“Daşnaklar Fərqanədən Qarabağa qədər” kitabının təqdimatı olub
22.11.2019 [09:59]
Noyabrın 21-də Bakıda özbəkistanlı yazıçı Şöhrət Barlasın müəllifi olduğu “Daşnaklar Fərqanədən Qarabağa qədər” kitabının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, “Kaspi” qəzetinin və Mətbuat Şurasının dəstəyi ilə nəşr olunan kitabda erməni terrorundan bəhs edilir.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev qeyd edib ki, kitabda erməni daşnaklarının Orta Asiyadan Qafqaza qədər törətdikləri amansız terror aktlarından bəhs olunur. Həmçinin müəllif SSRİ dövründə Azərbaycan və özbək xalqlarına qarşı ermənilərin törətdikləri faciələrdən söhbət açır.
Umud Mirzəyev Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyevin kitabın nəşrinə və eyniadlı filmin çəkilməsinə verdiyi dəstəyi xüsusi vurğulayıb. O, kitabın bütün türk dünyası üçün çox önəmli olduğunu deyib.
“Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva bildirib ki, kitabda ermənilərin türk dünyasına qarşı apardığı düşmənçilik siyasəti yer alıb. O, erməni terrorçularının təkcə azərbaycanlılara deyil, bütün türk xalqlarına qarşı apardığı soyqırımı siyasətinin acı nəticələrinin gənclərə çatdırılması üçün yeni nəşrin ali təhsil ocaqlarında yayılması təklifi ilə çıxış edib. “Kaspi” qəzetinin təsisçisi vurğulayıb ki, ermənilərin türk xalqlarına olan kin və nifrəti faciələrə gətirib çıxarıb.
Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov qeyd edib ki, kitabda daşnakların Fərqanədə və Qarabağda törətdikləri vəhşiliklərdən, günahsız insanlara divan tutan ermənilərin xain əməllərindən bəhs edilib. Bu kitab artıq yeddinci nəşrdir və rus dilində çap olunub.
Kitabın müəllifi Şöhrət Barlas uzun müddətdir ki, erməni terroru ilə bağlı araşdırmalar apardığını bildirib. Ancaq tarixi faktların kitab hallında nəşrini həyata keçirmək imkanları yox idi. Müəllif bu işdə ona göstərilən köməyə görə səfir Hüseyn Quliyevə, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə, “Kaspi” qəzetinə və Mətbuat Şurasına minnətdarlığını bildirib.
Daha sonra “Daşnaklar Fərqanədən Qarabağa qədər” sənədli film də nümayiş olunub.
Xəbər lenti
Hamısına baxİdman
22 İyul 15:22
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08

