yaddaşına əbədi həkk etməkdən ibarətdir: “Muzeydə təşkil olunan sərgilərdə orta və ali məktəblərin şagird, tələbə heyətinin, sadə vətəndaşların, ictimai xadimlərin, o cümlədən millət vəkillərinin davamlı iştirak etməsi xalqımızın bütün təbəqələrinin Şəhidlərimizin ruhuna olan sonsuz hörmət və ehtiramının bariz göstəricisidir”.
Erməni vandalizminin nəticələrinin dünyaya yayılmasının, eləcə də gənc nəslin vətənpərvər ruhda yetişdirilməsinin vacibliyini qeyd edən Ə.Qasımov hələ Sovetlər dövründən ermənilərin xalqımıza qarşı məkrli niyyəti həyata keçirmək üçün məqsədyönlü fəaliyyət apardıqlarını, hər vəchlə tarixi saxtalaşdırdıqlarını, qarşılaşdığı faktlardan bəhs edərək onları diqqətə çatdırıb: “Mən erməni vəhşiləri tərəfindən tanınmaz hala salınan, başı kəsilən, min bir işgəncəyə məruz qalan şəhidlərimizin hər birinin fotoşəklini çəkərək erməni vandalizmini ifşa edən çox qiymətli tarixi fotosalnamə yaratmışam. Qarabağ döyüşlərində şəhid olmuş qəhrəman vətən övladlarına aid əşyaları, məktubları saxlamışam”.
Əlövsət Qasımovun göstərdiyi xidmətlər “Müharibənin canlı ensiklopediyası”, “Erməni vandalizmi”, “Başsız meyit”, “Şahid şəhidlər haqqında”, “Qanlı köynəklər”, “Ölümlə üz-üzə”, “Sonsuz erməni vandalizminin iç üzü”, “Oğurlanmış tarixi soyqırımı”, “Sağlamlığın sirri”, “Erməni terroru”, “Türklərə qarşı törədilmiş erməni terrorunun qısa xronikası” adlı kitablarda öz əksini tapıb.
Bununla yanaşı, onun fəaliyyətindən bəhs edən “Ruhumun harayı” və “Qarabağ çağırır bizi” sənədli filmləri respublikamızda və xarici ölkələrdə nümayiş olunur.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

