"Hədəf Nəşrləri"nin 10 illik yubileyi qeyd olunub
28.10.2019 [17:22]
Şəmil Sadiq: "Hədəf Nəşrləri" milli brenddir
Oktyabrın 26-da "Hədəf Nəşrləri"nin 10 illik yubiley tədbiri keçirilib. Mədəniyyət və Təhsil nazirliklərinin nümayəndələri, millət vəkilləri, QHT və KİV rəhbərləri, həmçinin digər qonaqların iştirak etdiyi tədbirdə çıxış edən "Hədəf Nəşrləri"nin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq "Hədəf Nəşrləri"nin 10 il ərzində keçdiyi yola nəzər salıb, nəşriyyatın həyata keçirdiyi layihələr barədə məlumat verib.
Şəmil Sadiq qeyd edib ki, "Hədəf Nəşrləri" MMC 2009-cu ildə təsis olunub. Fəaliyyətə başladığı ilk ildən nəşriyyat Azərbaycanda orta təhsilə dair əlavə və metodik dərs vəsaitlərinin çap olunmasını əsas istiqamət kimi qəbul edib. Həmin ildə bütün fənlər üzrə işıq üzü görən əlavə dərs vəsaitləri (nəzəri hissə) və test topluları (praktik hissə) qısa vaxtda kitab bazarında "Hədəf Nəşrləri" kimi yeni qurulmuş bir təşkilata yüksək reytinq gətirərək istər təhsil müəssisələri, istərsə də çoxsaylı müəllim-şagird kontingenti arasında imic formalaşdırıb. Yüksək təcrübəli müəllif heyəti tərəfindən hazırlanan bu kitablar Azərbaycanın bütün ərazilərində təhsil alanların böyük marağına səbəb olub.
Şəmil Sadiq onu da əlavə edib ki, "Hədəf Nəşrləri" milli brenddir və bu brend təhsilin inkişafında öz təəssübkeşliyini əldən buraxmayacaq.
Daha sonra çıxış edən Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid bildirib ki, "Hədəf Nəşrləri" çətin bir işin qulpundan yapışıb. Lakin kitabın ən ümidsiz anda belə qalib olduğuna inanmaq lazımdır. Bu baxımdan "Hədəf Nəşrləri"nin fəaliyyəti təqdirəlayiqdir.
Tədbirdə həmçinin APA İnformasiya Agentliyinin baş direktoru Vüsalə Mahirqızı, Milli Məclisin deputatı Fazil Mustafa, Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Cihan Özdemir və başqaları çıxış edərək "Hədəf Nəşrləri"nin uğurlu fəaliyyətindən danışıb və nəşriyyatın kollektivinə uğurlar arzulayıblar.
Tədbirdə "Hədəf Nəşrləri" və onunla müştərək çalışan "XAN" nəşriyyatının gördüyü işlərdən də bəhs olunub, nəşriyyatın fəaliyyətinə dəstək verən media və ictimaiyyət nümayəndələri, yazıçı və tərcüməçilər təşəkkürnamə ilə təltif ediliblər.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46

