/ / “Qarabağ Azərbaycandır!” mövzusunda inşa-yazı müsabiqəsində iştirak etmək üçün 3000-dən çox gənc müraciət edib
“Qarabağ Azərbaycandır!” mövzusunda inşa-yazı müsabiqəsində iştirak etmək üçün 3000-dən çox gənc müraciət edib
02.11.2019 [09:49]
Noyabrın 1-də Azərbaycan Dillər Universitetində (ADU) Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı tərəfindən rayon ərazisində yerləşən ali məktəblərdə təhsil alan gənclər arasında keçirilən “Qarabağ Azərbaycandır!” mövzusunda inşa-yazı müsabiqəsinə həsr olunan tədbir təşkil edilib.
Tədbirdə ADU-nun rektoru, akademik Kamal Abdullayev, YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, rektorun ictimai məsələlər üzrə müşaviri Sərraf Hüseynov və digər çıxış edənlər “Qarabağ Azərbaycandır!” inşa-yazı müsabiqəsi və şərtləri barədə məlumat verib, onun əhəmiyyətindən söz açıblar.
Bildirilib ki, bu il oktyabrın 3-də Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun keçirdiyi ənənəvi tədbirdə Prezident İlham Əliyev növbəti tarixi çıxışı ilə işğalçı və qondarma dövlət olan Ermənistanın baş naziri Paşinyanı və onun simasında erməni yalanını növbəti dəfə ifşa etdi. Azərbaycan ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilən bu çıxış bu günədək beynəlxalq və yerli mətbuatda rəğbətlə müzakirə edilir. Əslində dövlətimizin başçısı həm ölkəmizdə keçirilən tədbirdə və görüşlərdə, həm də xarici səfərləri zamanı keçirilən görüşlərində və beynəlxalq təşkilatlarda çıxış edərkən Azərbaycan həqiqətlərini qətiyyətlə səsləndirir. Ölkə rəhbərinin hər bir çıxışının bugünkü gənclərin formalaşmasında çox böyük önəmi var. Bu mənada gənclərin Prezidentimizin fəaliyyətini diqqətlə izləmələri, Onun milli ruhlu və vətənpərvər çıxışlarını özlərinin yol xəritəsi hesab etməlidirlər. Hər bir Azərbaycan vətəndaşının tutduğu vəzifəyə və imkanına uyğun olaraq dövlətimizin qorunmasında, onun inkişafında, ərazi bütövlüyünün bərpasında borcu və məsuliyyəti var. Bugünkü gəncliyin yüksək biliklərə yiyələnməsi, milli ruhda və vətənpərvər formalaşması bu borcun və məsuliyyətin yerinə yetirilməsidir. Bu mənada biz böyüklər də vətənimiz, dövlətimiz və dövlətimizin qurucusu qarşısında məsuliyyətli olmaqla yanaşı, Azərbaycan gənclərinin kamil səviyyədə formalaşması məsələsində məsuliyyət daşımaqla borcluyuq.
Diqqətə çatdırılıb ki, bu gün keçirilən inşa-yazı müsabiqəsi məhz bu məqsədlərə xidmət edir. Dövlətimiz iqtisadi cəhətdən nə qədər qüdrətli olsa da, xalqımız, xüsusilə də gənclərimiz savadlı, vətənpərvər, cəsur, milli ruhlu olmasa, biz vətənimizi göz bəbəyimiz kimi qoruya bilmərik. Millətin gücündən və iradəsindən üstün heç nə yoxdur. Bütün bunları nəzərə alaraq Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı tərəfindən davamlı olaraq müxtəlif layihələr həyata keçirilir. Bu layihələrdən biri də rayon ərazisində yerləşən ali məktəblərdə təhsil alan gənclər arasında “Qarabağ Azərbaycandır!” mövzusunda inşa-yazı müsabiqəsidir.
Vurğulanıb ki, bununla bağlı bütün universitetlərdə tələbələr arasında maarifləndirmə aparılıb. Müsabiqədə iştirak etmək üçün qısa müddət ərzində 3000-dən çox gənc müraciət edib. Onların arasında xarici tələbələr də var. Sözsüz ki, qardaş Türkiyədən olan gənclər daha çox üstünlük təşkil edir. Müsabiqə əsasən Azərbaycan Dövlət Tibb Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dillər Universiteti və Bakı Slavyan Universitetinin tələbələri arasında keçirilir. Lakin müsabiqəyə qatılmaq üçün digər universitetlərin də tələbələri müraciət edib. Müsabiqənin nəticələri dekabrın sonuncu həftəsində elan olunmaqla, qaliblər mükafatlandırılacaq.
Qeyd edilib ki, “Qarabağ Azərbaycandır!” Milli Ordumuzun gücü, ərazi bütövlüyü, müstəqil dövlətimizdir, minlərlə şəhidimizin qanı ilə suvarılmış Ana Vətəndir, gecə-gündüz ölkəmizin sərhədlərində, mənfur, işğalçı təcavüzkar qonşularımızın quldur dəstələri ilə üzbəüz dayanan Azərbaycan əsgəridir. “Qarabağ Azərbaycandır!”, eyni zamanda, milli-mənəvi dəyərlərimizi özündə birləşdirən, savadlı Azərbaycan gəncliyidir, xalqına arxalanaraq, yüksək və ali kürsülərdə ermənipərəst və hegemon dövlətlərin və beynəlxalq təşkilatların rəhbərləri ilə mübarizə aparan, güclü dövlətin rəhbəri və Ali Baş Komandandır.
Sonra universitetin tələbələri arasında “Qarabağ Azərbaycandır!” mövzusunda inşa-yazı müsabiqəsinə start verilib.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxİdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10

