Beyləqanda genişmiqyaslı ağacəkmə kampaniyasına ciddi hazırlıq işləri görülür
31.10.2019 [09:26]
Mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsü respublikamızın hər yerində olduğu kimi, Beyləqan rayonunda da böyük rəğbətlə qarşılanıb. Hazırda rayonda noyabrda keçiriləcək genişmiqyaslı ağacəkmə kampaniyasına ciddi hazırlıq işləri görülür. Kampaniya çərçivəsində rayon ərazisində bir gündə 10 min ağac tinginin əkilməsi nəzərdə tutulur.
Hazırlıq işlərinin gedişi barədə məlumat verən Beyləqan Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Yeganə Məmmədova AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib: “Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu təşəbbüsü görkəmli şairin irsinin daha geniş təbliği ilə yanaşı, həm də ekoloji mühitin daha da sağlamlaşdırılması baxımından böyük əhəmiyyətə malikdir. Beyləqan sakinləri yaşıllıqların artmasına töhfə verəcək bu nəcib təşəbbüsə həvəslə qoşulublar. Rayonda ağac əkiləcək ərazilər müəyyənləşdirilib. Ağacların Beyləqan-Kəbirli, Beyləqan-Daşburun, Görüş ərazisi-Şəfəq qəsəbəsi avtomobil yollarının kənarlarında və Beyləqan şəhərində “Nəsimi ili” ilə bağlı salınan parkın ərazisində əkilməsi nəzərdə tutulub. Ağacların əkiləcəyi ərazilərdə artıq şumlama aparılır, çalalar qazılır, su xətləri çəkilir”.
Hazırlıq işləri ilə tanış olmaq üçün ağac əkiləcək Beyləqan-Daşburun avtomobil yolunda olduq. Burada qızğın iş gedir, texnikanın və sakinlərin köməyi ilə sahə hamarlanır, çalalar qazılırdı. Rayonun İkinci Aşıqlı kənd sakini Eldar Kərimov ağacəkmə kampaniyasının Beyləqan rayonu üçün böyük əhəmiyyət daşıdığını deyib: “Beyləqan Kür-Araz ovalığında yerləşir, Azərbaycanın isti, Günəşli diyarıdır. Burada yaşıllıqların artırılması daha vacibdir. Yaşıllıqlar planetimizin ağ ciyəridir. Gələcək nəsil üçün yaşıllıqlar hökmən lazımdır. Mən də bir Beyləqan sakini kimi bu xeyirxah təşəbbüsə çox həvəslə qoşulmuşam. Hazırda ərazini ağac əkininə hazırlayırıq. Noyabrda ağacların əkilməsində də böyük ruh yüksəkliyi ilə iştirak edəcəyik”.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

