Britaniyalı mütəxəssislər: Bakıdakı layihə uğurla həyata keçirilir
21.11.2019 [09:45]
Artıq 4 aydır ki, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən Böyük Britaniyanın “Mott MacDonald” şirkəti ilə birgə hazırlanmış yeni pilot layihənin - bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi layihəsinin paytaxtın Nərimanov rayonunda icrası həyata keçirilir. Ötən müddət ərzində görülən işlərin yüksək səviyyədə aparılması nəticəsində ciddi irəliləyişlər əldə olunub.
AZƏRTAC xəbər verir ki, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti və Böyük Britaniyanın “Mott MacDonald” şirkəti ilə birgə hazırlanmış pilot layihənin yekunlarına dair keçirilən mətbuat konfransında Kommunal xidmət müəssisəsinin direktoru İlqar Hüseynov qeyd edib ki, vətəndaşlara izahetmə işləri, maarifləndirici tədbirlər, mətbuatda geniş yayımlanma öz bəhrəsini verib. Layihəyə əsasən Nərimanov rayonunda 400-ə yaxın konteyner meydançası yaradılıb, burada tələbata uyğun miqdarda yeni konteynerlər yerləşdirilib, onların yuyulması və meydançaların dezinfeksiyası təmin edilir.
O qeyd edib ki, bu müddət ərzində şirkətin mütəxəssisləri mütəmadi olaraq pilot layihənin həyata keçirildiyi Nərimanov rayonunda tullantıların tərkibinin və digər komponentlərin öyrənilməsi və nəticələrini daha da artırılmasının yollarını araşdırıb, müvafiq təlimatlar veriblər.
İ.Hüseynov əlavə edib ki, layihənin növbəti mərhələsinə keçidlə bağlı “Mott MacDonald” şirkətinin rəhbərliyinin səlahiyyətli nümayəndələri, Bakı şəhərində bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması üzrə islahatlar konsepsiyasının rəhbəri Martin Saymon və Devid Dray Bakıya gəliblər.
Martin Saymon bildirib ki, layihənin ilkin nəticələrini uğurlu saymaq olar. Müqayisə üçün qeyd olunub ki, Birləşmiş Krallığın paytaxtı London şəhərində 20 ildən çox müddətdə icra edilən layihədə təkrar emal üçün çeşidlənən tullantıların həcmi 40 faizə çatıb.
M.Saymon qeyd edib ki, Nərimanov rayonunda 4 ay ərzində bu istiqamətdə görülən işlər nəticəsində bu rəqəm 32 faizə çatıb, kağız və karton tullantıları 25 faiz olub ki, bu yaxşı nailiyyət sayılmalıdır. Əgər layihənin icrasının ilk vaxtlarında gündəlik olaraq 6-7 ton təkrar emala gedən tullantı yığılırdısa, hazırda bu rəqəm 25 tona çatıb. Bu səbəbdən Saymon Nərimanov sakinlərinə minnətdarlığını bildirib.
O əlavə edib ki, gələn ilin aprelindən mərhələli qaydada daha 3 rayonun - Nizami, Yasamal və Nəsimi, sonrakı illərdə daha 3 rayonun mərhələli şəkildə bu layihəyə cəlb olunması nəzərdə tutulur.
Bildiriblər ki, layihənin icrası zamanı bir sıra çatışmazlıqlar da olub. Bəzi sakinlərin laqeydliyi, tullantıları hara gəldi atması, meydançalardakı nəzarətçilərin işinə aqressiv yanaşmaları, hərəkətləri ilə prosseslərin tam yerinə yetirilməsinə maneçilik törətmələri bu hallardandır ki, onları da geniş maarifləndirmə və izahetmə işləri ilə aradan qaldırmaq olar.
Mütəxəssislər qeyd edib ki, bu gün ətraf mühitin çirklənmədən qorunması çox mühüm əhəmiyyət kəsb edir. Nəzərdə tutulan işlərin uğurla həyata keçirilməsi Bakı şəhərini aparıcı Avropa dövlətlərinin paytaxtları və iri şəhərləri səviyyəsinə çatdıracaq, ətraf mühitə böyük müsbət təsir göstərərək, həm də Bakı şəhəri üçün iqtisadi faydalar verəcək.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15

