İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Bərdədə 8 min ağac əkiləcək
01.11.2019 [09:46]
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünü rəğbətlə qarşılayan bərdəlilər bu genişmiqyaslı kampaniyaya ciddi hazırlaşırlar. Kampaniya çərçivəsində rayon ərazisində bir gündə 8 min ağac tinginin əkilməsi nəzərdə tutulur.
Hazırlıq işlərinin gedişi barədə məlumat verən Bərdə Rayon İcra Hakimiyyətinin nümayəndəsi Damət Ələkbərov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, bu xeyirxah və nəcib təşəbbüslə əlaqədar respublikamızın hər yerində olduğu kimi, Bərdə rayonunda da hazırlıq işləri aparılır. Bunun üçün Mingəçevir-Bəhrəmtəpə magistral yolunun kənarında və Mirzəcəfərli, Alpout, Nazırlı, Güloğullar kəndləri ərazisində yerlər ayrılıb, torpaq-iqlim şəraitinə uyğun ağaclar əkiləcək. Hazırda ağacların əkilməsi üçün ayrılmış sahələrdə təmizlik işləri görülür, çalalar qazılır.
Həmsöhbət olduğumuz Cəyirli kənd sakini Şahin Qasımov ağac əkmək, yol çəkmək, körpü salmağın dədə-babadan ən savab işlər sayıldığını bildirib: “Əkilən ağaclar, salınan yaşıllıqlar həm ətraf mühiti gözəlləşdirir, həm də gələcək nəsillərin sağlamlığı baxımından əhəmiyyətlidir. Odur ki, biz bərdəlilər Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu təşəbbüsünü alqışlayırıq. Görürsünüz, necə həvəslə ağacəkməyə hazırlaşırıq. Ağac əkiləcək sahədə təmizlik işləri aparır, çalaları indidən qazırıq ki, noyabrda tinglər gələndə işimiz asan olsun. Ağac əkini zamanı da bu böyük kampaniyada həvəslə iştirak edəcək, ölkəmizin, rayonumuzun yaşıllaşdırılmasına öz töhfəmizi verəcəyik”.
Xəbər lenti
Hamısına baxMədəniyyət
11 Avqust 17:30
İdman
11 Avqust 17:10
Mədəniyyət
11 Avqust 16:32
İdman
11 Avqust 16:10
İqtisadiyyat
11 Avqust 15:52
Elm
11 Avqust 15:45
Elm
11 Avqust 15:30
İdman
11 Avqust 15:10
Mədəniyyət
11 Avqust 14:50
Dünya
11 Avqust 14:50
İqtisadiyyat
11 Avqust 14:46
Sosial
11 Avqust 14:21
İqtisadiyyat
11 Avqust 14:19
İdman
11 Avqust 14:10
Dünya
11 Avqust 13:35
Siyasət
11 Avqust 13:25
Sosial
11 Avqust 13:20
Dünya
11 Avqust 13:15
Sosial
11 Avqust 13:05
Siyasət
11 Avqust 13:03
Analitik
11 Avqust 12:54
Dünya
11 Avqust 12:50
İdman
11 Avqust 12:45
Dünya
11 Avqust 12:31
Elm
11 Avqust 12:20
Dünya
11 Avqust 12:10
Sosial
11 Avqust 12:06
Gündəm
11 Avqust 11:50
Gündəm
11 Avqust 11:30
Gündəm
11 Avqust 10:55
Analitik
11 Avqust 10:35
Gündəm
11 Avqust 10:15
Analitik
11 Avqust 09:50
Analitik
11 Avqust 09:35
Analitik
11 Avqust 09:15
Sosial
11 Avqust 09:05
Dünya
11 Avqust 07:53
Dünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38
Gündəm
10 Avqust 22:37
Siyasət
10 Avqust 22:26
Dünya
10 Avqust 22:13
Dünya
10 Avqust 21:45
Dünya
10 Avqust 21:19
Dünya
10 Avqust 21:05
Dünya
10 Avqust 20:55
Dünya
10 Avqust 20:30
Dünya
10 Avqust 20:10
Dünya
10 Avqust 19:55
Dünya
10 Avqust 19:30
Dünya
10 Avqust 19:16
Dünya
10 Avqust 18:52
Dünya
10 Avqust 18:30
İdman
10 Avqust 18:26
Dünya
10 Avqust 18:10
İdman
10 Avqust 17:54
Elm
10 Avqust 17:53
İqtisadiyyat
10 Avqust 17:50
Sosial
10 Avqust 17:45
Elm
10 Avqust 17:37
Siyasət
10 Avqust 17:35
Mədəniyyət
10 Avqust 17:23
İdman
10 Avqust 17:13
Sosial
10 Avqust 16:48
Turizm
10 Avqust 16:47
Mədəniyyət
10 Avqust 16:40
İdman
10 Avqust 16:31
Elm
10 Avqust 16:30

